Yağlıağac

Yağlıağac (lat. Aleurites) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.

Yağlıağac
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yağlıağac toxumlarının tərkibində 48,0-57,5% yaxşı keyfiyyətli tez quruyan texniki yağ vardır. Yağlıağac yağının tərkibində 80%-ə qədər eleostearin turşusu vardır ki, bu da yağa xüsusi keyfiyyət polimerləşmə və tez quruma xüsusiyyəti verir. Üzərinə yağlıağac yağı çəkilməsi metalları korroziyadan (çürümədən), ağacları isə rütubətdən xarab olmadan və göbələk çürüməsindən qoruyur. Yağlıağac yağının texniki əhəmiyyəti böyükdür. O tibbi aparatların istismarı zamanı çürümə əleyhinə örtük kimi qiymətlidir. Ondan həmçinin lakların, mina və boyaların alınmasında da istifadə edilir. Təyyarələr, sərnişin qatarları, hərbi, sərnişin və ticarət gəmilərinin sualtı hissələri yağlıağac boyaları (lakları) ilə örtülür. Yağlıağacdan hazırlanmış xüsusi izoləedici qatlar yüksək gərginlikli transformatorlara və kabellərə çəkilir.

Aşağı keyfiyyətli yağlıağac yağı plyonka, müşəmbə (linoleum), qaloş lakı hazırlanmasında istifadə olunur. Yağlıağac yağı alınarkən çıxan tullantıdan gübrə kimi istifadə edilir. Bu tullantının tərkibində 7,6% azot, 25% fosfor olur. Jmıxı zəhərlidir. Ondan kazein və plastmas əldə edilir. Yandıqda da nazik his (qurum) əmələ gətirir ki, ondan da tuş (mürəkkəb) hazırlanır. Oduncağı yüngüldür, suda deformasiya olunmur. Ondan mebel, musiqi alətləri və s. hazırlanır.

Çində və Hind-Çin ölkələrində yağlıağac yağı tibdə qusma və işlətmə dərmanı kimi istifadə edilir, irinli yaralara və yanıqlara çəkilən məlhəmlərin (mazların) tərkibinə daxil edilir. Yağlıağac meyvələrinin tərkibində zəhərli maddə vardır. Bu maddənin xüsusiyyətləri bu günə qədər tam öyrənilməmişdir. Yağlıağacla zəhərlənmə əlamətləri insanlarda qusma, mədədə kəskin ağrı, başgicəllənmə, nəbzin artması və s. şəklində təzahür edir. Yağlıağac yağının əsas zəhərləyici maddəsi saponindir. Saponin insan qanına keçdikdə qanın parçalanmasına (hemolizinə) səbəb olur.

Yağlıağac subtropik texniki bitki olub Çində və Yaponiyada 26 və 330 şimal enliliklərində yabanı halda yayılmışdır. Mədəni əkinləri ABŞ-də, ArgentinaParaqvayda mövcud dur. Yağlıağac MDB ərazisində əsasən qərbi Gürcüstanın subtropik rayonlarında bitir. Az miqdarda yağlıağac əkinlərinə Azərbaycanın subtropik rayonlarında və Krasnodar vilayətində də rast gəlinir. 1986-cı ildə dünyada 100 min tona yaxın yağlıağac istehsal olunmuşdur ki, bunun da yarıdan çoxunu (60 min tonunu) Çin istehsal etmişdir. Argentina və Paraqvay da əhəmiyyətli dərəcədə yağlıağac becərirlər. İldə 12 min tona qədər yağ ixrac edirlər. Yağlıağac az miqdarda (2 min ton) Braziliya və keçmiş SSRİ-də (1 min ton) isteh sal olunurdu. Mədəni yağlıağac yabanı formaların əhilləşdirilməsi nəticəsində yaradılmışdır.

Aleurites moluccanus