Altıağac Dövlət Təbiət Qoruğu

Altıağac Dövlət Təbiət Qoruğu — Azərbaycanın Xızı rayonunda yerləşən dövlət qoruğu.

Altıağac Dövlət Təbiət Qoruğu
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 4438 min ha
Yaradılma tarixi 1990
İdarəetmə orqanı AETSN
Dağ Böyük Qafqaz
Florası Şərq fıstığı, Qafqaz vələsi, göyrüş, itiyarpaqlı ağcaqayı
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon Xızı rayonu
Yerləşməsi Böyük Qafqaz

Yaradılmasında məqsəd[redaktə | mənbəni redaktə et]

1990-cı ildə Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftının qorunub saxlanması, təbii komplekslərinin mühafizəsinin gücləndirilməsi və bərpası, eroziya proseslərinin qarşısının alınması, habelə Altıağac-Xızı zonasının bitki və heyvan növlərinin, onların qruplarının bərpa edilməsi məqsədilə 4438 hektar sahədə yaradılmışdır.

Qoruq ərazisinin meşələri[redaktə | mənbəni redaktə et]

Orta dağlıq hissədə yerləşən qoruğun ərazisində qışı quraq keçən mulayim-isti və yayı quraq keçən mülayim-isti tipləri hakimdir. Qoruq ərazisinin əsas hissəsini (90,5%) nisbətən cavan (40-60 yaşlı) pöhrəlik meşələr təşkil edir. Onları əmələ gətirən əsas ağac növləri gürcü palıdı, Qafqaz vələsi və şərq fıstığı, göyrüş, itiyarpaqlı ağcaqayından ibarətdir. Təmiz bir növdən ibarət meşələr çox azdır, əksər sahələr qarışıq tipli meşələrdən ibarətdir. Meşəsiz sahələr qayalıq, yarğan və keçmiş meşə altından çıxmış otlaqlardan ibarətdir.

Heyvanat aləmi[redaktə | mənbəni redaktə et]

Altıağac qoruğunun ərazisində cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlara. Qulardan qırqovula, alabaxtaya, qaratoyuğa, bildirçinə, çöl qartalına və s. rast gəlmək olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]