Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berol
Berol (fr. Bairols) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 15,24 km², əhalisi — 103 nəfərdir (2006) artım tendensiyası ilə: 108 nəfər (2012), əhalinin sıxlığı 7,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 109 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 108 nəfər.
Beytul-Müqəddəs
Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) (ərəb. المسجد الأقصى‎), İslam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir. Qüds şəhərində yerləşir. II xəlifə Ömərin dövründə kiçik bir məscid kimi olmasına baxmayaraq, Əməvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə böyüdülüb, genişləndirilmiş və 705-ci ildə tamamlanmışdır. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilmişdir. Bugünkü məscid 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlrə bəzədilmişdir. Quranda deyilən İsra hadisəsi burada cərəyan etmiştir. Başqa bir adı Həram-uş-şərif (Əll-Həram əl-Qudsi əş-Şərif).
Loren Bekoll
Loren Bekoll və ya Loren Bakall (ing. Lauren Bacall; 16 sentyabr 1924[…], Bronks, Nyu-York ştatı, ABŞ – 12 avqust 2014[…], Manhetten, Nyu-York ştatı, ABŞ) — Amerika aktrisası və model.
Before The Dawn
Before The Dawn — Finlandiya metal qrupu, 1999-cu ildə Tuomas Saukkonen tərəfindən yaradılmışdır. İki il sonra, 2001-ci ildə, Before the Dawn birinci minialbom EP "Gehenna" adlı albomu buraxdı, və bu albomda "Not Divine As Them" mahnısı albomdan ilk və tək sinql oldu. Bu albomdan sonra qrupun üzvlər qrupu tərk edir. Yarım il sonra Tuomas komandasını yenidən qurur. Qrupa vokalist Pan Vilman Mike Ojala, və Kimmo Nurmi gəlir. Tuomas-ın yeni komandasıyla birlikdə iki rəsmi "My Darkness" və "4.17 am." adlı albomları çıxarıldı. Qrup həmçinin 2003-cü ildə Skandinaviya və Avropa ölkələrin də Katatonia qrupu ilə birgə konsertlər də çıxış etdi. Bu albomlardan sonra üzvləri qrupu tərk edərək digər üzvlər: köməkçi vokal & bas, GLORIA MORTI, gitaraçı Juho Räihä, klaviş Joel Mäkinen və barabançı Aatu Mukka qrupa qatıldı. Üçüncü dəfə üzvlərin dəyişilməsindən sonra, qrup 3 albom çıxartdı: 2005, 2007 və 2008-ci ildə "The Ghost", "Deadlight" və "Soundscape of Silence" adlı müvafiq albomlar. Ardından qrup "Deadsong" və "Faithless" adlı sinqllar buraxaraq 2009-cu ilə qədər Avropa ölkələrin də konsertlər də çıxış etdi.
Seoul Broadcasting System
Seoul Broadcasting System (SBS) (kor. 에스비에스, Eseubieseu) Taeyoung chaebol'a məxsus milli Cənubi Koreya televiziya və radio şəbəkəsi şirkətidir. 2000-ci ilin mart ayında şirkət Seoul Broadcasting System (서울방송) adından şirkət adını dəyişdirərək qanuni olaraq SBS adı ilə tanındı. 2001-ci ildən bəri ATSC formatında rəqəmsal yerüstü televiziya xidməti və 2005-ci ildən bu yana T-DMB (Rəqəmsal Multimediya Yayım) xidməti təqdim etmişdir. Torpaq üstü televiziya stansiyası rəqəmsal və kabel üçün Kanal 6-dır.
It Won't Be Soon Before Long
It Won't Be Soon Before Long — Maroon 5 qrupunun albomu.
Bəhlul
Bəhlul — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində qəsəbə. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Bərzul
Bərzul — İranın Həmədan ostanının Nahavənd şəhristanının Zərrindəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,729 nəfər və 728 ailədən ibarət idi.
Beytül-əhzan
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Bəhlul (jurnal)
"Bəhlul" jurnalı (az-əbcəd. بهلول‎) — həftəlik rəsmli satirik jurnal. == Haqqında məlumat == "Bəhlul" satirik jurnalı 19 may 1907-ci ildə Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə Bakıda nəşrə başlayıb. Jurnal "Molla Nəsrəddin" ənənələrini davam etdirən məcmuələrdən biri olub. Jurnalın adı Molla Nəsrəddin kimi xalq arasında məzmunlu lətifələri ilə məşhur olan ədalətpərəst, həqiqətpərəst Bəhlul Danəndənin adından götürülmüşdür. "Bəhlul"un zəngin ədəbi-bədii tərtibatı var idi. "Bəhlul" öz səhifələrində "Molla Nəsrəddin"ə rəğbət ifadə edən bir sıra yazılar və şəkillər vermişdi. Ələsgər Əliyevin jurnalistlik fəaliyyətində "Bəhlul" jurnalı xüsusi yer tutur. Jurnalın ömrü cəmi 6 ay olmuş və 9 nömrəsi işıq üzü görmüşdür. "Bəhlul"un nəşri 1907-ci ildə noyabr ayının 4-də, 9-cu nömrədən sonra "zərərli məsləkinə görə" dayandırılmışdır.
Bəhlul Abdulla
Bəhlul Ağabala oğlu Abdullayev (27 aprel 1940 – 25 mart 2011) — ədəbiyyatşünas, tənqidçi, folklorşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989), Əməkdar elm xadimi (2000), Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Xəzər Universitetinin professoru, Xəzər Universiteti nəzdində Dünya məktəbinin müəllimi. == Həyatı == Bəhlul Abdulla 1940-cı il aprelin 27-də Lerik rayonu Zuvand bölgəsi Lələhiran kəndində kolxozçu ailəsində anadan olmuşdur. Biləsuvar rayonunda orta məktəbi bitirmişdir (1958). Sumqayıt sənaye müəssisəsində aparatçı işləmişdir (1958-1959). Ordu sıralarında xidmət etmişdir (1959-1961). Yenidən Sumqayıt sənaye müəssisəsində elektrik kimi çalışmışdır (1961-1962). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Biləsuvar şəhəri Nizami adına orta məktəbində dil-ədəbiyyat müəllimi olmuşdur (1967-1971). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdir (1971). "Yusif Vəzir Çəmənzəminli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1974).
Bəhlul Behcət
Bəhlul Behcət və ya Bəhlul Bəhcət (tam adı: Bəhlul əfəndi Mustafa əfəndi oğlu Əfəndiyev; 1869, Dondarlı, Zəngəzur qəzası – 15 mart 1938, Bakı) — ədəbiyyatşünas, qazı, Zəngəzur qəzasının sonuncu qazısı. == Həyatı == Bəhlul Behcət 1869-ci ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından və sonra qaynatası olan Hacı Qasım Çələbidən almışdı. Sonradan Şəki şəhərinə yollanmış mədrəsədə təhsilini davam etdirmişdi. 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazisi təyin edilmiş, sovetlərin gəlişindən sonra bir neçə dəfə həbs və sürgünlərə məruz qalmış, növbəti dustaqlıqlarından birinin aralığında "Azərnəşr"də korrektor işləmiş, xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmış, özünə "Behcət" təxəllüsü götürmüşdür. Bəhlul Behcət şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində də mühüm xidmətlər göstərmişdi. Sarı Aşığın yaradıcılığının toplanmasında isə onun xüsusi rolu olmuşdu. Müxtəlif vaxtlarda onun mətbuatda Sarı Aşıqla bağlı çap etdirdiyi məqalələr bir daha təsdiq edir ki, bu böyük şəxsiyyət Sarı Aşığın yaradıcı irsinin öyrənilməsində də ilk addımları atmışdır. "Sarı Aşıq", ""Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı", "El şairi və el şairləri" adlı məqalələri Bəhlul Behcətin Sarı Aşıq yaradıcılığı ilə bağlı ciddi tədqiqat işi apardığını bir daha təsdiq edir. Bəhlul Behcət kitaba daxil olan ""Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı" adlı məqaləsində, bəlkə də, ilk dəfə bu böyük şair haqqında elmi məlumat təqdim etmişdir.
Bəhlul Bəhcət
Bəhlul Behcət və ya Bəhlul Bəhcət (tam adı: Bəhlul əfəndi Mustafa əfəndi oğlu Əfəndiyev; 1869, Dondarlı, Zəngəzur qəzası – 15 mart 1938, Bakı) — ədəbiyyatşünas, qazı, Zəngəzur qəzasının sonuncu qazısı. == Həyatı == Bəhlul Behcət 1869-ci ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından və sonra qaynatası olan Hacı Qasım Çələbidən almışdı. Sonradan Şəki şəhərinə yollanmış mədrəsədə təhsilini davam etdirmişdi. 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazisi təyin edilmiş, sovetlərin gəlişindən sonra bir neçə dəfə həbs və sürgünlərə məruz qalmış, növbəti dustaqlıqlarından birinin aralığında "Azərnəşr"də korrektor işləmiş, xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmış, özünə "Behcət" təxəllüsü götürmüşdür. Bəhlul Behcət şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində də mühüm xidmətlər göstərmişdi. Sarı Aşığın yaradıcılığının toplanmasında isə onun xüsusi rolu olmuşdu. Müxtəlif vaxtlarda onun mətbuatda Sarı Aşıqla bağlı çap etdirdiyi məqalələr bir daha təsdiq edir ki, bu böyük şəxsiyyət Sarı Aşığın yaradıcı irsinin öyrənilməsində də ilk addımları atmışdır. "Sarı Aşıq", ""Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı", "El şairi və el şairləri" adlı məqalələri Bəhlul Behcətin Sarı Aşıq yaradıcılığı ilə bağlı ciddi tədqiqat işi apardığını bir daha təsdiq edir. Bəhlul Behcət kitaba daxil olan ""Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı" adlı məqaləsində, bəlkə də, ilk dəfə bu böyük şair haqqında elmi məlumat təqdim etmişdir.
Bəhlul Danəndə
Bəhlul Danəndə — Yaxın Şərqdə folklor surəti. Bəhlul adı ilə məşhur olan Bəhlul Danəndə 9-cu əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Rəvayətlərdə həmçinin Bəhlulun İmam Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır. == İstinadlar == == Ədəbiyyat == "Ön söz". Məmmədhüseyn Təhmasib.
Bəhlul Mustafazadə
Bəhlul Mustafazadə (27 fevral 1997, Bakı) — azərbaycanlı futbolçu. Ağdamın "Qarabağ" klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Klub karyerası == === Qəbələ === Mustafazadə Qəbələ FK akademiyası vasitəsilə inkişaf etmişdir. Mustafazadə 1 yanvar 2017-ci ildə Qəbələ FK klubundan Sumqayıt FK klubuna icarəyə verilmişdir. === Sumqayıt === Mustafazadə öz peşəkar karyerasında debütünü Sumqayıt klubu ilə 9 fevral 2017-ci ildə etmişdir. O, Kəpəz PFK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası görüşündə Kəpəzə 3–1 hesabı ilə qalib gəlmişdir. === Sabah === 2019-cu ildə B. Mustafazadə Sabah klubuna keçdi və klubla 3 illik müqavilə imzaladı. 2021-ci ildə "Sabah"dan BƏƏ-nin "Əl-Əyn" klubuna Azərbaycan üçün heç də az hesab edilməyən 500 min avroya (təxminən 930 min manat) keçid etdi. "Əl-Əyn" daha sonra bu keçiddən imtina etsə də, "Sabah" klubunun FİFA-ya şikayətindən sonra dünyanın ali futbol qurumu Azərbaycan təmsilçisinin şikayətini haqlı hesab etdi.
Divanə Bəhlul
Bəhlul Danəndə — Yaxın Şərqdə folklor surəti. Bəhlul adı ilə məşhur olan Bəhlul Danəndə 9-cu əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Rəvayətlərdə həmçinin Bəhlulun İmam Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır. == İstinadlar == == Ədəbiyyat == "Ön söz". Məmmədhüseyn Təhmasib.
Şəfaül-əsrar
Şəfaül-əsrar — Seyid Yəhya Bakuvinin türk dilində yazılmış yeganə əsəridir. Bu əsər ehtiva etdiyi mövzular etibarilə mütəfəkkirin Əsaraüt-talibin və digər əsərlərinin şərhi mahiyyətindədir. Bir müridin mürşidliyə gedən yolda keçməsi lazım gələn 70 məqamdan söz açılaraq, bu məqamların nələr olduğu açıqlanır və bu məqamlara yetişmək üçün lazım gələn vəzifələr izah olunur. Əsərdə təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu sıx-sıx vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin xüsusiyyətləri açıqlanaraq, həqiqi şeyxə tabe oladan bu yolla gedilə bilinməyəcəyi bildirilir. İbadətlərin batini mənaları, zikrin çeşidləri və hikmətləri şərh olunur. Əsərdə Quran ayələri, hədislər və bir sıra sufilərin sözlərinə dönə-dönə müraciət edilmişdir. "Ziyaül-Buyustəri" ləqəbli "Mahmud ibn Ömər bin Mövlana Süleyman Hocam" adlı katib Seyid Yəhyanın dağınıq və köhnəlmiş vəziyyətdə olan bu əsərini toplayaraq yenidən yazdığını əsərin sonunda ifadə etmişdir. Katib onu müəllif nüsxələrindən köçürmüşdür. Manisa Muradiyyə Kitabxanası kataloqunda bu ad ilə qeydli bir əsərə rast gəlinsə də bu tamam başqa bir kitabdır.
Əmir Bəhlul
Əmir Şeyx Bəhlul Dərbəndi — Şirvanşah şahzadəsi, Sultan Məhəmməd Dərbəndinin oğlu, I İbrahimin qardaşı, Şirvan ordusunun baş komandanı. == Həyatı == Bəhlulun doğum tarixi məlum deyil. Uşaqlığı atası və qardaşı ilə Şəkidə gizlənərək keçmişdir. Qardaşı I İbrahimin dövründə Şirvan ordusunun baş komandanı təyin olunmuşdur. Çalağan döyüşündə Şirvan ordularına başçılıq etmiş, məğlub olduqdan sonra 200 tümən can bahası tələb olunmuşdu. Bəhlulun ölüm tarixi məlum deyil. Oğlu Əmir Təhmuras daha sonralar onun kimi sərkərdə olmuşdur.
Bəhlul İbrahimli
Bəhlul İmran oğlu İbrahimli (1952-ci ildə Ordubad rayonunun Sabir kəndində) - tarix üzrə fəlsəfə doktoru, dosent, arxeoloq. == Həyatı == İbrahimli Bəhlul İmran oğlu 12 iyul 1952-ci ildə Ordubad rayonunun Sabir kəndində anadan olmuşdur. == Fəaliyyəti == 1966- cı ildə Bakı şəhər 5№-li tibb məktəbinə daxil olmuş, 1969- cu ildə feldşer-laborant ixtisasını bitirmiş, 1969-1971- ci illərdə Ordubad rayon Mərkəzi xəstəxanasında tibb qardaşı, Culfa rayon Mərkəzi xəstəxanasında laboratoriya müdiri işləmişdir.1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş, 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.1975-79-cu illərdə təyinatla Ordubad rayonunun Sabir kəndində tarix müəllimi, Aza kənd Beynəlmiləl orta məktəbində dərs hissə müdiri işləmişdir. 1979-cu ilin noyabr ayından 1987-ci ilin noyabr ayınadək Azərbaycan SSR EA Naxçıvan filialında, tarix və iqtisadiyyat şöbəsində kiçik elmi işçi vəzifəsində işləmiş, 1987-ci ilin noyabr ayında Akademiyanın Rəyasət Heyətinin qərarı ilə RXDS Naxçıvan filialının müdiri təyin olunmuş, 1989-cu ilin iyul ayında isə oradan əmrlə Bakıya EA Milli Münasibətlər İnstitutunun biblioqrafiya şöbəsinə baş elmi işçi vəzifəsinə təyin edilmişdir. 1989-cu ilin dekabr ayında Akademiyanın Rəyasət Heyətinin qərarı ilə öz ştat vahidi ilə birlikdə Akademiyanın Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektoruna köçürülmüşdür. 1993-cü ilin fevral ayında aparıcı elmi işçi vəzifəsinə təyin olunmuş və indiyədək də bu vəzifədə çalışır. 1980-1986-cı illərdə SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutuna ixtisas artırma kursuna göndərilmiş, həmin İnstitutun aspiranturasına daxil olmuş, 1985-ci ilin dekabr ayında Moskva Dövlət Universitetində «Xaraba-Gilan orta əsr şəhər yeri» mövzusunda ( elmi rəhbər: SSRİ Dövlət mükafatı laureatı, prof. S.A.Pletniova) namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildən Azərbaycan SSR EA Naxçıvan Arxeoloji ekspedisiyasının Xaraba-Gilan dəstəsində iştirak etmiş (ekspedisiyanın rəhbəri Vəli Əliyev),1980-ci ildən Xaraba-Gilan arxeoloji ekspedisiyasının (ekspedisiyanın rəisi Q.M.Aslanov) rəis müavini olmuşdur. 2004-cü ildən həmin ekspedisiyaya rəhbərlik edir.
Betül Kaçar
Betül Kaçar (1983, İstanbul) — Türk astrobioloq və professor. Yer üzündə mikro ölçülü canlıların bioloji quruluşunu araşdıran Betül Kaçar laboratoriyada canlandırdığı keçmişin bioloji həyatını günəş sistemi və onun xaricindəki planetlərdən əldə etdiyi məlumatlarla müqayisə edən bir elm adamıdır. O, 2021-ci ildən Viskonsin-Medison Universitetində təhsilini davam etdirir. O, eyni zamanda elementlərin Yer planetindəki həyatla qarşılıqlı əlaqəsini öyrənən NASA Mərkəzinin direktorudur. == Həyatı == Betül Kaçar 1983-cü ildə İstanbulda anadan olub. Giresunlu bir ailənin övladı olaraq uşaqlığı Giresunun Bulancak ilçəsində keçib. Çavuşoğlu kollecini bitirdikdən sonra ali təhsilini 2004-cü ildə Mərmərə Universitetinin kimya fakültəsində almışdır. 2003-cü ildə Mərmərə Universitetində tələbə olarkən Amerika Howard Hughes Tibb İnstitutuna müraciət etdiyi layihə ilə bakalavr tələbələri üçün olan yay təqaüdü qazanaraq ABŞ-də tədqiqatlarına başlamışdır. Kolleci bitirdikdən sonra ABŞ-nin Corciya ştatının inzibati mərkəzi olan Atlantadakı Emori Universitetində doktorluq təhsilinə başlamışdır. O, Emory Universitetinin Kimya fakültəsində və Emori Tibb Məktəbində Parkinson və Altsheymer xəstəliyinə səbəb olan zülallar üzərində tədqiqatlar aparmışdır.
Beytül-əhzan (kitab)
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Bəhlul kəndi (Poldəşt)
Bəhlul kəndi (fars. بهلول كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 717 nəfər yaşayır (150 ailə).
Yusif Bəhlul oğlu Yusifov
Yusif Bəhlul oğlu Yusifov (23 sentyabr 1929, Vedi – 4 yanvar 1998, Bakı) — görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, toponimikaçı, elamşünas, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan, nadir ixtisaslı alimlərdən biri. Elam tarixinə aid araşdırmaları onu dünyanın tanınmış şərqşünas alimləri ilə bir sıraya qoydu, Azərbaycan tarixi üzrə çoxsaylı əsərləri isə tariximizin bir çox qaranlıq səhifələrinə işıq saçdı və yeni istiqamətdə əvəzsiz rol oynadı. == Həyatı == Yusif Bəhlul oğlu Yusifov 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın (hazırkı Ermənistan) Böyük Vedi mahalında anadan olmuşdur. Qədim Oğuz yurdu Vedidə boya-başa çatan Yusif Yusifov 1946-cı ildə İrəvanda Azərbaycan Pedaqoji Texnikumunu bitirdikdən sonra təhsilini dünyanın tanınmış şərqşünaslıq mərkəzlərindən olan Leninqrad (hazırda Sankt-Peterburq) Universitetində davam etdirmiş və orada qədim Şərq dilləri (şumer, akkad, elam, iran) üzrə yüksək filoloji hazırlıq keçmişdi. 1952-ci ildə Universitetin İran filologiyası şöbəsini bitirən Yusif Yusifov vətənə qayıdır və 1952–1953-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunda əmək fəaliyyətinə başlayır. Lakin tezliklə qədim Şərq tarixinə maraq və Universitetdə aldığı zəngin biliyi elmi-tədqiqat sahəsində reallaşdırmaq arzusu gənc Yusifi yenidən Leninqrada çəkir. 1953–1956-cı illərdə o, Leninqrad Dövlət Ermitajında görkəmli şumerşünas və assurşünas İ. M. Dyakonovun rəhbərliyi ilə aspiranturada təhsilini davam etdirir, dünya tarixşünaslığında az öyrənilmiş mövzulardan olan Elam tarixini mövzusu kimi seçir. Yusif Yusifovun Elam tarixinin son dövrünə aid ilk irihəcmli məqalələri və 1958-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası görkəmli şərgşünas alimlərin diqqətini cəlb edir, onu nüfuzlu elamşünas alim kimi tanıdır. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra vətənə tanınmış, elimdə öz sözü və istiqaməti olan alim kimi dönən Yusif Yusifov 1967-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışır. Qısa müddətdə o, Elam, Midiya, Assuriya və Urartu tarixinin mühüm problemlərinə aid respublika, ittifaq və xarici ölkələrin jurnallarında məqalələr nəşr etdirir, Elamın ictimai-iqtisadi tarixinə aid doktorluq dissertasiyasını başa çatdırır və 1965-ci il tarixində Tbilisidə uğurla müdafiə edir.
Kürdüstan Beytül-Müqəddəs Korpusu
Kürdüstan Beytül-Müqəddəs Korpusu Bəsic və İİKK-ın tabeliyində olan hərbi birləşmədir. Onların qərargahı Sənəndəcdə yerləşir və onlar ən böyükdür və Kürdüstan ostanındəki bütün İİKK Korpusu və Bəsic bölmələrinə nəzarət etməkdən məsuldurlar. == Tarix == Bu bölmənin yaranma tarixi 1984-cü ilə gedib çıxır və İran-İraq müharibəsi zamanı 662-ci Qüds Briqadası ilə birlikdə formalaşıb. Bu bölmə Nəsr 1, Kərbəla 1, Kərbəla 4 və Kərbəla 5, Vəl-Fəcr 8, Vəl-Fəcr 9 və Vəl-Fəcr 10 əməliyyatlarında döyüş hissəsi kimi iştirak edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə Bəsic quru qüvvələrinin birləşməsindən sonra əyalət korpusunun formalaşdırılması yaradıldı. Bu bölmənin bir hissəsi olan ən böyük alt birliklər 22-ci Qüds Ordusu, Sənəndəc Ordusu, Saqqez Ordusu, Marivan Ordusu və Baneh Ordusudur ki, onların hamısı etnik kürdlərdir. Hazırda bu bölmənin komandiri briqada generalı Sadegh Hosseinidir. == Fəaliyyətlər == 2019-cu ilin fevral ayında korpusun yoxsulluqdan əziyyət çəkən Kürdüstan əyalətinin xalqına kömək etmək üçün təxminən 6000 layihəsi var idi. Onlar KDP-İ ilə çoxlu toqquşmalarda iştirak ediblər. 1996-cı ildə KDP-İ İrandakı bütün hərbi fəaliyyətini dayandırmağa razı oldu.