Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bəhlul Behcət və ya Bəhlul Bəhcət (tam adı: Bəhlul əfəndi Mustafa əfəndi oğlu Əfəndiyev; 1869, Dondarlı, Zəngəzur qəzası – 15 mart 1938, Bakı) — ədəbiyyatşünas, qazı, Zəngəzur qəzasının sonuncu qazısı[1].
Bəhlul Behcət | |
---|---|
Bəhlul əfəndi Mustafa əfəndi oğlu Əfəndiyev | |
Digər adı | Bəhlul əfəndi |
Doğum tarixi | 1869 |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart 1938 |
Vəfat yeri | |
Uşağı | Mustafa |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | ədəbiyyat nəzəriyyəçisi, yazıçı, ədəbiyyatşünas |
Bəhlul Behcət 1869-cu ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından və sonra qaynatası olan Hacı Qasım Çələbidən almışdı. Sonradan Şəki şəhərinə yollanmış mədrəsədə təhsilini davam etdirmişdi. 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazisi təyin edilmiş, sovetlərin gəlişindən sonra bir neçə dəfə həbs və sürgünlərə məruz qalmış, növbəti dustaqlıqlarından birinin aralığında "Azərnəşr"də korrektor işləmiş, xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmış, özünə "Behcət" təxəllüsü götürmüşdür.
Bəhlul Behcət şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində də mühüm xidmətlər göstərmişdi. Sarı Aşığın yaradıcılığının toplanmasında isə onun xüsusi rolu olmuşdu. Müxtəlif vaxtlarda onun mətbuatda Sarı Aşıqla bağlı çap etdirdiyi məqalələr bir daha təsdiq edir ki, bu böyük şəxsiyyət Sarı Aşığın yaradıcı irsinin öyrənilməsində də ilk addımları atmışdır. "Sarı Aşıq", ""Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı", "El şairi və el şairləri" adlı məqalələri Bəhlul Behcətin Sarı Aşıq yaradıcılığı ilə bağlı ciddi tədqiqat işi apardığını bir daha təsdiq edir. Bəhlul Behcət kitaba daxil olan ""Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı" adlı məqaləsində, bəlkə də, ilk dəfə bu böyük şair haqqında elmi məlumat təqdim etmişdir. "Bayatı şairi kimdir?" sualını cavablandırmağa çalışan Behcət əfəndi yazır ki, onun rəngi sarıbəniz olduğundan yoldaşları arasında ona Sarıca deyirlərmiş. Əsl adı Nəbidir. Həkəri çayı sahilində məskunlaşmış bu gənc aşiq burada da Yaxşı adlı bir qıza vurulur və bayatılarının böyük bir hissəsini ona həsr edir. Bəhlul əfəndi yazır: "Biz Aşığa dair mühüm məlumatı Hacı Qaramanın yeddinci arxa övladı olan Hacı Qasım Çələbidən öyrənməyə müvəffəq olmuşuq. Hacı Qasım Çələbi özünün Çələbi nəslinə aid olan bəyanatında Aşıq təxəllüslü Sarıca Nəbidən də bəhs etmişdi". Həmin bəyanatı olduğu kimi dərc edən Bəhlul əfəndi bir məqamı xüsusi diqqətə çatdırır. Orada deyilir ki, Ağa Balım seyid övladıdır. Bu tərəfdə olan seyidlər oradan yayılmışdır. Ağa Balımın Nəbi adlı müridinə də Sarıca Nəbi deyirmişlər. O da Həkəridə qalıb. Yaxşıya aşiq olub, haqq aşiqidir. Qəbri Məzməzək ağzındadır.
Bəhlul Behcət Aşığın yaradıcılığının və tərcümeyi-halının ədəbiyyatşünaslar tərəfindən düzgün araşdırılmadığını qeyd edir.
Bəhlul Behcətin apardığı ikinci tədqiqat fazası Nizami Gəncəvi ilə bağlı idi. O, "Nizami və Qafqaz folkloru" mövzusundə elmi əsər qələmə almışdı.
Bəhlul əfəndi Bəhlul Danəndənin tarixi şəxsiyyət və azərbaycanlı olduğunu, IX yüzildə Təbrizdə yaşadığını, müasirləri arasında alim və bağban kimi şöhrətləndiyini yazılı və şifahi tutalqalarla sübut edir, hətta albalının təzə bir növünü kəşf etdiyini, həmin calaq cinsin Bəhlulun zəhmətinin bəhrəsinə el qiyməti olaraq "bəhli" adlandırıldığını deyirmiş. Bəhlul Behcət 1937-ci ildə dördüncü dəfə həbs edilir və bir il sonra güllələnir. Onun Bəhlul Danəndə haqqında topladığı sənədlər və lətifələr arxivlərdə qorunub saxlanmamışdır.
Bəhlul Behcət 15 mart 1938-ci ildə repressiyaya məruz qalmış və güllələnmişdir.
Bəhlul əfəndinin Mustafa əfəndi adlı oğlu vardı.
Bəhlul Bəhcət Azərbaycan folklorşünaslığı tarixində özünəməxsus yeri olan ziyalılarımızdandır. "Bəhcət" yaradıcılıq imzasıdır. 1885-ci ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Araşdırmaçı-alim Rza Xəlilov bildirir ki, Bəhlul Əfəndi sonralar təhsilini Türkiyə və İranda davam etdirib. Türkiyə və İranda təhsilini başa vurduqdan sonra vətənə qayıdıb, Zəngəzur qəzasında dini fəaliyyətə başlayıb. 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduqdan sonra 1920-ci ilə qədər Zəngəzurun qazısı vəzifəsində çalışıb. O, milli dövləti fəaliyyətilə dəstəkləyənlərdən olub. Azərbaycanda bolşevizm bərqərar olduqdan sonra onun həyatının ağır günləri başlayır. Süni quraşdırılmış bir ittiham əsasında ilk dəfə olaraq 1924-cü ildə həbs edilir. 10 ildən sonra həbsdən qayıdır: 3 il ərzində əvvəlcə "Azərnəşr"də, sonra isə Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat sektorunda işləyir. Bu elm ocağı Bəhlul Bəhcətin son iş yeri olur. 1937-ci ilin avqustunda yenidən həbs olunur, 15 mart 1938-ci ildə quraşdırılmış ittihamlar əsasında güllələnir. 20 ildən sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə bəraət verilir. R. Xəlilov daha sonra deyir ki, Şərq ədəbiyyatı və dillərini, həmçinin Şərq tarixini gözəl bilən B. Bəhcətin bizə gəlib çatmış əsərləri onun görkəmli ədəbiyyatşünas, folklorşünas olduğunu göstərir: "Deyilənə görə, o, Əmin Abidlə birlikdə Firdovsinin"Şahnamə"sini dilimizə tərcümə edib".