Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biqələm
Məhəmməd Soltanəhməd oğlu (Biqələm) — şair. == Həyatı == 1860-cı ildə Bakı şəhərinin Hökməli kəndində anadan olmuşdur.Atası Soltanəhməd Bakı kəndlərində məşhur pəhlivan idi.Qardaşı Soltanəhməd də atası kimi pəhlivan olmuşdur.Məhəmmədin isə kiçik yaşlardan marağı şeir,qəzələ idi. Təhsil ala bilməyən Məhəmməd şeirlərini kəndin savadlı mollası sayılan Fərruxa yazdırmışdır.Bu səbəbdən də şeirlərini ``Biqələm`` təxəllüsü ilə yazmışdır.Savad ala bilməməsinin əsas səbəbi maddi durumla bağlı olmuşdur.O Hökməli kənd sakini Qızbacı ilə ailə həyatı qurnuşdur.Onun üç övladı olmuşdur. Qızı Gəlinxanım hal-hazırda Siyəzən rayonunda yaşayır. Lakin,atası həyatdan köçərkən Gəlinxanım azyaşlı olduğundan atası ilə bağlı xatirələri elə də çox deyildir.Məhəmməd Soltanəhməd oğlu qış aylarında qazanc məqsədilə Hökməli kəndi ətrafında qazılmış neft quyularından neft çıxararaq şəhərdə və digər kəndlərdə satırmış.Biqələmin Sərdar adlı oğlu vəfat etmiş,Balacaxanım adlı qızı isə Hökməlidə yaşamır.Biqələm 1930-1935-ci illər arasında vəfat etmiş və Hökməli kənd məzarlığında dəfn edilmişdir. == Yaradıcılığı == Biqələm müxtəlif mövzulu qəzəllər, həcvlər yazmışdır.Tez-tez el şənliklərinə dəvət olunduğu üçün şeirləri də elə bu məclislər vasitəsilə xalq arasında yayılmışdır.O təkcə Bakıda deyil,ölkənin bir çox bölgələrində tanınırdı.Hətta Əliağa Vahid Biqələmin yanına tez-tez gələr və onu özünə ustad bilərmiş. Biqələm məşhur şair Dilqəmlə də dostluq etmişdir. Təhsil almasa belə,yazdığı əsərlərin filoloji təhlili zamanı ərəb-fars tərkiblərindən istifadə etdiyini görürük.Güclü hafizəsi olduğundan o bu sözləri şifahi öyrənmişdir.Lakin,o şeirlərini sadə dildə yazaraq təbii ifadələr işlətmişdir. == Şəxsi keyfiyyətləri == Son dərəcə məğrur insan olan Biqələm çətin günlər keçirməsinə baxmayaraq heç kimdən yardım istəməmişdir.O şeirlərini,qəzəllərini maddi ehtiyacını ödəmək üşün satmamışdır.O şeirlərinin məclislərdə təmənnasız oxunması üçün şərait yaratmışdır.Kiçik həcmli lirik qəzəllərlə yanaşı,dini mövzulara da toxunan Biqələmin şeirlərindən onun dindar şəxs olmasını görmək olur.Biqələm kənd əhalisinə yardım edən,hər kəslə ünsiyyət qurmağı bacaran kamil bir insan olmuşdur. == Elmi əsərlərdə ``Biqələm`` == Həyat və yaradıcılığı haqqda ətraflı tədqiqat aparılmamışdır.Şair haqqında ilk məlumat və bir neçə şeiri ``Deyilən söz yadigardır`` şeir toplusunda nəşr edilmişdir.2006-cı ildə isə Məmmədağa Ağarzaoğlu "Hökməlinin iftixarı Biqələm" adlı kitab çap etdirmişdir.
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Nurqələm Mikayılov
Mikayılov Nurqələm Mikayıl oğlu (1930, Şamaxı – 2014, Bakı) — fəlsəfə elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarix və sosial-siyasi fənlər kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi == Həyatı == Nurqələm Mikayılov 5 yanvar 1930-cu ildə Şamaxı rayonunun Göylər kəndində tanınmış ziyali Mikayıl Molla Əhməd oğlunun və Firuzə Mehralı qızının ailəsində anadan olmuşdur anadan olmuşdur. 1946-cı ildə Göylər kəndində tam orta məktəbi bitirmiş, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. O, 1952-ci ildə həmin universiteti bitirib fəlsəfə-tarix müəllimi ixtisası almışdır. 1952-1960-cı illərdə Göylər kəndində və Şamaxı şəhərində müəllimlik etmişdir. 1960-cı ilin əvvəllərində Bakı şəhərinə gələrək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Nurqələm müəllim elmi işlə yanaşı işlədiyi Elmlər Akademiyasının, ümumiyyətlə, respublikanın ictimai həyatında da fəal iştirak etmişdir. 1961-ci ildə Fəlsəfə sektorunun partiya bürosunun katibi, eyni zamanda, Elmlər Akademiyasının Partiya Komitəsinin üzvü, Azərbaycan KP MK-nın ştatdankənar mühazirəçisi olmuşdur. Elm və ictimai iş kimi iki böyük intellektual cəbhədə nümunəvi iş aparmaq Nurqələm müəllimin dünyagörüşünün formalaşmasında çox böyük rol oynamışdır. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində) baş müəllim, sonra dosent vəzifəsini tutmuşdur.
Mirələm Mirələmov
Mirələm Mirələmov (4 noyabr 1988, Şamaxı) — müğənni, xanəndə. Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solistidir. 2011-ci ildə Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub. == Həyatı == Mirələm Mirələmov 4 noyabr 1988-ci ildə Şamaxı şəhərində anadan olub. 1996–2004-cü illərdə Şamaxı şəhərinin Məhəmməd Hadi adına 9 saylı orta məktəbində təhsil alıb. 2004-cü ildə 9-cu sinfi bitirərək mədəni marif texnikumuna daxil olub və iki ildən sonra Azərbaycan Milli Kansorvatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və Azərbaycan Respublikasının xalq artisti Zabit Nəbizadənin xanəndəlik sinfində təhsilini davam etdirib. Mirələm təhsilini 2008-ci ildə bitirir. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına, Professor Arif Babayevin sinfinə daxil olur. 2016-cı ildə Konservatoriyanın bakalavır pilləsini bitirib. Alim Qasımovdan dərs alıb.