Mikayılov Nurqələm Mikayıl oğlu (1930, Şamaxı – 2014, Bakı) — fəlsəfə elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarix və sosial-siyasi fənlər kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi[1]
Nurqələm Mikayılov | |
---|---|
Nurqələm Mikayıl oğlu Mikayılov | |
Doğum tarixi | |
Doğum yeri | Göylər, Şamaxı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Bakı |
Elmi adı | Professor |
İş yerləri | Memarlıq və İnşaat Universiteti |
Bu məqalə qaralama halındadır. |
Nurqələm Mikayılov 5 yanvar 1930-cu ildə Şamaxı rayonunun Göylər kəndində tanınmış ziyali Mikayıl Molla Əhməd oğlunun və Firuzə Mehralı qızının ailəsində anadan olmuşdur anadan olmuşdur. 1946-cı ildə Göylər kəndində tam orta məktəbi bitirmiş, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. O, 1952-ci ildə həmin universiteti bitirib fəlsəfə-tarix müəllimi ixtisası almışdır. 1952-1960-cı illərdə Göylər kəndində və Şamaxı şəhərində müəllimlik etmişdir. 1960-cı ilin əvvəllərində Bakı şəhərinə gələrək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
Nurqələm müəllim elmi işlə yanaşı işlədiyi Elmlər Akademiyasının, ümumiyyətlə, respublikanın ictimai həyatında da fəal iştirak etmişdir. 1961-ci ildə Fəlsəfə sektorunun partiya bürosunun katibi, eyni zamanda, Elmlər Akademiyasının Partiya Komitəsinin üzvü, Azərbaycan KP MK-nın ştatdankənar mühazirəçisi olmuşdur. Elm və ictimai iş kimi iki böyük intellektual cəbhədə nümunəvi iş aparmaq Nurqələm müəllimin dünyagörüşünün formalaşmasında çox böyük rol oynamışdır. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində) baş müəllim, sonra dosent vəzifəsini tutmuşdur. Namizədlik diplomunu alandan dörd il sonra, yəni 1967-ci ildə doktorluq dissertasiyasını müzakirəyə təqdim etmişdir. Onun bu sahədə uğur qazanacağına özü kimi hamı ürəkdən inanırdı və o, bu inamı doğrultdu. Lakin böyük əziyyət və çətinliklər hesabına. Bu çətinliklər isə bir sıra insanların qeyri-obyektivliyi və gözügötürməzliyi ilə əlaqədardır. Nurqələm müəllimim doktorluq dissertasiyasını belə surətlə başa çatdırması elm aləmində, müəyyən dairələrdə xüsusi maraq və narahatlığa səbəb oldu. Ona görə də dissertasiya işinin müdafiəsi möhkəm elmi və qeyri-elmi diskussiyalara səbəb olurdu. Respublikamızda elmin inkişafına obyektiv qiymət verən təşkilatların, alimlərin köməyi ilə iş müzakirə olundu və müdafiəyə təqdim olundu. Nəhayət, o, 1972-ci ilin may ayında doktorluq alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etdi, iş həm Elmi Şura üzvləri, həm də görkəmli alimlər tərəfindən bir səslə yüksək qiymətlə qəbul edildi. O, həmin ildə də fəlsəfə elmləri doktoru alimlik diplomu aldı. Professor N.M.Mikayılov 1970-ci ildən Azərbaycan Pedaqoji İnstitunda dosent, 1974-cü ildən isə professor vəzifəsində çalışmışdır. O, 1975-ci ildə yeni yaradılmış İnşaat Mühəndisləri İnstitututuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) kafedra müdiri vəzifəsinə təyin edildi. O gündən ömrünün sonuna qədər, 40 ilə yaxın, həmin universitetin “Tarix və sosial-siyasi fənlər” kafedrasına rəhbərlik etmişdir. Nurqələm müəllim SSRİ və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin, SSRİ “Bilik” cəmiyyətinin Fəxri fərmanları və digər mükafatlarla təltif edilmişdir. 1986-cı ildə Böyük Kreml sarayında keçirilən ali təhsil müəssisələrinin ictimai elmlər kafedralarının müdirlərinin Ümumittifaq müşavirəsinə hazırlıqla əlaqədar Moskva komissiyası tərəfindən respublikanın ictimai elmlər kafedraları yoxlanmış və hər ikisində professor N.Mikayılovun rəhbərlik etdiyi kafedra ittifaqın birinci qabaqcıl kafedraları sırasında yer tutmuşdur. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir. Professor N.M.Mikayılov fəlsəfə və sosial-siyasi elmlərə aid üç monoqrafiyanın, 26 kitabın, 150-dən çox məqalənin müəllifidir. 1996-2009-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, pedaqoika, psixologiya və ilahiyyat üzrə Ekspert Şurasının üzvü, daha sonra sədri olmuşdur. 2009-cu il yanvarın 19-da ona Azərbaycan KİVİNİ tərəfindən “İlin nüfuzlu ziyalısı” fəxri adı verilmişdir. Bu görkəmli alim 2014-cü ilin sentyabr ayının 18-də Bakı şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən doğma kəndi olan Göylər kəndində dəfn edilmişdir.