Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pələng cırmağı (film, 1991)
Pələng cırmağ (ing. Tiger Claws) — 1991-ci ildə döyüş janrında çəkilən filmdir. Filmin büdcəsi qiymətləndirməylə 2,500,000 Kanada dollarıdır. Bu büdcənin qoyulmasında Calal Merhinin böyük rolu vardır. Filmin bir çox səhnələri "Shapiro-Glickenhaus Entertainment" şirkətinin büdcə problemi səbəbindən ayrı-ayrılıqda 3 aya çəkilmişdir. == Məzmun == Bir çox döyüş ustalarını qəddarlıqla öldürən qatil axtarışdadır. Onun axtarış işi Linda Mastersona həvalə edilir. Onun köməkçisi isə Terek Riçardsdır. Terek bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılmış və bu vəzifəni geri qaytarmaq üçün yeni vəzifəsinin üstəsindən gəlməlidir. Onlar naməlum səbəbdən öldürülmüş döyüş ustalarının bədənlərində pələng cırmağına bənzər izləri müşahidə edirlər.
Çarxaçı
Çarxaçı – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Çarxaçı oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. XIX əsrin əvvəllərində Xaltan kəndindən ayrılmış ailələr tərəfindən salınmış bu kənd sahilində yerləşdiyi Çarxaçu çayının adını daşıyır. == Coğrafiyası == Carxacu Quba rayonu ərazisində çay. Gilgil çayının sağ qoludur. Hidronim carx (su üzərində qurulmuş dəzgah) və cu (tat dilində "ağac") sözlərindən düzəlib "üzərində ağacişləmə dəzgahı qurulmuş çay" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 233 nəfər əhali yaşayır.
Aphanius sirhani
Aphanius sirhani (lat. Aphanius sirhani) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin çəkidişlər fəsiləsinin aphanius cinsinə aid heyvan növü.
Pirhadi (Urmiya)
Pirhadi (fars. پيرهادي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (28 ailə).
Çıraqçı (Həştrud)
Çıraqçı (fars. چراغچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (72 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 22 km qərbdədir.
Axirət Cihazı
Axirət cihazı adətən planetdəki bütün həyat formalarını silmə gücünə malik silah və ya silah sistemlərindən ibarət hipotetik quruluşdur. Bir çox hipotetik quruluşlar hidrogen bombalarının daha böyük versiyalarının yaradıla biləcəyi faktına yaxud onların başqa maddələrlə gücləndirilməsi düşüncəsinə əsaslanır (məs: kobalt bombası.) Axirət cihazları və nüvə qırğınının dünyanı yox etməsi düşüncəsinə 20-ci əsr incəsənət və ədəbiyyatında elm və texnologiyanın təkmilləşməsi ilə inam daha da artdı. Elmi fantastika janrındakı bir çox klassiklər elə bu mövzunu əhatə edir. "Axirət cihazı" termini ilk dəfə 1960-cı ildə öz təstiqini tapıb. == Tarixi == 1954-cü ildən bəri Kəstl Bravo istilik-nüvə silahı testi istənilən böyüklükdə dağıdıcı və təsir etdiyi hər yeri intensiv radiasiyaya məruz qoyan bombaların düzəldilməsinin mümkünlüyünü ortaya qoyur. Leo Szilard kimi bir sıra nüvə silahı nəzəriyyəçiləri massiv istilik-nüvə silahını yüzlərlə ton kobaltla əhatə edib partlatdıqda əmələ gələcək Cobalt-60-ın demək olar yer üzündəki canlı həyata son qoyacağını düşünür. RAND şirkətinin strategisti Herman Kahn Sovetin və ya ABŞ-nin bir sıra hidrogen bombasını eyni anda partladmağa proqramlanmış axirət maşınlarının var olduğuna inanırdı. Axirət cihazının nüvə hücumunu aşkarlaya bilmə qabiliyyəti insansız və insan müqavimətinə məhəl qoymayaraq öz-özünə işə düşməsidir. Kahn bu maşının potensiyal düşmən hücumlarını dəf etməsi və siyasi önəmini vurğulayaraq bu tip maşının həqiqi olmaq ehtimalının çox yüksək olduğunu bildirir, lakin "axirət maşınları" müzakirəsində Kahn N-ci ölkə eksperimentindən bəhs edir və bildirir ki, o heç vaxt ABŞ-nin axirət maşınına sahiblənməsinin tərəfdarı olmayıb. Soyuq müharibə zamanı Sovet Birliyinin təkmilləşdirdiyi "Perimetr" sistemi ölümcül nüvə xüsusiyyətlərinə görə "axirət maşını" adlandırılırdı.
Caraci (Urmiya)
Caraci (fars. ژراژي‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (113 ailə).
Gecəgörmə cihazı
Gecəgörmə cihazı — obyektləri onların məxsusi və ya əks etdirdiyi istilik (infraqırmızı – İQ) şüalanmasına görə qaranlıqda, yaxud zəif işıqlandırılmış şəraitdə tapmaq və müşahidə etmək üçün cihaz. İş prinsipi obyektin İQ şüalardakı təsvirinin görünən təsvirə çevrilməsinə əsaslanır. Gecəgörmə cihazlarının əsasını İQ şüaların qəbuledicisi, gücləndirici və təsvirin vizuallaşdırılma qurğusu funksiyalarını yerinə yetirən fotoelektron cihaz təşkil edir. Mənbədən (işıqlanan gecə səması, ulduzlar, ay və s.) gələn şüalar obyektdən əks olunaraq gecəgörmə cihazının obyektivinə düşür və obyektin gözlə görünməyən təsvirini ("portretini") yaradır; bu "portret" qəbuledicidə görünən təsvirə çevrilir. Passiv (təbii gecə işığında işləyir) və aktiv (adətən, İQ diapazona yaxın işıqlandırma ilə işləyir) gecəgörmə cihazları olur. Elektron-optik çevirici və ya onun analoqu – fotohəssas inteqral sxem əsasında hazırlanan gecəgörmə cihazları daha geniş yayılmışdır. Konstruktiv cəhətdən gecəgörmə cihazları monokl, binokl, müxtəlif silahların nişangahı, eynəklər, həmçinin fotokamera və videokamera şəklində hazırlanır; enerji mənbəyi kimi akkumulyatorlar işlədilir. Bütün gecəgörmə cihazları tozdan və nəmdən qoruyan hermetik zərbəyədavamlı gövdəyə malikdir. Gecəgörmə cihazları, əsasən, hərbi və kəşfiyyat aparatlarında, həmçinin ov, xilasetmə əməliyyatları, gecə foto və video çəkilişləri, görünmə dərəcəsi aşağı olan şəraitlərdə gəmi və avtomobillərin idarə olunması zamanı tətbiq edilir.
Ölçü cihazı
Cihaz və ya ölçü cihazı – verilmiş fiziki kəmiyyəti hər hansı bir diapazonda ölçmək üçün tətbiq olunan qurğudur. ==== Təsnifatı ==== İndikasiya üsuluna görə: Rəqəmli multi ölçü cihazı.Bu cihaz yalnız ölçülən kəmiyyətin qiymətini göstərməyə imkan verir. Qeyd edici cihaz – burada ölçülən kəmiyyət qeyd edilir. Nəticə ya analoq ya da rəqəmli şəkildə verilə bilər. Ölçmə üsuluna görə: Bir başa ölçən, burada kəmiyyətin qiyməti bir başa ölçülür, məsələn manometr, ampermetr. Müqayisəli şəkildə olçən cihaz, burada ölçmədən alınan nəticə dolayı yolla bir etalon qiymətlə müqayisə edilərək qiymətləndirilir. Nəticənin təsvirinə görə: Analoq ölçmə cihazı, burada cihazın göstəricisi bir başa ölçülən kəmiyyətdən asılı olan funsiya ilə müəyyən olunur. Rəqəmli ölçmə cihazı - ölçmənin nəticəsi rəqəmli şəkildə verilir. Başqa əlamətlərinə görə: Çəmləşdirici ölçmə ciha zı ölçmənin nəticəsini müxtəlif yollarla əldə edilən iki və daha artıq finksiyalardan asılı olaraq təyi edilir. İnteqrallayıcı ölçmə cihazı ölçmənin nəticəsini inteqralladıqdan sonra göstərir.
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
Çuhaçi Ninomiya
Çuhaçi Ninomiya (二宮 忠八, Ninomiya Çuhaçi, 20 iyun 1866, Yavatahama[d], Ehime prefekturası – 8 aprel 1936) – Yaponiya aviasiya qabaqcılı. Qarğa tipli uçan aparat (1891) və qızılböcək tipli uçan aparat (1893) kimi müstəqil aviasiya dizaynları hazırlamışdır. == Həyatı == Çuhaçi Ninomiya 1866-cı ildə samuray ailəsinin dördüncü oğlu kimi doğulmuşdur. Uşaqlıqdan uçan aparatlara böyük marağı olmuşdur. Orduya qoşulmazdan öncə çərpələnglərin hazırlanması ilə məşğul olmuş, reklam məqsədləri üçün "valideyn və uşaq" çərpələngi ixtira etmişdir. Fotodükkanda işlədikdən sonra 14 yaşında böyük qardaşının dərman dükkanında işləməyə başlamışdır. Tibbi bilikləri səbəbilə Yaponiya ordusunda xəstə baxıcısı təyin olunmuşdur. 1889-cu ilin noyabrında Yaponiya ordusunda hərbi təlim zamanı dincələn Ninomiya qanadını çırpmadan uçan qarğaları müşahidə etmiş və bundan ilhamlanaraq ilk miniatür təyyarə modelini yaratmışdır. Təyyarə modelinin 60 santimetr genişliyində bir qanadı, dörd pərvanəsi və üç təkəri var idi, pərvanəsi gəmi pərvanəsi əsasında yaradılmışdı. "Karasu" (hərf. qarğa) adını verdiyi bu modelin ön hissəsinə qarğa şəkli də çəkmişdir.
Circi Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Baş icraçı direktor
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
Məsafə ölçmə cihazı
Məsafə ölçmə cihazı — bir obyektə olan məsafəni təyin edən bir cihaz. == Xarici keçidlər == Range-Finding in the Army.
Fələstin İslam Cihadı
Fələstin İslami Cihad Hərəkatı (Ərəb: حركة الجهاد الإسلامي في فلستين - Hərakat əl-Cihad əl-İslami fi Fələstin) Qəzza zolağının Həmişə bölgəsində yəhudilərə qarşı mübarizə aparan İslam mücahidləri qrupudur. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İngiltərə, Yaponiya, Kanada, Avstraliya və İsrail İslam Cihadını hesab edirlər. Bir proto təşkilat dövlət olan Fələstinli terror qrupları Qəzzada yəhudilərə qarşı etnik təmizləmə apardıqları üçün Fələstin torpaqlarının işğalına qarşı mübarizə aparır. İslami Cihad HƏMAS-dan kiçikdir, lakin Əl-Fəth ilə eyni böyük sosial bazaya malikdir. Ramazan Şallah Fathi Şaqaqi və Əbdüləziz Avda tərəfindən Fələstin Azadlıq Təşkilatının bir qolu olaraq Sinay yarımadasında bu günə qədər davam edən təşkilatın rəhbəridir.
İnteqrasiya edilmiş giriş cihazı
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Ələddinin sehrli çırağı (dəqiqləşdirmə)
Ələddinin sehrli çırağı (film, 1979)
Ələddinin sehrli çırağı (film, 1979)
"Ələddin sehrli çırağı" filmi - İrruppam Vidu Sasidaranın 1979-cu ildə malayalam dilində çəkdiyi Hindistan fantastik filmidir. == Rollarda == Kamal Həsən — Ələddin Racinikant — Kamaruddin Cayabxarati — Roşni Şripriya — Cəmilə Qanesan Qardaşları — Mir Qasım SA Aşokan — Cin Savitri — Ələddinin anası Ravikumar — Fəsul Camal VS Raqavan — Cəmilənin atası Sukumari — Aişəümmə PS Virappa — Şahənşah RS Manohar VK Ramasami == Məzmun == Bağdad silahlı qüvvələrinin komandiri Kamaruddin başçının ölümündən sonra torpaqlara sahib olacağı üçün krallığın şahzadəsi Roşniylə evlənmək istəyir. Roşni isə Ələddini sevir. O, küçədə veyillənən birisidir. Ələddini isə Cəmilə sevir, lakin, bu sevgi hər iki tərəfdən deyil. Ələddin və Kamaruddin Roşni üçün mübarizə aparırlar. Bu mübarizədə nə qalib gələcək: qəddarlıq, yoxsa, sevgi?
Ələddinin sehrli çırağı (film, 1966)
Ələddinin sehrli çırağı (rusca: Волшебная лампа Аладдина, Rom: Volşebnaya lampa Aladdina) — "Min bir gecə" nağıllarında adı keçən Ələddinin nağılının əsasında rejissor Boris Rytsarev tərəfindən 1966-cı ildə çəkilmiş olan sovet fantastika filmidir. == Süjet xətti == Ələddin yoxsul ailədə böyümüş gəncdir. Sultanın qızı şahzadə Budurun yer üzünün ən gözəl qadını olduğunu yaxşı bilir. Ancaq şahzadənin üzünü heç vaxt görməyib. Çünki zalım Sultan qızına baxmağa cürət etmiş insanların boynunu vurdurur. Günlərin bir-günü şahzadə öz şıltaqlığı ilə Ələddini ona baxmağa vadar edir və onu ölüm təhlükəsi qarşısında qoyur. Ələddin keşikçilərdən qaça bilsə də, pis niyyətli cadugərlə rastlaşır. Cadugər onun bütün arzuları yerinə yetirə bilən sehirli çırağı axtarmasını istəyir. İçində cin oturan çırağı Ələddindən başqa heç kim tapa bilməz...
Ələddinin sehrli çırağı (film, 1967)
Ələddinin sehrli çırağı (film, 1979)