Axirət Cihazı

Bir çox hipotetik axirət cihazı hidrogen bombalarının gücləndirilmiş formasının dünyanı məhv etmə potensialına malik olduğu fikrinə əsaslanıb.

Axirət cihazı adətən planetdəki bütün həyat formalarını silmə gücünə malik silah və ya silah sistemlərindən ibarət hipotetik quruluşdur. Bir çox hipotetik quruluşlar hidrogen bombalarının daha böyük versiyalarının yaradıla biləcəyi faktına yaxud onların başqa maddələrlə gücləndirilməsi düşüncəsinə əsaslanır (məs: kobalt bombası.)

Axirət cihazları və nüvə qırğınının dünyanı yox etməsi düşüncəsinə 20-ci əsr incəsənət və ədəbiyyatında elm və texnologiyanın təkmilləşməsi ilə inam daha da artdı. Elmi fantastika janrındakı bir çox klassiklər elə bu mövzunu əhatə edir. "Axirət cihazı" termini ilk dəfə 1960-cı ildə öz təstiqini[1] tapıb.

1954-cü ildən bəri Kəstl Bravo istilik-nüvə silahı testi istənilən böyüklükdə dağıdıcı və təsir etdiyi hər yeri intensiv radiasiyaya məruz qoyan bombaların düzəldilməsinin mümkünlüyünü ortaya qoyur. Leo Szilard kimi bir sıra nüvə silahı nəzəriyyəçiləri massiv istilik-nüvə silahını yüzlərlə ton kobaltla əhatə edib partlatdıqda əmələ gələcək Cobalt-60-ın demək olar yer üzündəki canlı həyata son qoyacağını düşünür. RAND şirkətinin strategisti Herman Kahn Sovetin və ya ABŞ-nin bir sıra hidrogen bombasını eyni anda partladmağa proqramlanmış axirət maşınlarının var olduğuna inanırdı.

Axirət cihazının nüvə hücumunu aşkarlaya bilmə qabiliyyəti insansız və insan müqavimətinə məhəl qoymayaraq öz-özünə işə düşməsidir. Kahn bu maşının potensial düşmən hücumlarını dəf etməsi və siyasi önəmini vurğulayaraq bu tip maşının həqiqi olmaq ehtimalının çox yüksək olduğunu bildirir, lakin "axirət maşınları" müzakirəsində Kahn N-ci ölkə eksperimentindən bəhs edir və bildirir ki, o heç vaxt ABŞ-nin axirət maşınına sahiblənməsinin tərəfdarı olmayıb.[2]

Soyuq müharibə zamanı Sovet Birliyinin təkmilləşdirdiyi "Perimetr" sistemi ölümcül nüvə xüsusiyyətlərinə görə "axirət maşını" adlandırılırdı.[3][4]

Bədii ədəbiyyatda

[redaktə | mənbəni redaktə et]

Axirət cihazları 1940, 1950-ci illərdə bədii ədəbiyyatda daha geniş yayılmağa başladı. Bunun əsas səbəbi nüvə silahların kəşfi və sabit yox olma qorxusu idi.[5] "Dr. Strenclav" filmindəki məşhur nümunəni misal çəkmək olar. Burada natamam şəkildə dayandırılmış Amerikan hücumu "Perimetr" silahını işə salır və dünyada həyat məhv olur.[5] Başqa bir digər nümunəni isə Star Trekdəki The Doomsday Machine (Axirət Maşını, 1967) epizodundan göstərmək olar. Burada isə Enterprise (təşəbbüs) tayfası yadplanetlilərin güclü planet öldürücü silahına qarşı mübarizə aparır, fəqət axirət cihazları elmi fantastika əsərləri sayəsində daha fərqli şəkillər almışdır. Bunun ən bariz nümunəsi ay ölçüsündə Death Star (Ölüm Ulduzu) adlı kosmik stansiyadır.[5]

Süni İntellektin dünyanı ələ keçirməsi səbəbindən aktivləşən bədii axirət cihazı nümunələri də mövcuddur.[6] WarGames-dəki (1983) raketlərin kompüterlər tərəfindən ələ keçirilməsi və Terminatordakı insan irqinin Skynet tərəfindən məhv edilməsini buna nümunə göstərmək olar.[6]

  1. Harper, Duqlas . "doomsday Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine". Online Etymology Dictionary.
  2. Kahn, Herman (1960). On Thermonuclear War. Princeton, NJ, USA: Princeton University Press.
  3. "Dr. Strangelove's 'Doomsday Machine': It's Real" Arxivləşdirilib 2021-12-10 at the Wayback Machine. NPR.org. NPR
  4. "Inside the Apocalyptic Soviet Doomsday Machine". Arxivləşdirilib 2012-02-29 at the Wayback Machine Wired.com.
  5. 1 2 3 Hamilton, Con. "Doomsday Devices". Weapons of Science Fiction. Arxivləşdirilib 2021-03-08 at the Wayback Machine New York: ABDO Digital. səh. 14. ISBN 1617843636. OCLC 1003840589 Arxivləşdirilib 2021-03-08 at the Wayback Machine.
  6. 1 2 Pilkinqton, Eys Q.; Brin, Devid. "Doomsday Machine". Science Fiction and Futurism: Their Terms and Ideas. Arxivləşdirilib 2021-03-08 at the Wayback Machine Cefferson, Şimali Karolina ştatı. səh. 69. ISBN 1476629552. OCLC 973481576.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]