Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəngəllik
Cəngəllik — sıx və keçilməz tropik və ya subtropik meşələr verilən ad. Cəngəllik sözü hind dilləri qrupuna daxil olan sanskrit dilində "canqal" sözündən götürülmüşdür və mənası da keçilməz kolluq anlamını daşıyır. Yağıntının miqdarının çox olması cəngəlliyin flora və faunasının zəngin olmasına səbəb olur. Yer kürəsinidəki heyvan və bitki növlərinin 2/3-si cəngəlliklərin payına düşür. Ehtimal olunur ki, milyonlarla heyvan və bitki növləri hələ də öyrənilməyib. Cəngəllikləri bəzən "Yer kürəsinin ləl-cavahiratı", yaxud dərman ləvazimatlarının çox hissəsinin burada əldə olunmasına görə "Yer kürəsinin ən böyük apteki" adlandırırlar. == Tutduğu ərazilər == Ən böyük cəngəllik Amazon çayının hövzəsindədir. == Ümumi xarakteristikası == Cəngəllik üçün aşağıdakılar xarakterikdir: İlboyu bitkilərin kəsilməz şəkildə ; Floranın müxtəlifliyi və ikiləpəlilərin üstünlük təşkil etməsi; çiçəklərin, daha sonra isə meyvələrin bitkilərin gövdəsi və qalın budaqları üzərində əmələ gəlməsi. Cəngəllik müxtəlif filora və faunaya özünəməxsus xüsusiyyətə malik 4 səviyyəyə bölünmüşdür.
Cəngəllik toyuğu
Cəngəllik toyuğu (lat. Gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Cəngəllik toyuqları
Cəngəllik toyuqları (lat. Gallini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan tribası.
Bankiv cəngəllik toyuğu
Bankiv cəngəllik toyuğu (lat. Gallus gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü. == Yarımnövləri == G. g. bankiva G. g. gallus G. g. jabouillei G. g. murghi G. g.
Boz cəngəllik toyuğu
Boz cəngəllik toyuğu (lat. Gallus sonneratii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Yaşıl cəngəllik toyuğu
Yaşıl cəngəllik toyuğu (lat. Gallus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Cəngəllik kitabı (film, 1994)
Cəngəllik kitabı (ing. The Jungle Book) — 1994-cü ildə Stiven Sommers tərəfindən çəkilən filmdir. Filmin distribütori "Buena Vista Pictures" kinokompaniyasıdır. Bu film ingilis yazıçısı Redyard Kiplinqin «Cəngəlliklər kitabı» və «Cəngəlliklərin ikinci kitabı» əsasında hazırlanmışdır. 1967-ci ildə çəkilən Cəngəllik kitabı cizgi filminin remeykidir. == Məzmunu == == Xarici keçidlər == Cəngəllik kitabı — Internet Movie Database saytında.
Cəngəllik kitabı (cizgi filmi, 1967)
Cəngəllik kitabı (ing. The Jungle Book) — 1967-ci ildə istehsal olunmuş cizgi filmidir. "Cəngəllik kitabı" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 19-cu klassik qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru Volfqanq Reyterman, prodüseri isə Volt Disneydir. Volt Disney cizgi filminin istehsalı ərəfəsindəykən 1966-cı ildə vəfat etmişdir. Cizgi filmi ingilis yazıçısı Redyard Kiplinqin «Cəngəlliklər kitabı» və «Cəngəlliklərin ikinci kitabı» əsasında hazırlanmışdır. Cizgi filminin 1994-cü ildə Cəngəllik kitabı remeyk filmi, 2003-cü ildə davamı olan "Cəngəllik kitabı 2" cizgi filmi çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Cəngəllik kitabı — Internet Movie Database saytında.
Cəngəllik kitabı 2 (cizgi filmi, 2003)
Cəngəllik kitabı 2 (ing. The Jungle Book 2) — 2003-cü ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Cəngəllik kitabı 2 — Internet Movie Database saytında.
Cəngəlliklər
Cəngəllik — sıx və keçilməz tropik və ya subtropik meşələr verilən ad. Cəngəllik sözü hind dilləri qrupuna daxil olan sanskrit dilində "canqal" sözündən götürülmüşdür və mənası da keçilməz kolluq anlamını daşıyır. Yağıntının miqdarının çox olması cəngəlliyin flora və faunasının zəngin olmasına səbəb olur. Yer kürəsinidəki heyvan və bitki növlərinin 2/3-si cəngəlliklərin payına düşür. Ehtimal olunur ki, milyonlarla heyvan və bitki növləri hələ də öyrənilməyib. Cəngəllikləri bəzən "Yer kürəsinin ləl-cavahiratı", yaxud dərman ləvazimatlarının çox hissəsinin burada əldə olunmasına görə "Yer kürəsinin ən böyük apteki" adlandırırlar. == Tutduğu ərazilər == Ən böyük cəngəllik Amazon çayının hövzəsindədir. == Ümumi xarakteristikası == Cəngəllik üçün aşağıdakılar xarakterikdir: İlboyu bitkilərin kəsilməz şəkildə ; Floranın müxtəlifliyi və ikiləpəlilərin üstünlük təşkil etməsi; çiçəklərin, daha sonra isə meyvələrin bitkilərin gövdəsi və qalın budaqları üzərində əmələ gəlməsi. Cəngəllik müxtəlif filora və faunaya özünəməxsus xüsusiyyətə malik 4 səviyyəyə bölünmüşdür.
Cəngəlliklər kitabı
"Cəngəlliklərin kitabı" (1894) – Redyard Kiplinqin hekayələr toplusu. Davamı olaraq "Cəngəlliklərin ikinci kitabı" əsəridir. Hər iki kitab özündə ibrətamiz tərzdə olan bir neçə kitabı birləşdirir. Baş qəhrəmanları antropomorf xüsusiyyətlər verilmiş heyvanlardır. Baş qəhrəman cəngəllikdə canavarların arasında böyüyən isə Mauqli adlı oğlan uşağıdır. Digər obrazlara pələng Şir Xan və ayı Balu daxildir. Kitab əsasında dəfələrlə film çəkilmişdir. == Məzmunu == Hekayələr ilk dəfə 1893–1894-cü illərdə çap olunmuşdur. Bir sıra illüstrasiyaların müəllifi Redyard Kiplinqin atası Con Kiplinq olmuşdur. Redyard Kiplinq Hindistanda doğulmuş və uşaqlığının ilk 6 ilini orada keçirmişdir.
Cəngəlliklər kitabı (film, 2016)
Cəngəllik kitabı (ing. The Jungle Book) — Con Favro tərəfindən rejissorluğu, Castin Marks tərəfindən yazılan və Walt Disney Pictures tərəfindən istehsal edilən fantaziya macəra filmi. == Məzmun == Mauqli Hindistanda meşədə qurd Rakşa tərəfindən böyüdülən, Akelanın liderlik etdiyi sürüdə yaşayan və panter Bagira tərəfindən tapılan "insan balası"dır. Akela onun insan kimi olmasını qəbul etməmişdir. Bir gün quraqlıq mövsümündə cəngəllik heyvanları yırtıcılar yeyilmə qorxusu olmadan su içmək üçün toplaşıb atəşkəs elan edərlər. Ancaq yaralı Benqal pələngi Şir Xan Mauqlinin qoxusunu hiss edib gəldiyində atəşkəs pozular. O, quraqlığın sonunda Mauqlini öldürəcəyini dair xəbərdarlıq edər. Mauqli özünün təhlükəsizliyi üçün cəngəlliyi tərk etməyə qərar verər. Bagira yaxınlıqdakı insan kəndinə qədər ona rəhbərlik qərarı verər. Yolda Şir Xan onları izləyər və Bagiranı yaralayar, ancaq Mauqli qaçmağı bacarır.
Cinsəllik
İnsanın seksuallığı və ya insanın cinsəlliyi — insanın cinsi həvəsinin təzahürü və ödənilməsi ilə bağlı olan bioloji, psixofizioloji, psixi və emosional reaksiyaların, təcrübə və hərəkətlərin məcmusu. Seksuallıq insan orqanizminin tənəffüs, həzm və s. kimi anadangəlmə ehtiyacı və funksiyasıdır. İnsan fizioloji olaraq müəyyən seksual potensialla doğulur, sonra fərdi həyat təcrübəsi çərçivəsində seksuallıq formalaşır. Ümumiyyətlə, insanın seksuallığı bioloji, psixi və sosial-mədəni amillərin inteqrasiya olunmuş qarşılıqlı təsiri ilə müəyyən edilir . == İnsan seksuallığının komponentləri == İnsan seksuallığının çoxsaylı formaları var. İnsan seksuallığı geniş spektrli davranış və prosesləri, cinsiyyətin fizioloji, psixoloji, sosial, mədəni, siyasi, mənəvi və ya dini aspektlərini, habelə insanın cinsi davranışını əhatə edir. Seksuallıq insan davranışının digər aspektləri kimi, həm bioloji, həm də sosial xarakter daşıyır: cinsiyyətin bəzi xüsusiyyətləri genetik, digərləri isə sosiallaşma prosesində formalaşır. Bu baxımdan insan seksuallığının bir neçə komponenti fərqləndirilir: bioloji cins — cinsi xromosomlar, cinsi hormonlar, cinsiyyət hüceyrələri, xarici və daxili cinsiyyət orqanları, ikinci dərəcəli cinsi əlamətlər kimi əlamətlər toplusu; gender kimliyi — bioloji cinslə mütləq üst-üstə düşməyən müəyyən cinsə mənsubiyyət hissi; gender rolu — cəmiyyətdə bu və ya digər "adətən kişi" və ya "adətən qadın" davranışını təyin edən, müəyyən cəmiyyətin mədəni normalarına uyğun gələn davranış; seksual oriyentasiya — əks cinsdən (heteroseksual oriyentasiya), eyni cinsdən (homoseksual oriyentasiya) və ya hər iki cinsdən (biseksual oriyentasiya) insanlara emosional, romantik və həssas cazibə və ya ümumiyyətlə hər hansı cazibənin olmaması (aseksual oriyentasiya); cinsi kimlik — özünü bu və ya digər cinsi oriyentasiyaya malik olan insanlarla eyniləşdirməsi, özünü müəyyən oriyentasiyalı şəxs kimi dərk etməsi . Fəlsəfə, xüsusilə etika və əxlaq elmi ilə yanaşı ilahiyyatın da predmetinə bu mövzu daxildir.
Kale cəngəlliyi
Kale cəngəlliyi (fr. Jungle de Calais) — Fransanın Kale şəhərində yerləşən qaçqın düşərgəsi. 2015-ci ildə Avropa miqrant böhranı zamanı düşərgə qlobal diqqət çəkmişdir. 2016-cı ilin may ayında düşərgədə 5 min qaçqın yaşayırdı.
İşıq çəngəli
İşıq çəngəli — elektrik cihazlarını elektrik xəttinə calamaq üçün haça şəkilli metal alət. Hər ölkədə fərqli işıq çəngəli və işıq nəlbəkisi standartları tətbiq olunur. Dünyada ən çox iki gərginlik və tezlik sistemi yayılıb. Bunlardan biri 100-127 V, 60 Hz-lik Amerikada , digəri isə 220-240 V, 50 Hz-lik Avropa standartıdır.
Limon çəngəli
Limon çəngəli — limon dilimlərini hərəkət etdirmək üçün istifadə edilən kiçik (4+ düym uzunluğunda) süfrə ləvazimatı. Limon çəngəlləri 19-cu əsrin son rübündə digər xüsusi süfrə ləvazimatları ilə birlikdə məşhurlaşmışdır. Çəngəl süfrədə limon dilimlərinin üzərinə qoyulurdu. Bir çox ixtisaslaşdırılmış qablardan fərqli olaraq limon çəngəlləri 21-ci əsrdə, əsas da restoranlarda hələ də istifadə olunur. Limon çəngəli həmçinin xiyar dilimləri, zeytun, kərə yağı, hisə verilmiş balıq və pendir dilimlərini götürmək üçün də istifadə edilə bilər.