Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Duqlas Kouplend
Duqlas Kouplend 30 dekabr 1961-ci ildə NATO-nun Almaniyadakı bazasında anadan olub. Lakin uşaqlıq, gənclik dövrünün çox hissəsini sonralar İncəsənət və Dizayn Kollecini bitirdiyi Vankover şəhərində keçirib. yazıçının karyerası öz dövrünün gəncliyini əks etdirəsi sənədli hekayə üçün aldığı 22.500 dollar məbləğində avansdan başlayıb. Sənədli hekayənin əvəzinə Kouplend "İks nəsli" romanını yazdı. Kitabda üç uğursuz adamın taleyini əks etdirən haşiyəli estetikaya incə müşahidələr qatılıb. 1995-ci ildə "Tezləşdirilmiş zaman üçün nağıllar" başlığı altında işıq üzü görən kitab 400 min tirajla satılmışdı. Şöhrət qazanıb dildən-dilə düşdükcə ayin mətnlərini xatırladan roman sənət hadisəsinə, kitabın başlığı isə gənclik mədəniyyətində yeni eranın adına çevrildi.
We Could Be The Same
We Could Be The Same (Azərbaycanca: Eyni ola bilərdik) — Avroviziya 2010-da Türkiyəni təmsil edən mahnı. Mahnını "maNga" qrupu ifa etdi. Mahnının musiqisi "maNga" ya, sözləri isə "maNga", Evren Özdəmir və Fiona Movery Akıncına aiddir.
Ghost in the Shell: Stand Alone Complex
Ghost in the Shell: Stand Alone Complex (攻殻機動隊 STAND ALONE COMPLEX, Kōkaku Kidōtai STAND ALONE COMPLEX, Zirehdəki Xəyalət: Təklik Kompleksi) ー Production I.G studiyası tərəfindən Masamune Şironun Ghost in the Shell manqası əsasında çəkilmiş anime serialı. Birinci mövsumu ilk dəfə Perfect Choice kanalında 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabradək yayımlamışdı. Ghost in the Shell: S.A.C. 2nd GIG (攻殻機動隊 S.A.C. 2nd GIG, Kōkaku Kidōtai S.A.C. 2nd GIG) adlı ikinci mövsum isə ilk dəfə Animax kanalında 2004-cü ilin yanvarın 1-dən 2005-ci ilin yanvarın 8-ə dək nümayiş olunurdu. == Məzmun == Hadisələr 2030-cu ildə, əsasən Yaponiyanın Niihama prefekturasının Niihama şəhərində (新浜県新浜市, Niihama-ken Niihama-shi) baş verir. Bəzi insanlar bədənləri protezləşdirib, kiborq olurlar. Məzmun İctimai Təhlükəsizlik Bürosunun IX Şöbəsinin (公安9課, Kōan Kyūka) ətrafında fırlanır. Bu şöbə bir sıra cinayətləri araşdırır və eyni zamanda Yaponiya hökumətinin bəzi hissələrin özündə olan cinayətlərlə üzləşir. == İstehsal == Ghost in the Shell: Stand Alone Complex serialın animasiyanı yaradan Production I.G, prodüserləti isə Bandai Visual, Bandai Entertainment, Dentsu, Nippon Television Network, Tokuma Shoten, Victor Entertainment, və Manga Entertainment idilər. === Musiqi === Yoko Kanno serialın iki mövsum, tam metrajlı sikvel və OVA-ların bütün musiqi çərçivələrinin (açılış və sonluq mahnıları) bəstəkarıdır. == Yayımlama == Animax anime televiziya şəbəkəsi 2002-ci ildə animenin lisenziyanı alıb, onu Asiyanın böyük hissəsində və həm də Latin Amerikada nümayiş eləyib.
If You Could See Me Now (The Script mahnısı)
"If You Could See Me Now" mahnısı — The Script rok qrupunun indiyə kimi həm #3 albomundan, həm də ümumiyyətlə çıxardığı ilk və tək "Hip hop" tərzində olan trekidir. Bu mahnı qrupun solisti Danny O'Donoghuenin atası Shay O'Donoghue xatirəsinə həsr olunmuşdur. Mahnının ərsəyə gəlməsində demək olar ki, Danny O'Donoghue özü iştirak etmişdir. Yalnız bir sıra yerlərində gitarist Mark Sheehan və digər bəstəkarlar düzəlişlər etmişdir. Mahnıda ən yadda qalan və təsir edici hissəsi isə "The roses came, but they took you away" yəni tərcümədə mənası "Güllər gəldi, amma onlar səni uzaqlaşdırdı" deməkdir. Bu hissə isə əbəs yerə işlədilməyib. Çünki Denninin atası məhz 14 Fevralda — Sevgililər günündə dünyasını dəyişmişdir. Məhz bu hadisə bu günə təsadüf etdiyi üçün o, bunu beləcə əlaqələndirib. Mahnının klipi 18 fevral 2013 tarixində çəkilmişdir. Hazırda klipin baxış sayı 20 milyondan çoxdur.