Duqlas Kouplend 30 dekabr 1961-ci ildə NATO-nun Almaniyadakı bazasında anadan olub. Lakin uşaqlıq, gənclik dövrünün çox hissəsini sonralar İncəsənət və Dizayn Kollecini bitirdiyi Vankover şəhərində keçirib. yazıçının karyerası öz dövrünün gəncliyini əks etdirəsi sənədli hekayə üçün aldığı 22.500 dollar məbləğində avansdan başlayıb. Sənədli hekayənin əvəzinə Kouplend "İks nəsli" romanını yazdı. Kitabda üç uğursuz adamın taleyini əks etdirən haşiyəli estetikaya incə müşahidələr qatılıb. 1995-ci ildə "Tezləşdirilmiş zaman üçün nağıllar" başlığı altında işıq üzü görən kitab 400 min tirajla satılmışdı. Şöhrət qazanıb dildən-dilə düşdükcə ayin mətnlərini xatırladan roman sənət hadisəsinə, kitabın başlığı isə gənclik mədəniyyətində yeni eranın adına çevrildi.
DUQLAS KOUPLEND | |
---|---|
ing. Douglas Coupland | |
Doğum tarixi | |
Doğum yeri | CFB Baden-Soellingen |
Təhsili | |
Fəaliyyəti | yazıçı, heykəltaraş, romançı, dizayner, ssenarist, fantastika yazıçısı[d], dəb dizayneri |
Fəaliyyət illəri | 1991–2015 |
Əsərlərinin dili | ingilis dili[2] |
Mükafatları | |
coupland.com | |
Vikianbarda əlaqəli mediafayllar |