Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şeyxmus Dağtəkin
Şeyxmus Dağtəkin (türk. Şeyhmus Dağtekin; 1964, Sivas ili) — kürdəsilli Türkiyə şairi və yazıçısı. O, 1987-ci ildən bəri Fransada, Paris şəhərində yaşayır. Dağtəkin türk, kürd və ya fransız dillərində yazır. O, yeddi şeir kitabının və "À la source, la nuit" romanının müəllifidir. O, fransız poeziyasının yenilənməsində aparıcı rol oynamışdır.
Aytəkin Alxaslı
Aytəkin Kamil qızı Alxaslı (Kiçik Dəhnə) — Azad Azərbaycan Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri == Həyatı == Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib. 1987-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə — rus, ləzgi və Azərbaycan dillərində çıxan "Qusar" qəzetinə göndərilib. ANS TV-yə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib. Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan "Şəki fəhləsi" və bir sıra mərkəzi qəzet və jurnallarda – "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Pioner", "Azərbaycan qadını", "Kənd həyati", "Təşviqatçı", "Azərbaycan təbiəti" jurnallarında müxtəlif yazılarla çıxış edib. ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyib. Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı ilə təltif olunub. 2020-ci ildə Tərqqi medalı ilə təltif olunub. == İstinadlar == == Xarici keçidlər == "ANS-dən sonra heç yerə getmədim" — Aytəkin Alxaslı niyə ailə qurmayıb?
Aytəkin Məmmədov
Aytəkin Məmmədov (29 may 1967, Göyəlli, Gədəbəy rayonu – aprel 1991, Xanlar rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir. == Döyüşlərdə iştirakı == 1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Göyəlli kənd qəbristanlığında dəfn edilmişdir.
Aytəkin Mərdanova
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli hakimi. == Hakimlik karyerası == Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.
Məhəmməd Hatəmi Tantəkin
Məhəmməd Hatəmi Tantəkin ― Azərbaycanda milli azadlıq hərəkatının rəhbərlərindən biri, Milli Qurtuluş Partiyasının və Çənlibel təşkilatının qurucusudur. I Qarabağ müharibəsində "Milli Qurtuluş" batalyonunun tərkibində döyüşlərdə iştirak edib. == Haqqında == Məhəmməd Hatəmi 1935-ci il iyulun 22-də Astara şəhərində anadan olub. 1945-ci il dekabrın 12-də mərkəzi Təbriz olan Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına üzv olub. Azərbaycan Milli Hökuməti dağıdıldıqdan sonra isə ailəsi ilə birlikdə əvvəlcə Qaraçala kəndinə sonra Şamaxıya daha sonra isə Xudata köçürülürlər. 1956-cı ildə Xudat şəhərində məktəbi bitirir. 1957-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1963-cü ildə Şeyx Məhəmməd Xiyabani haqqında yazdığı diplom işi ilə universiteti bitirib. Azərbaycan Demokrat Firqəsinin üzvü olub və onun mətbuat orqanı olan "Azərbaycan" qəzetində yazıb. O dövrdə bir neçə partiya yoldaşı ilə birlikdə Azərbaycan Demokrat Firqəsinin sədri olan Qulam Yəhyaya qarşı çıxıb və onun istefa verməsini tələb edib.
Dantenin yubileyi
Dantenin yubileyi — yazıçı Anarın öz ssenarisi əsasında rejissor Gülbəniz Əzimzadə ilə birgə rejissoru olduğu film. == Məzmun == Bu, sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etirafdır. Film qocaman teatr aktyoru barəsində söhbət açır. Kəbirlinski (Həsənağa Turabov) epizod aktyorudur. İstedadı olmasa da teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar. Nəhayət aydın olur ki, bu sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır. == Film haqqında == Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film hər iki rejissorun Anarın və Gülbəniz Əzimzadənin tammetrajlı kinoda ilk işidir. Kinolent Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Dantenin yubileyi (film, 1978)
Dantenin yubileyi — yazıçı Anarın öz ssenarisi əsasında rejissor Gülbəniz Əzimzadə ilə birgə rejissoru olduğu film. == Məzmun == Bu, sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etirafdır. Film qocaman teatr aktyoru barəsində söhbət açır. Kəbirlinski (Həsənağa Turabov) epizod aktyorudur. İstedadı olmasa da teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar. Nəhayət aydın olur ki, bu sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır. == Film haqqında == Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film hər iki rejissorun Anarın və Gülbəniz Əzimzadənin tammetrajlı kinoda ilk işidir. Kinolent Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.