Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Damcılı
Damcılı (Göygöl) — Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Damcılı (Qırxbulaq) — Qırxbulaq mahalında köhnə kənd. Damcılı (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Damcılı mağarası — Qazax rayonunda yerləşən mağara.
Damcılı (Abaran)
Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilir. Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su» mənasında işlənən damcı sözünə -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur. == Əhalisi == Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür.
Damcılı (Göygöl)
Damcılı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl r-nun Qızılca i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd qonşu Qızılca kəndi ilə birləşmişdir. Yaşayış məntəqəsi adını kəndin ərazisindəki Damcılı bulağının adından almışdır. Bulağın adı suyunun damcı-damcı axması ilə əlaqədardır. Qazax r-nunun Daş Salahlı kəndi ərazisində, Avey dağının lap dibində damcı-damcı axan və Damcılı adlanan bulaq da mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 12 nəfər əhali yaşayır.
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.
Damcılı mağarası
Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m 2-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanları isə qəlpədir.
Gözyaşı damcısı əlaməti
Gözyaşı damcısı əlaməti (ing. teardrop sign) – X-ray görünən sirkə kasası çuxuru boyunca sümük çıxıntısının yaratdığı görüntüdür və bud sümüyü başı ilə çuxuru arasındakı münasibəti qiymətləndirməkdə istifadə edilir.
Yağış Damcısı usta
Yağış Damcısı usta — Avstraliya, Yeni Zelandiya və Sinqapur kompaniyalarnan yaradılmış və ilk dəfə Avstraliyanın Seven Network televiziya kanalında 15 mart 2008-ci ildən 14 fevral 2009-cu ilə qədər yayımlanmış cizgi televiziya proqramıdır. Ümumilikdə 24 dəqiqəlik 26 seriya buraxılıb. == Süjet == Serial beş elementdən ikisinin, Yun usta ilə Çitaido qədim döyüş sənətini öyrənən Yağış Damcısının (su) və Şao Yenin (ağac) təcəssümü ilə başlayır. Lakin Tazonleg dövlətinin hökmdarı general Bu, Flamo, od elmenti, könüllü olaraq ona qoşulduqdan sonra digər dörd elementi zəbt etmək arzusunu reallaşdırmaq üçün Yunu əsir alaraq dünya nizamını pozur. General Bu bunu elementlərin birləşməsinə və onu məğlub etməsinə mane olmaq üçün edir. Usta Yağış Damcısı və Şao Yen tezliklə iki digər elementlə birləşir: Cin Hou, metal elementi (antropomorfik qızıl meymun) və Niva, torpaq elementi (gildən hazırlanmış görünən insanabənzər qız). Onlar birlikdə Usta Yunu xilas etməyə və qızıl əjdahanın məğlub olduğu yerə gedib gücünü bərpa etməyə çalışırlar. == Səsləndirmə aktyorları == Coş Anderson Yağış Damcısı usta rolunda Ceyn U'Brayen Cin Hou, Qırmızı oğlan və digər müxtəlif personajlar kimi rolunda Reyçel King Niva rolunda Sara Obri Şao Yen rolunda Coş Kvon Tart Flamo rolunda Devid Frensis Grab rolunda Brayan Migan General Bu rolunda == İstehsal == Cizgi serialı Big Communications, Flux Animation Studio, Flying Bark Productions, Media Development Authority və Southern Star Entertainment tərəfindən hazırlanıb. Həmçinin şəxsən Brent Çembers, Vinsent Lim, Ceff Uotson və Yasmin MakKonvill. Rejissorlar: Syusan Oliver, Stiv Kuper və Kevin Uotton.