Damcılı mağarası

Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır.

Damcılı mağarası
Ümumi məlumatlar
Sahəsi 360 m²
Kəşf tarixi 1953
Dövrü Paleolit
Vəziyyəti Azərbaycan Azərbaycanın Mədəni irsi № 24
Yerləşməsi
41°08′29″ şm. e. 45°15′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Kənd Daş Salahlı
Damcılı mağarası xəritədə
Damcılı mağarası
Damcılı mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m 2-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.

Damcılı mağarasından tapılan nukleuslar

Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanları isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatların hazırlanma texnikası,forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrüNeolit dövrünə aiddir. Damcılı mağarası Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17 x 27 m-dir. Disk formalı nüvə alətlər 100.000-80.000 il əvvəl Damcılıda məskunlaşmış Neandertal insanlara aid hesab olunur.

  • Məmmədəli Hüseynov, Aazərbaycan arxeologiyası, Daş dövrü, Bakı, 1975.

https://kataloq.gomap.az/en/all-poi/culture/cave/8f33c11cd56611e0ad4900226424597d