Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Encore
Encore Eminemin beşinci studiya albomudur. Albom 16 noyabrda satışa çıxmalı idi, lakin internetə sızdığınnan 12 noyabrda satışa çıxdı. Encore satışa çıxannan sonralı ilk 3 gündə 710,000 nüsxə satıldı. Billboard Top 200 siyahısında ay zirvəyə çıxdı. 17 dekabr 2004-də RIAA tərəfindən 4x Platinium olaraq sertifikatlaşdırılan albom, 2008-in oktaybrına qədər 5.1 milyon nüsxə satdı.
GNOME
GNOME (GNU Network Object Model Environment, tələffüzü: /ɡˈnoʊm/ və ya /ˈnoʊm/) - əməliyyat sisteminin üzərində çalışan qrafik masaüstü mühitdir. Tamamilə azad və açıq kod proqram təminatıdır. 1997-ci ildə Miguel de Icaza və Federico Mena tərəfindən azad proqram təminatı kimi yaradılmağa başladı. 1999-cu ildə ilk versiyası istifadəyə buraxıldı. Unix xüsusi ilə də Linux əməliyyat sistemlərində masaüstü mühit kimi KDE və GNOME geniş istifadə olunur.
Norge
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Norma
Norma (lat. norma — hərfi tərcümə "bucaqlıq", mənaca "qayda") — fəaliyyət sahəsinin sərhədlərini göstərən tənzimləyici qayda. Norma anlayışı həmişə şərtidir, məqsəddən asılı olaraq norma həddi müxtəlif ola bilər. Norma hərəkət, inam və hissdir. Hər bir fəaliyyətin və qaydanın norması olmalıdır.
Canthium inerme
Canthium inerme (lat. Canthium inerme) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin canthium cinsinə aid bitki növü.
Ficus enormis
Ficus enormis (lat. Ficus enormis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Endre Adi
Endre Adi (mac. Ady András Endre; 22 noyabr 1877[…] – 27 yanvar 1919[…], Budapeşt) — Macar şairi və jurnalisti. Bir çoxları tərəfindən 20-ci əsr Macarıstan poeziyanın dahilərindən hesab olunan Endre Adi sosial tərəqqiyə və inkişafa olan inamına, eləcə də, müasir Avropa təcrübəsinin fundamental dəyərlərini öz poeziyasında geniş şəkildə tətbiq etməsinə görə tanınır: sevgi, müvəqqətilik, iman, fərdi və vətənpərvərlik. == Həyatı == Endre Adi 1877-ci ildə Silaq medyesinin Keyaş rayonunda (o dövrdə Avstriya-Macarıstanın bir hissəsi idi; indi macar dilində Keyaş və rumın dilində Adi Endre adlanan və Rumıniyanın Satu-Mare medyesində yerləşən kənddir) anadan olmuşdur. Yoxsul kalvinist ailəsinə mənsub idi. Ailənin ikinci övladı idi. İlona adlı böyük bacısı gənc yaşlarında vəfat etmişdi. Yazıçı və şair olan Marişka Adi onun bacısı qızı idi. 1892-1896-cı illərdə Zaleuda Kalvinist kollecində oxudu. 1896-cı ilin 22 martında Szilágy qəzetində ilk poeması olan Zaleu əsərini nəşr etdirdi.
Entre-Rios
Çayarası (ing. Entre-Rios) — Cənubi Amerikanın Daxili düzənliklərində, Argentinanın şimal şərqində təbii vilayət. == Əhalisi == Əhalisi 1,235,994 nəfərdir. (2011) == Coğrafiyası == Parana və Uruqvay çayları arasında (27° və 34° c.e.-ləri arası) yerləşir. Səthi alçaq (hündürlüyü 50 –110 m) allüvial düzənliklərdən ibarətdir; şimal hissəsini göl və bataqlıqlar, mərkəzini və cənubunu səthi çay dərələri ilə parçalanmış düzənliklər və xırda təpəliklər tutur. İqlimi subtropik, rütubətlidir. Yayı isti (yanvarın orta temperaturu 24 –27 °C), qışı yumşaqdır (iyulun orta tempraturu 10 –17 °C), soyuq cənub qərb küləkləri (pampero) zamanı –5 °C-yədək düşür. Ya ğıntının ortaillik miqdarı 1000 –1700 mm-dir. Çayarasının qərb hissəsində Parana çayında tez-tez fəlakətli daşqınlar olur. Torpaq örtüyünü, əsasən, hidromorf torpaqlar təşkil edir.
Kongeriket Norge
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Nomme Kalyu
Nomme Kalyu - Estoniyanın Tallin şəhərini təmsil edən futbol klubu. 1923-cü ildə yaradılıb. == Tarixi == Nomme Kalyu klubu 1923-cü ildə yaradılıb. Paytaxt Tallini təmsil edən komanda sonradan fəaliyyətini dayandırsa da 1997-ci ildə yenidən bərpa olunub. 1997-2004-cü illərdə 3-cü liqada oynayan Nomme Kalyu 2005-ci ildəki debütdə 2-ci liqanın da qalibi adını qazanır. Növbəti il 1-ci dəstədəki çempionluq isə klubu güclülər dəstəsinə yüksəldir. Elitadakı debüt ilində - 2008-ci ildə 4-cü olan tallinlilər TVMK-nın dağılması sayəsində 2009/10 mövsümündə UEFA Avropa Liqasında oynamaq imkanı qazanır. 2008/09 mövsümündə kubokun finalına çıxan Nomme Kalyu tarixinin ən böyük uğurunu ötən mövsüm əldə edib. Həmin vaxt komanda çempionatda ilk mükafatını – gümüşü əldə edib.
Norma (riyaziyyat)
Norma — vektor fəzasında verilmiş funksionaldır, vektorun uzunluğu anlayışının ümümləşməsidir və ya ədədin mütləq qiymətidir.
Norma John
Norma John — pianoçu Lasse Piirainen və vokalist Leena Tirronen tərəfindən təşkil olunmuş musiqi dueti. Leena daha öncə Finlandiyanın X Factor musiqi yarışmasında iştirak etmiş və üçüncü yeri qazanmışdır. Norma John "Blackbird" mahnısı ilə Finlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Onlar 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və nəticədə 12-ci yerdə qərarlaşaraq, müsabiqənin finalına adlaya bilməmişdirlər.
Onore Domye
Onore Viktoren Domye (fr. Honoré Victorin Daumier; 26 fevral 1808[…], Marsel[…] – 10 fevral 1879[…], Valmondua[…]) — fransız qrafiki, boyakar və heykəltəraşı, XIX əsrin ən böyük siyasi karikatura ustalarından biri. == Həyat və yaradıcılığı == Onore Viktoryen Domye 26 fevral 1808-ci ildə Marsel şəhərində anadan olmuşdur. 1814-cü ildə ailəsi ilə birlikdə Parisə gəlmişdir. 1822-ci ildən A. Lenuarın emalatxanasına və Süis akademiyasına getmiş, Luvrda qədim sənətkarların yaradıcılığını öyrənmişdir. 1820-ci illərdə litoqraf J. M. Beliarın assistenti olmuş, kiçik nəşriyyatlar üçün vinyetkalar, titul səhifələri və s. işləmişdir. Domyenin siyasi karikatura ustası kimi formalaşmasında 1830-cu il inqilabının böyük təsiri olmuşdur. == Qalereya == == Ədəbiyyat == Калитина Н. Н. Домье. М., Искусство, 1955.
Onore Traore
Nabere Onore Traore (fr. Nabéré Honoré Traoré; 28 sentyabr 1957, Deduqu[d]) — Burkina-Faso dövlət və hərbi lideri, prezident səlahiyyətlərini icra edən (31 oktyabr – 1 noyabr 2014-cü il). 23 noyabr 2014-cü ildə Burkina-Faso hökuməti qurulmuşdur. Burada İshaq Zida Onore Traorenin yerinə müdafiə naziri təyin edilmişdir.
Fraqonar Jan Onore
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras – 22 avqust 1806[…], Paris[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
Jan Onore Fraqonar
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras – 22 avqust 1806[…], Paris[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
Onore de Balzak
Onore de Balzak (20 may 1799[…], Tur, Birinci Fransa Respublikası[…] – 18 avqust 1850[…], Paris, İkinci Fransa Respublikası[…]) — XIX əsr görkəmli fransız yazıçı-dramaturqu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Yaradıcılığı == Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri — "Bəşəri komediya" və ya "İnsan komediyası" (La Comédie humaine) adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Bu epopeyaya "Şaqren dərisi", "Yevgeniya Qrande", "Qorio ata", "Sezar Biroto", "İtirilmiş illüziyalar" Vadidəki Zambaq və digər romanlar daxildir. Yazdığı yüzdən artıq roman və pyesləri birlikdə "İnsan komediyası" (La Comédie humaine) adı altında tanınır. Bu əsərlər toplusu və ya seriyası 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırır. Digər fransız yazıçısı Qustav Flober ilə birgə Avropa ədəbiyyatında realizm məktəbinin əsasını qoymuşdur. Balzakın pyesləri bir qayda olaraq oxucuda gülüş doğurmaqla yanaşı, aydın ifadə olunmuş rəngarəng obrazlar və pərdələrdəki hər bir səhnənin nəfis təsviri tamaşaçıda xüsusi maraq oyadır.
Sent-Onore (İzer)
Sent-Onore (fr. Saint-Honoré) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38396. Kommunanın 1999-cu il üçün əhalisi 779 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 895 ilə 2384 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 27 km cənubda yerləşir.
Norm Ender
Ender Əroğlu və ya daha çox tanınan adı ilə Norm Ender (25 mart 1985, Bornova, İzmir) — Türk reper. == Həyatı == 10 yaşında, Alman-Türk rep qrupu Carteldən ilhamlanandan sonra rep ilə maraqlanmağa başladı. Məktəbi bitirdikdən sonra 2001-ci ildə rep deməyə başladı və sonra Atv telekanalının yayımladığı Akademi Türkiye musiqi yarışmasına qatıldı. Əvvəlcə Akademi Türkiye yarışmasında pop musiqisini ifa etməyi xahiş edən Ender, yarışmanın tələbini yerinə yetirməkdən imtina etdi. Sonda Akademi proqramına rep kursu təqdim etdi. Ender Erman Altınoğlu və digər 3 nəfər ilə 5 nəfərdən ibarət NORM qrupunu yaratdı. Əslində bu qrupun yaradıcısı Erman Altınoğludur. Hərbi xidmətini başa vurduqdan sonra, 2010-cu ildə İçinde Patlar adlı solo rep albomu hazırladı. 2012-ci ildə yeni bir albom buraxacağını açıqladı. Bu albomu tanıtmaq üçün İzmir, Diyarbakır və Ankarada konsertlər verdi və səhnə adı Norm Ender solo buraxılışları üçün istifadə etməyə başladı.
Fate/Extra Last Encore
Fate/Extra Last Encore (フェイト/エクストラ ラストアンコール, Feito/Ekusutora Rasuto Ankōru, azərb. Tale/Əlavə Son təkrar‎) – Fate/Extra video oyunu əsasında çəkilmiş anime serialı. Shaft studiyası tərəfindən çəkilmiş anime 28 yanvar 2018-ci ildən 1 aprel 2018-ci ilə kimi yayımlanmış və 10 seriya davam etmişdir. Netflix tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Qəribə virtual dünyada oyanan Hakuno Kişinami keçmişi ilə bağlı heç nəyi xatırlamır. Tezliklə bu virtual dünyada yarışan ustalardan birinə çevrilir və Seyber onun xidmətçisi olur. Digər ustalarla birlikdə bu virtual dünyada Müqəddəs qədəh üçün döyüşməyə başlayan Hakuno kim olduğunu da aydınlaşdırmağa çalışır. == Personajlar == == Anime == Fate/Extra video oyunu əsasında anime çəkiləcəyi 22 mart 2016-cı ildə açıqlanmışdır. 2017-ci ildə anime serialının "Fate/Extra Last Encore" adlanacağı və 2017-ci ildə buraxılacağı bildirilmişdir. Anime studiyası Shaft serialı istehsal etmək işinə cəlb olunmuşdur.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
3 nömrə, 4 nömrə, 5 nömrə...
3 nömrə, 4 nömrə, 5 nömrə... — 1920-ci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xüsusilə "5 nömrə" və "6 nömrə" indi də məşhurdur. "3 nömrə" və "5 nömrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar.
Enmə
Enmə — uçan canlılar ilə hava və kosmik gəmilərin uçuş sonunda yerə, suya və ya digər səthə nəzarətli bir şəkildə enməsi. Təyyarələr əsasən asfalt, torpaq və ya otdan hazırlanmış xüsusi ərazilərə enirlər. Sabit qanadlı təyyarələr ümumiyyətlə uçuş-enmə zolaqlarına, fırlanan qanadlı aviavasitələr isə heliportlara və ya buna bənzər şəkildə hazırlanmış ərazilərə enirlər. Bəzi təyyarələr suyun üzərinə enə biləcək şəkildə hazırlanmışdır.
Del-Norte qraflığı (Kaliforniya)
Del-Norte — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 28,610 nəfər olmuşdur. Mərkəzi Kresent şəhəridir.
Görmə siniri
Görmə siniri (lat. nervus opticus) kəllə sinirlərindən II cütüdür. Duyğu üzvü siniridir, görmə qovuqcuğu sağından inkişaf edir; hissi sinir olduğu üçün iki növ nüvəyə malikdir. Başlanğıc nüvəsini göz almasının tor qişasında olan qanqlioz hüceyrələr təşkil edir. Uz nüvəsi üç ədəddir: bunlardan biri görmə qabarı balışında (lat. pulvinar) digəri (lat. nucleus corporis geniculati lateralis) bayır dizəbənzər cisimdə və üçüncü (lat. stratum griseum colliculi superioris) orta beyin qapağının (dördtəpənin) yuxarı təpəciyində yerləşir. Görmə siniri silindir şəklində olub görmə sinirləri çarpazından (lat. chiasma opticum) başlayır və görmə siniri kanalından göz yuvasına daxil olur; burada bir az önə doğru gedir və göz almasına çatdıqdan sonra onun dal qütbündən 4mm içəri tərəfə tor qişaya daxil olur və orada olan qanqlioz hüceyrələrdə qurtarır.
Görmə üzvü
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. == Quruluşu və funksiyası == İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır.
Hörmə islimilər
Hörmə islimilər — digər islimilərə nisbətən daha mürəkkəb, yeni-yeni islimilərin yaradılmasına, yaxud "hörülməsinə" imkan yaradan islimilərə deyilir. Bu biçimli islimilər Azərbaycanda ən geniş yayılmış islimilərdən hesab olunur. Bu qrupa daxil olan islimilərin forması başqalarına nisbətən daha mürəkkəbdir. Burada onu əhatə edən qoşa xətli enli, zey, nəinki isliminin arxa və qabaq planda yerləşən qanadları birləşdirir, yaxud müəyyənləşdirir, həm də elementin daxilində müxtəlif şəkilli, yeni-yeni islimilərin yaradılmasına, yaxud «hörülməsinə» imkan yaradır.
Yuxu görmə
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Binokulyar görmə
Binokulyar görmə (lat. bini - "iki" və lat. oculus - “ göz ”) — hər iki gözlə bir obyektin görüntüsünü eyni vaxtda aydın görmə qabiliyyəti; bu zaman insan baxdığı obyektin vahid görüntüsünü alır. Binokulyar görmə stereoskopik görmə də adlanır. Binokulyar görmə, görmə analizatorunun kortikal hissəsində görmənin ən mürəkkəb fizioloji mexanizmi - fuziyadır ( lat. fusio‬ - birləşmə), yəni hər bir gözdə ayrı-ayrılıqda yaranan vizual təsvirlərin (monokulyar görüntü) vahid birləşmiş vizual qavrayışda birləşməsi. Əgər binokulyar görmə inkişaf etməzsə, yalnız sağ və ya sol gözdə görmək mümkündür. Bu tip görmə monokulyar adlanır.
Görmə sistemi
Görmə sistemi (vizual analizator, görmə orqanı) — heyvanlarda təkamül edən və görünən spektrin (işığın) elektromaqnit şüalanmasını qavramağa qadir olan, məkandakı cisimlərin mövqeyini hiss edən bioloji təbiətli binokulyar (stereoskopik) optik sistem. Vizual sistem görmə funksiyasını təmin edir. Görmə orqanının normal qıcıqlandırıcısı yüngüldür. İşığın təsiri altında çöpcüklərdə, kolbacıqlar və işığa həssas qanqlion hüceyrələrində görmə piqmentlərinin (rodopsin, yodopsin və melanopsin) məhvi baş verir. Çöpcüklər alaqaranlıqda, aşağı intensivlikli işıqda işləyir; bu halda əldə edilən vizual hisslər rəngsizdir. Kolbacıqlar isə, gün ərzində və parlaq işıqda fəaliyyət göstərir; onların funksiyası rəng hissini müəyyən edir. İnsanlar və bir çox başqa heyvanlar üçölçülü görüntüləri qavramağa imkan verən binokulyar görmə qabiliyyətinə malikdir. Gündəlik heyvanların əksəriyyəti günəş işığının fərdi rənglərini ayırd etmək qabiliyyətinə malikdir.