Entre-Rios

Çayarası (ing. Entre-Rios) — Cənubi Amerikanın Daxili düzənliklərində, Argentinanın şimal şərqində təbii vilayət.[1]

Entre-Rios
ing. Entre-Rios
Bayraq Gerb
Bayraq Gerb

32°02′52″ c. e. 60°01′52″ q. u.HGYO


Ölkə Argentina
İnzibati mərkəz Parana
İcra başçısı Qustavo Bordet
Tarixi və coğrafiyası
Sahəsi 78,781 km²
Hündürlük
57 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1,235,994 nəfər (2010) (7-ci yer)
Əhalinin sıxlığı 16 nəfər/km²
Rəqəmsal identifikatorlar
ISO kodu AR-E
Rəsmi sayt
Entre-Rios xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 1,235,994 nəfərdir. (2011)

ParanaUruqvay çayları arasında (27° və 34° c.e.-ləri arası) yerləşir. Səthi alçaq (hündürlüyü 50 –110 m) allüvial düzənliklərdən ibarətdir; şimal hissəsini göl və bataqlıqlar, mərkəzini və cənubunu səthi çay dərələri ilə parçalanmış düzənliklər və xırda təpəliklər tutur.

İqlimi subtropik, rütubətlidir. Yayı isti (yanvarın orta temperaturu 24 –27 °C), qışı yumşaqdır (iyulun orta tempraturu 10 –17 °C), soyuq cənub qərb küləkləri (pampero) zamanı –5 °C-yədək düşür. Ya ğıntının ortaillik miqdarı 1000 –1700 mm-dir. Çayarasının qərb hissəsində Parana çayında tez-tez fəlakətli daşqınlar olur. Torpaq örtüyünü, əsasən, hidromorf torpaqlar təşkil edir. ParanaUruqvayın geniş çaybasarlarında bataqlıq və çəmənliklərlə növbələşən həmişəyaşıl ağac növlərindən ibarət qalereya meşələri, qalan ərazilərdə kolluqlar, sıx və hündürdənli bitkilər yayılmışdır. Əhalinin sıx məskunlaşdığı yerlərdə antropogen landşaftlar (mal-qara üçün otlaqlar, düyü, çay, tütün plantasiyaları, şam və evkaliptdən ibarə süni meşəsalma sahələri və s.) üstünlük təşkil edir. 20-ci əsrin əvvəlində bataqlıqların böyük hissəsi qurudulmuşdur. Qalan su-bataqlıq sahələrində bir çox nadir heyvan növləri (uzunquyruq susamuru, bataqlıq maralı, Amerika timsahı) məskunlaşmışdır. Çayarasında, əsasən, ParanaUruqvayın çaybasarların da 10-dan çox qorunan kiçik təbii ərazi (El-Palmar, Pre-Delta milli parkları) var. Argentinanın qorunan ən iri ərazilərindən biri – İberiya əyalət təbiət qoruğu Ramsar konvensiyası çərçivəsində qorunan beynəlxalq əhəmiyyətli su-bataqlıq sahələrinə daxil edilmişdir.[1]

  1. 1 2 Çayarası// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 466. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]