Görmə siniri (lat. nervus opticus) kəllə sinirlərindən II cütüdür. Duyğu üzvü siniridir, görmə qovuqcuğu sağından inkişaf edir; hissi sinir olduğu üçün iki növ nüvəyə malikdir. Başlanğıc nüvəsini göz almasının tor qişasında olan qanqlioz hüceyrələr təşkil edir. Uz nüvəsi üç ədəddir: bunlardan biri görmə qabarı balışında (lat. pulvinar) digəri (lat. nucleus corporis geniculati lateralis) bayır dizəbənzər cisimdə və üçüncü (lat. stratum griseum colliculi superioris) orta beyin qapağının (dördtəpənin) yuxarı təpəciyində yerləşir.
Görmə siniri | |
---|---|
| |
Latınca | n. opticus |
Qrey | subyekt 197 882 |
MeSH | Optic+Nerve |
Vikianbarda əlaqəli mediafayllar |
Görmə siniri silindir şəklində olub görmə sinirləri çarpazından (lat. chiasma opticum) başlayır və görmə siniri kanalından göz yuvasına daxil olur; burada bir az önə doğru gedir və göz almasına çatdıqdan sonra onun dal qütbündən 4mm içəri tərəfə tor qişaya daxil olur və orada olan qanqlioz hüceyrələrdə qurtarır. Görmə siniri həqiqətdə tor qişanın qanqlioz hüceyrələrinin mərkəzi çıxıntılarından təşkil olunmuşdur. Görmə siniri görmə reseptorlarının qəbul etdikləri qıcıqları beyinə daşıyır.
Anatomiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |