Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Esfeden
İsfidin — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,145 nəfər və 759 ailədən ibarət idi.
Ekiben
Ekiben (駅弁) – Yaponiyada qatar stansiyalarında satılan bento çeşidi. Ekibenlər yemək çubuqları və ya qaşıqlarla da təqdim oluna bilər. Ekiben qabları plastikdən və ya taxtadan hazırlana bilər. Bir çox qatar stansiyaları yerli yemək çeşidlərinin olduğu ekibenləri ilə məşhurlaşıb. Ekibenlərin tarixçəsi XIX əsrdən başlayır. Tezliklə ekiben uzun qatar səyahətləri zamanı ehtiyac duyulan bento çeşidinə çevrilib. Ekiben satışları 1980-ci illərdə öz pik nöqtəsinə çatmasına baxmayaraq, hava səyahətinin populyarlaşması, eləcə də, qatar səyahətinin sürətlənməsi nəticəsində satışlarda azalma başlayıb. Buna baxmayaraq, ekibenlər hələ də öz populyarlıqlarını saxlayırlar: stansiyalarda, platformalarda və ya qatarın içində satılır və ekiben qabları səyahətçilər tərəfindən bəzən suvenir kimi saxlanılır. Ekiben sadəcə Yaponiyada deyil, digər Şərqi Asiya ölkələrində də (xüsusilə Tayvan) populyardır. == Tarixi == "Ekiben" sözü yapon dilində "stansiya" mənasına gələn "eki" və "bento" sözünün qısaltması olan "ben" sözlərinin birləşməsindən yaranıb.
L’Eskaren
L’Eskaren (fr. L'Escarène) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş L’Eskaren kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 10,67 km², əhalisi — 2259 nəfərdir (2006) artım tendensiyası ilə: 2449 nəfər (2012), əhalinin sıxlığı 229,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 2414 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 2449 nəfər.
Anna Skidan
Anna Skidan (14 may 1992) — Ukraynanı və Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Anna Skidan 2009-cu ildə Finlandiyada baş tutan Avropa Gənclər Olimpiya Festivalını 54.55 metr nəticə ilə beşinci pillədə, İtaliyada baş tutan gənclər arasında Dünya Çempionatını isə 48.30 metr nəticə ilə 12-ci pillədə başa vurdu. 2012-ci ilin avqustunda Anna Skidan Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Anna Skidan olimpiadanın təsnifat mərhələsində 68.50 metr nəticə göstərdi və mərhələni 18-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı. 2015-ci ildə Anna Skidan beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında mübarizə aparmağa başladı. Anna Skidan həmin ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə apardı. Nəticələrə əsasən o, lövhə atma turnirində 50.50 metr nəticə ilə üçüncü pillənin, nüvə itələmə turnirində 68.32 metr nəticə ilə üçüncü pillənin, çəhic atma turnirində isə 14.76 metr nəticə ilə isə beşinci pillənin sahibi oldu. Komanda hesabında Azərbaycan yığması 388 xalla Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu. Anna Skidan həmin ilin iyulunda Cənubi Koreyanın Kvanju şəhərində baş tutan Universiada Oyunlarında çıxış elədi və 70.68 metr nəticə ilə turnirin qalibi oldu. Anna Skidan növbəti həmin ilin avqustda Çində baş tutan Dünya Çempinatı olfu.
Adolfo Peres Eskivel
Adolfo Peres Eskivel (isp. Adolfo Pérez Esquivel — (26 noyabr 1931 -ci il təvəllüdlü) argentinalı fəal, ictimai təşkilatçı, rəssam, yazıçı və heykəltaraşdır. Argentinanın son sivil-hərbi diktaturasına (1976–1983) qarşı çıxdığı üçün 1980-ci il Nobel sülh mükafatına layiq görüldü, bu müddət ərzində 14 ay həbsxanada yatdı, işgəncə gördü və mühakimə olunmadı; bu müddətdə həmçinin, məsafədən XXIII Papa İoann Sülh memorialını aldı. == Həyatı == === Yaradıcılıq yolunun başlanğıcı === Qalisiyalı ispan mühacir balıqçı ailəsində anadan olmuşdur. Anası Perezs Eskivel üç yaşında olanda ölür. Uşaqlığı və gəncliyi Katolik kilsəsi, eləcə də Mahatma Qandi, Avqustin Avreli, Tomas Merton və digər mütəfəkkirlərin kitablarını oxumaqla keçib. Buenos Ayresdəki Manuel Belqrano adına sənət məktəbini bitirib. Sonra La Plata Milli Universitetində təhsil alıb. 1956 -cı ildə üç övladı olan pianoçu Amanda Pereslə evlənirlər. Sonrakı illərdə, Peres Eskivel, əsərində Kolumbiyaya qədərki Amerikanın motivlərindən istifadə edən və alma-mater təhsili də daxil olmaqla Argentinanın müxtəlif təhsil müəssisələrində memarlıq fənlərindən dərs deyən məşhur heykəltaraş oldu.
Gillem Anqlada-Eskude
Gillem Anqlada-Eskude (isp. Guillem Anglada-Escudé; 1979, Terrassa, Kataloniya) — İspaniya astronomu. Onun 2016-cı ildə rəhbərlik etdiyi bir astronom qrupu Yerə ən yaxın potensial yaşamaq üçün uyğun planet olan "Proxima Centauri b"nin varlığını təsdiqləmişdir. Anqlada-Eskude "Time" jurnalına görə, 2017-ci ilin 100 ən nüfuzlu insanından biri və "Nature" jurnalına görə, 2016-cı ilin ən əhəmiyyətli 10 alimdən biri seçilmişdir. O, hal-hazırda İspaniyanın Kosmos Elmləri İnstitutunda elmi işçidir. == Publikasiyaları == Anglada-Escudé, Guillem; Amado, Pedro J.; Barnes, John; və b. "A terrestrial planet candidate in a temperate orbit around Proxima Centauri". Nature. 536 (7617). 2016: 437–440.
Tue-de-l’Eskaren
Tue-de-l’Eskaren (fr. Touët-de-l'Escarène) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş L'Eskaren kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 4,57 km², əhalisi — 282 nəfərdir (2006) artım tendensiyası ilə: 313 nəfər (2012), əhalinin sıxlığı 68,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 320 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 313 nəfər.
Əkilən ənginar
Bir zamanlar Şəkidə
Bir zamanlar Şəkidə — macəra, döyüş və komediya film janrlarında çəkilmiş tammetrajlı bədii film. Film rejissor Orxan Bayramov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Yarasa Art Pictures və Leaf Telecommunication Film Production tərəfindən istehsal edilmişdir. Əsas rolları Bəhruz Vaqifoğlu (Əməkdar artist), Vüsal Hacı Qədir, Serkan Genc, Ayşen Batıgün, Eray Türk, Elşən Rüstəmov (Əməkdar artist), Pərviz Məmmədrzayev (Xalq artisti), Əbdülqəni Əliyev, Yaroslav Trifonov, Şirzad Pirallahı, Pərvin Abıyeva ifa edirlər. == Məzmun == Rus mafiyozu Yurinin adamı Nikolay ona xəyanət edərək məşhur "Şərqin ürəyi" adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduqunu tapmaq üçün İstanbulda yaşayan Azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi" adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır.
Azərbaycanın əkilən otlaqları (film, 1980)
Azərbaycanın əkilən otlaqları qısametrajlı sənədli filmi rejissor Xamiz Muradov tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycan heyvandarlarının çətin, lakin xeyirxah əməyindən danışılır. == Məzmun == Kinolentdə Azərbaycan heyvandarlarının çətin, lakin xeyirxah əməyindən danışılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Vahid Hacıyev, Xamiz Muradov Rejissor: Xamiz Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bir zamanlar Şəkidə (film, 2017)
Bir zamanlar Şəkidə — macəra, döyüş və komediya film janrlarında çəkilmiş tammetrajlı bədii film. Film rejissor Orxan Bayramov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Yarasa Art Pictures və Leaf Telecommunication Film Production tərəfindən istehsal edilmişdir. Əsas rolları Bəhruz Vaqifoğlu (Əməkdar artist), Vüsal Hacı Qədir, Serkan Genc, Ayşen Batıgün, Eray Türk, Elşən Rüstəmov (Əməkdar artist), Pərviz Məmmədrzayev (Xalq artisti), Əbdülqəni Əliyev, Yaroslav Trifonov, Şirzad Pirallahı, Pərvin Abıyeva ifa edirlər. == Məzmun == Rus mafiyozu Yurinin adamı Nikolay ona xəyanət edərək məşhur "Şərqin ürəyi" adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduqunu tapmaq üçün İstanbulda yaşayan Azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi" adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır.
Qarabağ XIII əsrdən 1920-ci ilə qədər
"Qarabağ XIII əsrdən 1920-ci ilə qədər. Azərbaycan tarixinin açılması" (ing. Karabakh from the 13th century to 1920: Unfolding Azerbaijan's history) — Almaniya tarixçisi Maykl Reynhard Hessin 2020-ci ildə Qarabağ regionu haqqında yazdığı kitab. Əsər Münhendə "Gulandot" tərəfindən nəşr edilmişdir. 2022-ci ilin fevral ayında kitabın İkinci Qarabağ müharibəsinin nəticələri ilə yenilənmiş 3-cü nəşri buraxılmışdır. == Məzmun == Kitabda Azərbaycan ilə Ermənistan arasında münaqişə nöqtəsi olan Qarabağ regionunu tarixi araşdırılır. Burada XIII əsrdə monqol və türk tayfalarının Cənubi Qafqaza gəlişindən 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması və ardınca Dağlıq Qarabağ Muxtar Vilayətinin qurulması əhatə edilir.