"Qarabağ XIII əsrdən 1920-ci ilə qədər. Azərbaycan tarixinin açılması" (ing. Karabakh from the 13th century to 1920: Unfolding Azerbaijan's history) — Almaniya tarixçisi Maykl Reynhard Hessin 2020-ci ildə Qarabağ regionu haqqında yazdığı kitab.[1][2] Əsər Münhendə "Gulandot" tərəfindən nəşr edilmişdir.[3][4] 2022-ci ilin fevral ayında kitabın İkinci Qarabağ müharibəsinin nəticələri ilə yenilənmiş 3-cü nəşri buraxılmışdır.[5]
Qarabağ XIII əsrdən 1920-ci ilə qədər | |
---|---|
ing. Karabakh from the 13th century to 1920: Unfolding Azerbaijan's history | |
| |
Müəllif | Maykl Reynhard Hess |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 2020 |
ISBN | 978-3-947057-03-0 |
Kitabda Azərbaycan ilə Ermənistan arasında münaqişə nöqtəsi olan Qarabağ regionunu tarixi araşdırılır. Burada XIII əsrdə monqol və türk tayfalarının Cənubi Qafqaza gəlişindən 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması və ardınca Dağlıq Qarabağ Muxtar Vilayətinin qurulması əhatə edilir.[6]