Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Carcur
Carcur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Con Farmer
Con Farmer (ing. John Farmer, 16 avqust 1835, Nottinqem, Nottinqemşir[d] – 17 iyul 1901, Oksford) — ingilis bəstəkar, musiqi müəllimi və orqan ifaçısı. == Həyat və yaradıcılığı == Con Farmer musiqini Almaniyada, Leypsiq və Koburq şəhərlərində öyrənmişdi.1853-cü ildən 1857-ci ilədək öz atasının yanında işləmişdi. Sonra Sürixə gedib, orada musiqi müəllimi işləmişdi. İngiltərəyə, Londona döndükdən sonra, 1864–1885-ci illərdə öz fənnindən dərs deməyə başlamışdı. == Ədəbiyyat == Dictionary of National Biography auf der Multimedia-CD Infopedia UK, Softkey Multimedia Inc., 1996.
Peter Farmer
Peter Farmer (1941–2017) — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Farmer 1941-ci ildə Luton şəhərində anadan olmuşdur. Farmer 2010-cu ildə Prix Benois de la Danse Ömürlük Nailiyyət mükafatını qazanmışdır.
Farer adaları
Farer Adaları (far. Føroyar) — Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupu. Danimarka Krallığının tərkibinə daxildir, lakin 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır. == Coğrafi göstəriciləri == Farer Adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavn (əhalisi 2005-ci ilin məlumatına görə 19,2 min nəfər) şəhəridir.Farer Adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik (4773 nəfər) şəhəridir. Farer Adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır. Streymoy adasının sahəsi 373,5 kv.km, bütün adaların ümumi sahəsi isə 1395,74 kv.km.-dir. Farer Adalarından İslandiyaya qədər məsafə - 450 km, Norveçə qədər - 675 km, Kopenhagenə qədər - 1117 km.-dir. Farer Adalarının ən hündür nöqtəsi dəniz səviyyəsindən 882 metr yüksəkliyi olan və Esturoy adasında yerləşən Slattaratindur zirvəsidir.
Farer dili
Farer dili (Føroyskt mál [ˈføːɹɪst ˈmɔaːl]) — Skandinaviya dilləri qrupuna aid dil. Danimarkaya məxsus Farer adalarında yayılmışdır. Farer dili Avropada yox olma təhlükəsi olmayan ən azsaylı dildir. Çünki Farer dilində danışılan yerlərin əksəriyyətində bu dildə ədəbiyyatlardan istifadə olunur və eyni zamnada həmin dildə radio və televiziya veilişləri rəsmi statusa malikdir.
Henri Corc Farmer
Henri Corc Farmer (17 yanvar 1882, Birr[d], Lenster – 30 dekabr 1965, Saut-Lanarkşir[d]) — ingilis musiqişünası. == Həyatı == Farmer 1914–1947-ci illərdə Qlazqoda (Şotlandiya) yaşamış, burada orkestrə rəhbərlik etmiş, universitetdə dərs demişdir. Yaxın Şərq xalqlarının musiqisini, xüsusilə ərəb musiqisi və onun müxtəlif nəzəri məsələrini tədqiq etmiş, orta əsrlər ərəb, Azərbaycan (Əbdülqadir Marağai, Səfiəddin Urməvi) musiqi nəzəriyyəçilərinin yaradıcılığını öyrənmiş, ayrı-ayrı musiqi alətlərinin (o cümlədən qədim ərəb, türk) təsvirini və təsnifatını vermişdir. "13-cü əsrə qədərki ərəb musiqisi tarixi", "İslam musiqisi" Farmerin mühüm elmi əsərləridir. == İstinadlar == == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.
Farer adaları himni
Tú alfagra land mítt (azərb. Sən mənim gözəl torpağımsan‎) — Farer adalarının dövlət himni. 1906-ci ildə Simun av Skardinin sözləri və bəstəkar Peter Alberqin musiqisi əsasında hazırlanıb. == Himnin sözləri == === Farer dilində === Mítt alfagra land Tú alfagra land mítt, mín dýrasta ogn! á vetri so randhvítt, á sumri við logn, tú tekur meg at tær so tætt í tín favn. Tit oyggjar so mætar, Guð signi tað navn, sum menn tykkum góvu, tá teir tykkum sóu. Ja, Guð signi Føroyar, mítt land! Hin roðin, sum skínur á sumri í líð, hin ódnin, sum týnir mangt lív vetrartíð, og myrkrið, sum fjalir mær bjartasta mál, og ljósið, sum spælir mær sigur í sál: alt streingir, ið tóna, sum vága og vóna, at eg verji Føroyar, mítt land. Eg nígi tí niður í bøn til tín, Guð: Hin heilagi friður mær falli í lut! Lat sál mína tváa sær í tíni dýrd!
Farer Adaları Kuboku
Farer Adaları Kuboku (far. Løgmanssteypið turnirin adı hərfi tərcümədə Baş Nazir Kuboku mənası verir) Farer adalarında əsas futbol kuboku turniridir.
Azərbaycan–Farer adaları münasibətləri
Azərbaycan–Farer adaları münasibətləri — Azərbaycan Respublikası ilə Farer adaları arasındakı mövcud ikitərəfli əlaqələr.
Farer adalarında balina ovu
Farer adalarında balina ovu ən azı X əsrdən bəri mövcuddur. Bu məsələ kiçik balinakimilər üzərində Komissiyanın hansı səlahiyyətə sahib olması ilə bağlı yaranan mübahisələrə görə Beynəlxalq Balina Ovlama Komissiyası (ing. International Whaling Commission — IWC) tərəfindən deyil, Farer səlahiyyətliləri tərəfindən tənzimlənir. Hər il təxminən 950 qrind (qara delfinlər, Globicephala melaena) ovlanır, xüsusən isə yayda. Qrind ovu (far. grindadráp [ˈgɹɪndaˌdrɔap]) — icmalar tərəfindən təşkil edilən qeyri-kommersiya tədbiridir və tədbirdə hər kəs iştirak edə bilər. Balıq ovu zamanı balıqçılar qrindləri qayıqlarla əhatə edir, onları geniş yarımdairəyə salırlar və sonra qayıqlar balinaları yavaş-yavaş körfəzə və ya fyordun dibinə qovurlar. Farerlərin çoxu balina ovunu öz mədəniyyətinin və tarixinin mühüm hissəsi hesab edir. Heyvanların hüquqlarını müdafiə edən qruplar balıqçılığı qəddar və lazımsız olaraq tənqid edir, balinaçılar isə əksər jurnalistlərin balıq ovu üsulları və balıqçılığın iqtisadi əhəmiyyəti haqqında məlumatsızlıq nümayiş etdirdiyini iddia edirlər. == Tarixi == Şimali Atlantikada balina ovlamaq uzun zaman adi hal olmuşdur.
Farer Adaları Premyer Liqası
Farer Adaları Premyer Liqası (sponsorluq səbəbi ilə Betri deildin menn kimi də adlandılır) Farer adalarında ən yüksək səviyyəsili futbol liqasıdır. 1942-ci ildə Meistaradeildin adı ilə yaradılıb və 2005-ci ildə Premyer Liqa ölkənin ən yüksək səviyyədəli futbol divizionu kimi 1. deild-i əvəz etdikdən sonra indiki formatda oynanılır. Liqa Farer Adaları Futbol Assosiasiyası tərəfindən təşkil olunur. Liqada 10 klub mübarizə aparır. Hər mövsümün sonunda iki komanda aşağı liqaya düşür və iki komanda aşağı liqa olan1. deilddən yüksəlir. Liqadakı bütün komandalar yarı-peşəkar statusa malikdir. Buna baxmayaraq bəzi klublar oyunçuları və məşqçi həyəti ilə daimi müqavilə imzalaya bilir. 2022-ci ilin aprelinə olan məlumata görə Farer Adaları Premyer Liqası UEFA Ölkə Reytinqinə görə 55 liqa arasından 44-cü yerdədir.
Farer adalarının Milli Kitabxanası
Farer Adaları Milli Kitabxanası(far. Føroya Landsbókasavn) Danimarka Krallığının tərkibində özünü idarə edən ölkə olan Farer adaları üçün milli kitabxanadır. O, həm ictimai, həm də tədqiqat kitabxanasıdır. Kitabxanada farer dilində yazılmış əsərlərin, farer dilinin başqa dillərdə yazdığı və ya onlar tərəfindən tərcümə edilmiş əsərlərin və Farer adaları haqqında yazılmış əsərlərin ən böyük kolleksiyası var. == Tarixi == Kitabxana 1828-ci ildə, Danimarkalı Amtmaður (qubernator) Kristian Lüdviq Tilliş (1825-30-cu illərdə vəzifədə idi) və onun Amtsrevisoru Jens Davidsen Færø Amts Bibliotek (Danimarka, 'Farer Şəhristanı Kitabxanası') üçün kitablar yığmağa başlayanda başladı. Onlara danimarkalı alim Karl Kristian Rafn və özəl vətəndaşlar kömək etdi və 5 noyabr 1828-ci ildə Kraldan illik maliyyə yardımı aldı. 1831-ci ildə kolleksiyaya 2860 cild daxil idi. Kitabxana 1830-cu ildə öz binasını aldı və Jens Davidsen 1878-ci ildə ölümünə qədər kitabxanaçı kimi xidmət etdi.1850-ci ilə qədər təxminən 5000 kitab var idi, lakin Farer parlamenti, Løgting, maliyyə ayırdığı zaman layihə 1878-1905-ci illər arasında dayandı. Kitabxana 1921-ci ildən başlayaraq, 1920-ci ildə kitabxanaçı kimi təhsil almış dilçi Mads Andreas Yakobsenin (1891–1944) rəhbərliyi altında çiçəkləndi. Farer dili münaqişəsi dövründə milli yazıçılar və siyasətçilər üçün toplaşma nöqtəsinə çevrildi.
İngilislərin Farer adalarını işğalı
Britaniyalıların Farer adalarını işğalı, (Valentin Əməliyyatı olaraq da tanınır),1940-cı ildə İkinci Dünya Müharibəsi zamanı, Almaniyanın Danimarka və Norveç ərazilərini işğalından dərhal sonra baş vermişdir. Böyük Britanıiya Almaniya tərəfindən tutulmasının qarşısını almaq üçün 1940-cı ilin aprelində əvvəllər Danimarkanın koloniyası olan strateji əhəmiyyətli Farer adalarını işğal etdi. Müharibə bitdikdən az sonra Britaniya qoşunları adaları tərk etdilər. == İşğal == Britaniya qoşunlarının buraya qoşun çıxartdığı zaman Farer adaları Danimarkanın qraflığı statusuna sahib idi. 9 aprel 1940-cı ildə Almaniyanın Danimarka işğalından sonra o zamanlar Admirallığın Birinci Lordu olan Uinston Çörçil 11 apreldə İcmalar Palatasında Farer adalarının britaniyalalılar tərəfindən işğal ediləcəyini elan etdi: “Həmçinin hazırda Danimarkaya aid olan, böyük strateji əhəmiyyətə malik olan və sakinləri bizi qarşılamağa hazır olduqlarını nümayiş etdirən Farer adalarını işğal edirik. Biz Farer adalarını müharibənin bütün çətinliklərindən qorumalı və adaların Almaniyanın təcavüzü nəticəsində düşdüyü köləlikdən azad edilərək Danimarkaya qaytarıla biləcəyi an gələnə qədər dəniz və havada möhkəmlənməliyik. ." Onun çıxışı BBC radiosunda yayımlanıb. Həmin gün Torshavn üzərində səmada Kral Hərbi Hava Qüvvələrinin (KHHQ) təyyarəsi göründü. Aprelin 12-də "Valentin" əməliyyatı başladı: Kral Donanmasının iki esminesi Torshavn limanına gəldi. Onların kapitanları adaların prefekti Karl Ooge Gilbert və Farer parlamenti Loqtinqin rəhbəri Kristian Jurhus ilə görüşdükdən sonra Loqtinqin təcili iclası çağırıldı.
Azərbaycan–Farer adaları futbol matçları
== Kişilər ==
Farer adaları milli futbol komandası
Farer adaları milli futbol komandası (far. Føroyska fótbóltsmanslandsliðið; dan. Færøernes fodboldlandshold) — Farer adalarını futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komanda. Komanda Farer Adaları Futbol Federasiyası tərəfindən idarə olunur. 14 iyun 2019-cu ilə olan məlumata görə Farer adaları millisi FİFA reytinqində 107-ci, 11 oktyabr 2017-ci il məlumatına görə isə UEFA reytinqində 46-cı yerdədir. == Tarixi == === 1990-cı illər === Farer adaları millisi ilk oyununu 1930-cu ildə keçirmişdir. Amma komandanın 1988-ci ildən başlayaraq keçirdiyi oyunlar rəsmi oyunlar hesab edilir. Həmin il Farer Adaları Futbol Federasiyası FİFA-ya üzv qəbul olunmuşdur (UEFA-ya isə federasiya 1990-cı ildə üzv qəbul edilmişdir). Farer adalarının faktiki müstəqil dövlət statusuna malik olmamasına baxmayaraq (Danimarkanın tərkibində geniş muxtariyyata malikdir), milli yığmaya beynəlxalq yarışlarda iştirak etməyə icazə verilir. Farer adaları millisinin nailiyyətləri arasında 1989 və 1991-ci illərdə keçirilən Ada Oyunları turnirində iki qələbə var.
Futbol üzrə Farer adaları kuboku
Farer Adaları Kuboku (far. Løgmanssteypið turnirin adı hərfi tərcümədə Baş Nazir Kuboku mənası verir) Farer adalarında əsas futbol kuboku turniridir.
Futbol üzrə Farer adları çempionatı
Farer Adaları Premyer Liqası (sponsorluq səbəbi ilə Betri deildin menn kimi də adlandılır) Farer adalarında ən yüksək səviyyəsili futbol liqasıdır. 1942-ci ildə Meistaradeildin adı ilə yaradılıb və 2005-ci ildə Premyer Liqa ölkənin ən yüksək səviyyədəli futbol divizionu kimi 1. deild-i əvəz etdikdən sonra indiki formatda oynanılır. Liqa Farer Adaları Futbol Assosiasiyası tərəfindən təşkil olunur. Liqada 10 klub mübarizə aparır. Hər mövsümün sonunda iki komanda aşağı liqaya düşür və iki komanda aşağı liqa olan1. deilddən yüksəlir. Liqadakı bütün komandalar yarı-peşəkar statusa malikdir. Buna baxmayaraq bəzi klublar oyunçuları və məşqçi həyəti ilə daimi müqavilə imzalaya bilir. 2022-ci ilin aprelinə olan məlumata görə Farer Adaları Premyer Liqası UEFA Ölkə Reytinqinə görə 55 liqa arasından 44-cü yerdədir.
Farer adalarının Britaniya tərəfindən işğalı
Britaniyalıların Farer adalarını işğalı, (Valentin Əməliyyatı olaraq da tanınır),1940-cı ildə İkinci Dünya Müharibəsi zamanı, Almaniyanın Danimarka və Norveç ərazilərini işğalından dərhal sonra baş vermişdir. Böyük Britanıiya Almaniya tərəfindən tutulmasının qarşısını almaq üçün 1940-cı ilin aprelində əvvəllər Danimarkanın koloniyası olan strateji əhəmiyyətli Farer adalarını işğal etdi. Müharibə bitdikdən az sonra Britaniya qoşunları adaları tərk etdilər. == İşğal == Britaniya qoşunlarının buraya qoşun çıxartdığı zaman Farer adaları Danimarkanın qraflığı statusuna sahib idi. 9 aprel 1940-cı ildə Almaniyanın Danimarka işğalından sonra o zamanlar Admirallığın Birinci Lordu olan Uinston Çörçil 11 apreldə İcmalar Palatasında Farer adalarının britaniyalalılar tərəfindən işğal ediləcəyini elan etdi: “Həmçinin hazırda Danimarkaya aid olan, böyük strateji əhəmiyyətə malik olan və sakinləri bizi qarşılamağa hazır olduqlarını nümayiş etdirən Farer adalarını işğal edirik. Biz Farer adalarını müharibənin bütün çətinliklərindən qorumalı və adaların Almaniyanın təcavüzü nəticəsində düşdüyü köləlikdən azad edilərək Danimarkaya qaytarıla biləcəyi an gələnə qədər dəniz və havada möhkəmlənməliyik. ." Onun çıxışı BBC radiosunda yayımlanıb. Həmin gün Torshavn üzərində səmada Kral Hərbi Hava Qüvvələrinin (KHHQ) təyyarəsi göründü. Aprelin 12-də "Valentin" əməliyyatı başladı: Kral Donanmasının iki esminesi Torshavn limanına gəldi. Onların kapitanları adaların prefekti Karl Ooge Gilbert və Farer parlamenti Loqtinqin rəhbəri Kristian Jurhus ilə görüşdükdən sonra Loqtinqin təcili iclası çağırıldı.
Azərbaycan-Farer adaları futbol matçlarının siyahısı
== Kişilər ==
Tomas Arçer
Tomas Arçer (ing. Thomas Croxen Archer; 1817[…] – 19 fevral 1885) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Tomas Arçer toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Təsnif etdiyi taksonlar == Leopoldinia piassaba Wallace ex Archer Mauritia carana Wallace ex Archer Olearia fulvida Archer ex Kuntze Olearia rugosa Archer ex Kuntze == İstinadlar == == Ədəbiyyat == C.D. Waterston; A. Macmillan Shearer. 2006. Former Fellows of The Royal Society of Edinburgh, 1783–2002, Royal Society of Edinburgh (Edinburgo) : 1024 pp.