Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülbəxt palçıq vulkanı
Gülbəxt palçıq vulkanı — Bakı şəhərindən 20 km qərb-cənub-qərb istiqamətdə, Puta dəmir yolu stansiyasından 12–13 km qərbdə yerləşmişdir. Onun hüdudlarında, birincisi neft çıxışlarını, ikincisi isə vulkanın sopka və qrifonlarını əhatə edən iki qrup ayrılır. Sahənin geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Vulkan tullantıları içərisində külli miqdarda Məhsuldar qat süxurlarının, aç miqdarda alt Kaynoçoy üçüncü dövr və üst Təbaşir çöküntülərinin qırıntıları rast gəlir. Brekçiya örtüyünün qalınlıüı mərkəç hissədə 150 m-ə, yayılma sahəsi 29 ha-a çatır. Brekçiya həcmi 22 mln. m³ təşkil edir. Vulkandan 50 m şimal-qərb istiqamətdə 2-2.5 m hündürlüklü sönmüş palçıq sopkası vardır. Ondan 10 m qərb istiqamətdə bir-birindən 10–12 m məsafədə 30-50 sm hündürlüklü qır təpələri mövcuddur. 0.8x0.8 kraterli bir salçası olan, su və qaç püskürən çıxış ətrafında qır qatı yaranmışdır.
Güldəşt
Güldəşt — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,693 nəfər və 5,830 ailədən ibarət idi.
Gülbən Ərgən
Nur Ergen Türkiyə pop müğənnisi, aparıcı, model və aktrisası. == Həyatı == 25 avqust 1972-ci ilde İstanbulda anadan olmuşdur. Karyerasına model kimi başlayan Gülbən tez bir zamanda film dünyasına atılmışdır. Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıdı. İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirdi. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra, onunla "Firat" serialında baş rolu bölüşdü. Müğənni kimi debütünü 1996-ci ildə "Mərhaba" albomu ilə etdi. Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırdı. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnıları oldu. 1998-ci ildə "Mərziyə" serialında baş rola çəkildi.
Gilbert Ryle
Gilbert Ryle (1900-1976) müasir İngilis filosofudur. Dil fəlsəfəsi ənənəsi içində iştirak etməklə birlikdə, Aristoteldən təsirlənib, Edmund Husserl və Meinong ilə də maraqlanan Ryleinn ən əhəmiyyətli iki kitabı Zehin Anlayışı və Qərarsızlıqdır. == Əsərləri == === Kitabları === 1949, The Concept of Mind, London: Hutchinson. (Zihin Kavramı) 1954, Dilemmas, Cambridge: Cambridge University Press. (İkilemler) 1966, Plato's Progress, Cambridge: Cambridge University Press. (Platon'un Gelişimi) 1971a, Collected Papers, vol. 1, London: Hutchinson. (Toplu Eserler 1) 1971b, Collected Papers, volume 2, London: Hutchinson. (Toplu Eserler 2) 1979, On Thinking, ed. K. Kolenda, Oxford: Blackwell.
Gilbert Vernam
Gilbert Sandford Vernam (d.3 aprel 1890 — ö.7 fevral 1960) — AT&T Bell Laboratoriyasının tanınmış mühəndislərindən biri. O 1917-ci ildə çoxəlifbalı axım şifrsi (polyalphabetic stream cipher) kəşf etmişdir və məşhur "One time pad" şifrləmə alqoritminin müəlliflərindən biridir. O 1943-cü ildə Western Union şirkəti Postal Telegraph Co. teleqraf agentliyini alana qədər bu şirkətdə, daha sonra isə Western Unionun özündə çalışmışdır. Teleqraf sahəsində ötürmələr və teleqraf şəbəkələrinin qurulmasında böyük əməyi vardır. == Patentləri == U. S. Patent 1,310,719 U. S. Patent 1,416,765 U. S. Patent 1,584,749 U. S. Patent 1,613,686 1,310,719 nömrəli patenti Amerikə Milli Təhlükəsizlik Agentiyi kriptoqrafiya tarixinin ən önəmlisi adlandırır. == Vernam Şifrsi == Müasir terminologiyada Vernam şifrsi simmetrik axım şifrsi adlanır. Simmetrik axım şifrlərində şifrləmə üçün normal mətn uzunluğunda bir açar sözü götürülür və mətnlə XOR-lanır. Riyazi ədəbiyyatlarda ⊕ işarəsi XOR ifadə edir və aşağıdakı kimi tərif verilir. XOR funksiyasının dəyəri bütün girişlərin dəyəri eyni olanda mənfi, fərqli olanda isə müsbət olur.
Hamfri Gilbert
Hemfri Hilbеrt (1539, Devon qraflığı – 9 sentyabr 1583) — İngilis səyyahı. tədqiqatçısı. == Həyatı == Hilbеrt Amеrikanı Atlantida ilə müqayisə еdərək оnu ada kimi təsəvvür еdir və оnun ətrafında üzərək tam dövrə vurulmasını mümkün hеsab еdir. Bu münasibətlə о yazır: " Hеsab еdirəm ki, Amеrikanın şimalından şimal-qərb istiqamətdə dəniz yоlu bizim üçün daha əlvеrişlidir. Yоlun оlması fikrini qədim filоsоflardan Platоna, Aristоtеlə, həmçinin müasir cоğrafiyaçılara əsaslandırıram". Hilbеrt şimal-qərb istiqamətdə dəniz yоlunun daha təhlükəsiz оlduğunu aydınlaşdırmaqla, həm də ingilislərin bu dəniz yоlu üzərində hеgеmоn dövlətə çеvriləcəyinə inandırmağa çalışırdı. == İstinadlar == == Xarici keçidlər == D.B. Quinn, Voyages and Colonising Enterprises of Sir Humphrey Gilbert, 2 vol.
Qilbert Rayl
Gilbert Ryle (1900-1976) müasir İngilis filosofudur. Dil fəlsəfəsi ənənəsi içində iştirak etməklə birlikdə, Aristoteldən təsirlənib, Edmund Husserl və Meinong ilə də maraqlanan Ryleinn ən əhəmiyyətli iki kitabı Zehin Anlayışı və Qərarsızlıqdır. == Əsərləri == === Kitabları === 1949, The Concept of Mind, London: Hutchinson. (Zihin Kavramı) 1954, Dilemmas, Cambridge: Cambridge University Press. (İkilemler) 1966, Plato's Progress, Cambridge: Cambridge University Press. (Platon'un Gelişimi) 1971a, Collected Papers, vol. 1, London: Hutchinson. (Toplu Eserler 1) 1971b, Collected Papers, volume 2, London: Hutchinson. (Toplu Eserler 2) 1979, On Thinking, ed. K. Kolenda, Oxford: Blackwell.
Uolter Gilbert
Volter Gilbert(ing. Walter Gilbert; doğ. 21 mart 1932, Boston, ABŞ) — amerika fiziki, biokimyaçısı. == Həyatı == Amerika biokimyaçısı Volter Hilbert 1932-ci ilin martın 21-də Bostonda anadan olmuşdur. 1953-cü ildə Harvard universitetini bitirmişdir. 1953-1957-ci illərdə İngiltərədə Kembric universitetində işləmişdir (1957-ci ildə müdafiə edərək fəlsəfə doktoru olmuşdur). 1957-ci ildə Harvard universitetində işləyir (1968-ci ildən professor). Volter Gilbertin elmi işləri biokimyaya və molekulyar biologiyaya aiddir. Laktoz geninin (operon) aktivliyini idarə edən birinci tənzimləyici zülalın ayrılması, zülalların və DNT-nin spesifik qarşılıqlı təsir mexanizminin öyrənilməsi, bir sıra DNT-lərin birinci quruluşlarının müəyyən edilməsi, insulin sələfi genin klonlaşması və bu zülalın bakterial hüceyrədə sintezi üzrə əsas tədqiqatları həyata keçirmişdir. A. Mekşem ilə birlikdə 1973-cü ildə dezoksiribonukleazanın köməyi ilə bağırsaq çöpləri DNT-sini parçalamış və müəyyən sahəni (lak-operator) ayırmışdır.
Volter Gilbert

Qürbət Qurbanov
Qürbət Qurbanov teatr xadimi. == Həyatı == Tanınmış teatr xadimi Qürbət Qurbanov 1924-cü il martın 12-də Şirvan şəhərinin Qarabağlı kəndində (hal-hazırda Salyan rayonuna daxildir) dünyaya göz açıb. İlk təhsilini kənd məktəbində alıb. 1934-cü ildə ailəsi Bakıya köçür və o, orta təhsilini Bakıda davam etdirir. Qürbət müəllim görkəmli Azərbaycan ədibi Süleyman Sani Axundov un rəhbərlik etdiyi 172 saylı məktəbdə təhsil alır. 1939-cu ildə aktyor Ağadadaş Qurbanov 172 saylı məktəbdə dram dərnəyi təşkil edir. Qürbət Qurbanov həmin dərnəyə üzv olur. 1942-1945-ci illərdə Bakı Teatr Texnikumunda təhsil alır. Təhsil aldığı illərdə Azərbaycan Dövlət Dram Teatrı nda təcrübə keçməyə başlayır. Böyük Vətən Müharibəsi illərində hərbi xəstəxanalarda, kənd zəhmətkeşləri qarşısında çıxışlar edir.
Qürbət Tarverdiyev
Qürbət Rasim oğlu Tarverdiyev (21 may 1998, Nərəcan, Xaçmaz, Azərbaycan — 5 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qürbət Tarverdiyev 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində doğulub. 2016–2017-ci illərdə hərbi xidmətdə olmuşdur. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qürbət Tarverdiyev Füzulinin azad edilməsində savaşıb. Qürbət Tarverdiyev oktyabrın 5-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qürbət Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qürbət Tarverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zəhra Qürbət
Zəhra Qürbət (Zəhra Talıbova) — azərbaycanlı rejissor. == Həyatı == Zəhra Qürbət Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Yasamal rayonu 172 saylı orta məktəbdə alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin "Dram rejissoru" ixtisası üzrə xalq artisti Cənnət Səlimovanın kursunda təhsil alıb. 2003-2005-ci illərdə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Universitetin 3-cü kursundan etibarən (2000-ci ildən) rejissor Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Tearında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 20-dən artıq tamaşada ikinci rejissor kimi çalışıb. 2001-ci ildən həmin teatrda quruluşçu rejissor, 2002-ci ildən isə paralel olaraq truppa müdiri vəzifəsində fəaliyyət göstərib. Dövlət Gənclər Teatrının səhnəsində 2001-ci ildə Firuz Mustafanın "Tabut", 2002-ci ildə Rüstəm İbrahimbəyovun "Qum üzərində ev", 2004-cü ildə isə Batislav Nuşiçin "Nazirin xanımı" əsərlərinə quruluş verib. Teatrla paralel olaraq 2001-ci ildən LİDER TV-də televiziya fəaliyyətinə başlayıb.
Con Gilbert Baker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
Con Gilbert Beyker

Gilbert Kit Çesterton
Gilbert Kit Çesterton (ing. Gilbert Keith Chesterton; 29 may 1874, London — 14 iyun 1936, London) — ingilis yazıçısı. == Fəaliyyəti == İngilis ədəbiyyatında sadəcə əsərləri ilə deyil, həm də düşüncələri ilə böyük iz buraxan Gilbert Çesterton 1874-cü ildə Londonda anadan olmuşdur. 1936-cı ildəki ölümünədək yazıçılıq və jurnalistika yaradıcılığında qlobal problemlərə toxunmuşdur. Yazıçı Kiplinqin müstəmləkə anlayışını və İngiltərə siyasətini tənqid etmişdir. Çesterton İngiltərənin protestant olmasına baxmayaraq katolik məzhəbini seçmişdir.
Gilbert Tomas Burnett
Gilbert Tomas Burnett (ing. Gilbert Thomas Burnett) — Britaniya botaniki və zooloqu. == Burnettin şərəfinə adlandırılmış takson == Botanik Con Lindli 1840-cı ildə Burnettia cinsini Burnettin şərəfinə adlandırmışdır.
John Gilbert Baker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
Qilbert Keyt Çesterton
Gilbert Kit Çesterton (ing. Gilbert Keith Chesterton; 29 may 1874, London — 14 iyun 1936, London) — ingilis yazıçısı. == Fəaliyyəti == İngilis ədəbiyyatında sadəcə əsərləri ilə deyil, həm də düşüncələri ilə böyük iz buraxan Gilbert Çesterton 1874-cü ildə Londonda anadan olmuşdur. 1936-cı ildəki ölümünədək yazıçılıq və jurnalistika yaradıcılığında qlobal problemlərə toxunmuşdur. Yazıçı Kiplinqin müstəmləkə anlayışını və İngiltərə siyasətini tənqid etmişdir. Çesterton İngiltərənin protestant olmasına baxmayaraq katolik məzhəbini seçmişdir.
Gilbert Nyuton Lyuis
Gilbert Nyuton Lyuis (ing. Gilbert Newton Lewis ; 23 oktyabr 1875[…], Ueymut[d], Massaçusets – 23 mart 1946[…], Berkli Kaliforniya Universiteti, Kaliforniya) — Amerika fiziki kimyaçısı . Kimyəvi termodinamika, fotokimya, izotoplar kimyası, nüvə fizikası sahəsində əsas elmi əsərlərin müəllifidir. Termodinamikanın üçüncü qanununun yeni formulunu təklif etdi. 1912-1916-cı illərdə o, kimyəvi rabitələrin elektron nəzəriyyəsini irəli sürdü və inkişaf etdirdi, ilk dəfə olaraq ion və homeopolyar (kovalent) rabitələri izah etdi və kimyəvi reaksiyaların sərbəst enerjilərinin hesablanması üsullarını işləyib hazırladı. 1926-cı ildə o, şüalanmanın ən kiçik vahidini ifadə etmək üçün foton termini elmə daxil etdi.
Qübbət-üs-Səxrə
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. == Tarixi == Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
İlqar Qürbət oğlu Məmmədov
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının rəhbəri. == Həyatı == İlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində — indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur. O, 1978–1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. Həmin il müsabiqə yolu ilə Bakı şəhərindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olmuş, 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vurmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası alaraq, məzun olmuş və bu ali məktəbdə ali təhsilini qırmızı diplomla yəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. == Elmi fəaliyyəti == 1995-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında "Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol № 18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür.