Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qala-i Mərağuş (Şəbüstər)
Qala-i Mərağuş (fars. قلعه مراغوش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (56 ailə).
Sövməə Zərrin (Alan Bərağuş dehistanı)
Sövmayə Zərrin (fars. صومعه زرين‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (112 ailə).
Həmas
HƏMAS (Ərəbcə: حماس, Tam adı: حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmə l-İslamiyyə, İslami Müqavimət Hərəkatı) — Fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiya. == Quruluşu və inkişafı == 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən İlk intifadanın başlanğıcında Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki hissəsi olaraq qurulub. 1988-ci ildəki Həmas öz siyasi proqramında Fələstinin əsla, qeyri-müsəlmanlar tərəfindən qurulmuş bir İslam ölkəsi olmayacağını bildirmişdi və fələstinli Müsəlmanlar üçün Fələstinin idarəsini İsraildən almaq məqsədilə döyüşməyi dini cihad kimi qiymətləndirirdi. Bu, 1988-ci ildə İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasında münaqişəyə gətirib çıxardı. 1992-ci ilin sonunda Qəzzədə 600 məscid vardı. Həmas öz təsir gücünü univerisitetlərə, bazarlara, peşə təşkilatlarına yayırdı. 2004-cü ildə başlayan yerli siyasi müqaviməti genişlətdirməzdən əvvəl zəkat və xəyir işləri ilə ətrafını gücləndirirdi. == Əməliyyat == Həmas təşkilatı tərəfindən həyata keçirilən əməliyyat hadisələri: 6 iyul 1989-cu ildə Kiryat Yearim yaxınlığında meydana gələn bir intihar hücum nəticəsində 22 nəfər öldü. 6 aprel 1994-cü il tarixində Afulada (İsrail) bir avtobusda meydana gələn intihar-hücum nəticəsində 8 nəfər öldü. 13 aprel 1994-cü il tarixində Haderada bir avtobus dayanacağında meydana gələn intihar hücum nəticəsində 5 nəfər öldü.
Halaquş (Urmiya)
Halaquş (fars. هله قوش‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (39 ailə).
Lotus hamatus
Lotus hamatus (lat. Lotus hamatus) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü.
Euseius emanus
Euseius emanus (lat. Euseius emanus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
HƏMAS bayrağı
HƏMAS bayrağı — Fələstinin sünni islamçı silahlı təşkilatı HƏMAS-ın bayrağı. Bu, yaşıl fondan ibarətdir və ortada ağ xəttatlıq yazısı ilə şəhadə verilmişdir: "Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın elçisidir".
HƏMAS gerbi
HƏMAS gerbi — Fələstin islamçı silahlı təşkilatı HƏMAS-ın gerbi. Burada islami və militarist motivlər mövcuddur. == Xüsusiyyətləri == Gerbdə Qüdsdə yerləşən Qübbətüs-Səxrənin qarşısında çarpazlanmış iki qılınc təsvir edilmişdir. Məscid iki Fələstin bayrağı ilə bəzədilmişdir. Burada şəhadəni təşkil edən iki ifadə var: "Allahdan başqa ilah yoxdur" (sağ bayraq) və "Məhəmməd Allahın elçisidir" (sol bayraq). Qübbətüs-Səxrənin üstündə Fələstin mandatının xəritəsi var. Qübbənin dərhal altında "Fələstin" və altındakı yaşıl pankartda "İslam Müqavimət Hərəkatı – Həmas" yazılmışdır.
HƏMAS Nizamnaməsi (1988)
İslami Müqavimət Hərəkatının Nizamnaməsi (ərəb. ميثاق حركة المقاومة الإسلامية حماس‎), həmçinin HƏMAS Nizamnaməsi və ya HƏMAS Xartiyası —HƏMAS (İslami Müqavimət Hərəkatı) tərəfindən 18 avqust 1988-ci ildə buraxılmış və təşkilatın təsisçi kimliyini, mövqelərini və məqsədlərini əks etdirən sənəd. HƏMAS 2017-ci ildə 1988-ci il nizamnaməsini açıq şəkildə ləğv etmədən yenidən işlənmiş nizamnaməni təqdim etmişdir. Orijinal nizamnamədə HƏMAS Fələstində "Müsəlman Qardaşlar" olaraq təyin olunmuş və onun üzvləri "zalımların qarşısında cihad bayrağını qaldıran", "Allahdan qorxan müsəlmanlar" olaraq təsvir edilmişdir. Nizamnamə yəhudilərə qarşı mübarizəni müəyyən etmiş və nəticədə bütün keçmiş Fələstin mandatı ərazisində İslam dövlətinin yaradılmasına, İsrailin məhvinə və ya parçalanmasına çağırış etmişdir. Xartiya bəzi şərhçilərin soyqırıma təhrik kimi səciyyələndirdiyi antisemit ritorikadan istifadə etdiyinə görə tənqid edilmişdir. HƏMAS 2017-ci il nizamnaməsində antisemit ritorikanı aradan qaldırmış, HƏMAS-ın mübarizəsinin yəhudilərlə yox, sionistlərlə olduğunu müəyyən edilmişdir. Seçkilərdə vəzifəyə namizədlər irəli sürməyi seçəndən bəri HƏMAS öz nizamnaməsinin rolunu aşağı salmışdır. HƏMAS lideri İsmayıl Haniyə nizamnaməyə birbaşa zidd olaraq 2008-ci ildə bəyan etmişdir ki, 1967-ci il sərhədləri boyunca Fələstin dövlətini qəbul etməyə və İsraillə uzunmüddətli barışıq təklif etməyə razı olacaq. 2009-cu ildə BBC-yə müsahibə verən Britaniyanın baş naziri Toni Bleyr HƏMAS-ın İsrailin varlığını qəbul etmədiyini, terror və zorakılıqla öz məqsədlərini həyata keçirməyə davam etdiyini iddia etmişdir.
HƏMAS Nizamnaməsi (2017)
Ümumi Prinsiplər və Siyasətlər Sənədi (وثيقة المبادئ والسياسات العامة لحركة حماس) və ya Yeni HƏMAS Nizamnaməsi — 2017-ci ilin may ayında Fələstin siyasi və hərbi təşkilatı HƏMAS tərəfindən buraxılmış sənəd. Nizamnamədə 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasını müdafiə edilmiş və bunu "milli konsensus formulu" kimi təsvir olunmuşdur. Burada həmçinin, İsrail "qeyri-qanuni qurum" adlandırılmış və təşkilatın silahlı mübarizəyə sadiqliyini saxlanılmışdır. 1988-ci il HƏMAS Nizamnaməsi antisemit xarakterinə görə geniş şəkildə tənqid olunsa da, 2017-ci il sənədində HƏMAS-ın dinlərinə görə yəhudilərlə deyil, sionist layihəsi ilə mübarizə apardığı bildirilmişdir. Bununla belə, HƏMAS 1988-ci il nizamnaməsinin öz dövrünün sənədi olduğunu və yeni sənədin HƏMAS-ın indiki mövqeyini əks etdirdiyini bildirərək orijinal nizamnamədən imtina etməkdə çətinlik çəkmişdir. 2017-ci il sənədinə baxışlar müxtəlif olmuşdur. Bəziləri bunu praqmatizm və artan siyasi yetkinlik əlaməti və sülh yolunda potensial addım kimi qarşılamışdır. Buna baxmayaraq, 2017-ci il nizamnaməsinin aktuallığı bir çoxları, o cümlədən İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən şübhə altına alınmışdır. O, 2017-ci ildə verdiyi açıqlamada HƏMAS-ı dünyanı aldatmaq cəhdində günahlandırmış və həmçinin əsl dəyişiklik üçün "terror fəaliyyətlərini dayandırmasını" istəmişdir.
İsrail–Həmas müharibəsi
Qəzzada müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı. Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi. Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi. Həmas tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir. Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
HƏMAS–UNRWA Holokost mübahisəsi
HƏMAS–UNRWA Holokost mübahisəsi — 31 avqust 2009-cu ildə Qəzzə zolağında Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ərazisində fəaliyyət göstərən məktəblərin hazırlıq kurslarının səkkizinci sinif kurrikuluma Holokostdan bəhs edən insan hüquqlarına dair kursu daxil etməyi planlaşdırdığına dair təsəvvürdən sonra alovlanmış mübahisə. Qəzzə zolağına nəzarət edən HƏMAS silahlı islamçı hərəkatı buna etiraz edərək Holokostu "sionistlərin uydurduğu yalan" adlandırmış və təhqiredici məzmunun tədris planından çıxarılmasını tələb etmişdir. Birləşmiş Millətlər Təşkilatının bəzi rəsmiləri əvvəlcə onun məktəblərində Holokost fənninin öyrədildiyini və ya yeni kurrikulumda onu tədris etməyi planlaşdırdığını inkar edərək cavab vermişdilər. Bu təkzib müxtəlif qruplar və şəxslər tərəfindən tənqidlərə səbəb olmuşdur. == Zəmin == UNRWA Qəzzə zolağında 600-dən çox ibtidai və orta məktəbdən 221-ni idarə edir, 6–15 yaş arası təxminən 200,000 uşağa təhsil verir. Qəzzə zolağı 2007-ci ilin iyununda Fələstin prezidenti Mahmud Abbasın təhlükəsizlik qüvvələrini məğlub edərək anklavda nəzarəti ələ keçirdikdən sonra HƏMAS tərəfindən idarə olunur. "Associated Press"in məlumatına görə, "HƏMAS Qəzzəyə nəzarəti gücləndirməyə çalışır, BMT agentliyi isə getdikcə kölgə hökuməti kimi görünür və Qəzzənin 1,4 milyon əhalisinin təxminən 1 milyonuna xidmət göstərir". Holokost İordan çayının qərb sahilində, Suriyada, İordaniyada və Livanda BMT-nin idarə etdiyi fələstinli qaçqınlar üçün məktəblərdə, həmçinin İordan çayının qərb sahili və ya Qəzzədə yerləşən Fələstin hökumət məktəblərində tədris edilmir.
Həmas–İsrail müharibəsi (2023)
Qəzzada müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı. Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi. Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi. Həmas tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir. Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
Qətərin HƏMAS-a dəstəyi
Qətərin HƏMAS-a dəstəyi — Qətər dövlətinin Fələstinin HƏMAS silahlı təşkilatına dəstəyi. Qətər HƏMAS-ın əsas maliyyə dəstəkçisi və müttəfiqidir. Qətər HƏMAS-a 1,8 milyard dollardan çox vəsait köçürmüşdür. 2012-ci ildə HƏMAS lideri Xalid Məşəl Suriyadan Qətərə köçəndə Qətər HƏMAS partiyasının rəhbərliyinə ev sahibliyi etmişdi. HƏMAS-ın hazırkı rəhbəri İsmayıl Həniyə 2016-cı ildən Dohada yaşayır. Qətər HƏMAS-ın ən mühüm maliyyə dəstəkçisi və xarici müttəfiqi adlandırılmışdır. == Tarixi == 2007-ci ildə qruplaşma Fələstin İdarəsini Qəzzə zolağından devirdikdən sonra Qətər Türkiyə ilə birlikdə HƏMAS-ı dəstəkləyən yeganə ölkə idi. 2008-ci və 2009-cu illərdə Xalid Məşəl Doha Sammitinə dəvət olunmuş, burada o zamankı Qətər əmiri Həməd ibn Xəlifə Sani ilə yanaşı oturmuş, Sani İsrailin Qəzzəyə qarşı müharibəsində İsrailin vurduğu ziyanı bərpa etmək üçün 250 milyon dollar vəd etmişdir. Bundan sonra HƏMAS və Qətər arasındakı əlaqələr möhkəmlənmişdir. Bu hadisələr Qətərin "Fələstin məsələsində" əsas oyunçuya çevrilməsinə səbəb olmuşdur.
HƏMAS–İsrail atəşkəs razılaşması (2023)
2023-cü il HƏMAS–İsrail atəşkəs razılaşması — HƏMAS–İsrail müharibəsi zamanı İsrail və HƏMAS-ın rəhbərlik etdiyi Fələstin silahlı qruplaşmalar arasında Qəzza zolağında 24 noyabr 2023-cü ildən 30 noyabr 2023-cü il tarixləri arasında qüvvəyə minmiş müvəqqəti atəşkəs razılaşması. Qətərin vasitəçiliyi ilə əldə edilmiş ilkin razılaşmada Qəzzada saxlanılan 50 israilli girovun və İsraildəki 150 fələstinli məhbusun azad ediləcəyi, həmçinin daha çox humanitar yardımın Qəzzaya daxil olmasına icazə veriləcəyi nəzərdə tutulmuşdur. Bu atəşkəs dörd gün davam etməli idi və daha çox girovun buraxılması şərtilə uzadıla bilərdi. 27 noyabrda Qətər Xarici İşlər Nazirliyi 20 israilli və 60 fələstinlinin azad ediləcəyi atəşkəs rejiminin iki günlük uzadılması barədə razılığa gəldiyini açıqlamışdır. Birinci uzadmanın sonuna yaxın, 30 noyabrda hər iki tərəf atəşkəsin daha bir gün uzadılması barədə razılığa gəlmişdir. Qətər və Misirdəki vasitəçilər atəşkəsin daha da uzadılması üçün danışıqlara çalışdıqlarını bildirmişdilər.
HƏMAS–İsrail girov böhranı (2023)
2023-cü il HƏMAS–İsrail girov böhranı — Qəzzədə müharibə zamanı yaranmış girov böhranı. 7 oktyabr 2023-cü ildə, müharibənin əvvəlində təxminən 250 nəfər "Əl-Əqsa fırtınası" əməliyyatı çərçivəsində HƏMAS başçılığı altındakı Fələstin yaraqlıları tərəfindən İsrail ərazisindən girov götürülərək Qəzza zolağına aparılmışdır. 15 dekabr 2023-cü il tarixinə əsir mübadiləsi razılaşması ilə 110 girov sağ-salamat qaytarılmışdır, lakin İsrailə görə HƏMAS əsirliyində 24 nəfər öldürülmüşdür və 5 nəfərin cəsədi hərbi əməliyyatla öz ölkəsinə qayatrılmışdır. Qəzzə zolağında hal-hazırda 135 nəfər əsirlikdə qalır. HƏMAS yaraqlıları 30 uşaq, yaşlı və hamilə qadınları oğurlamışdır. Əsirlər arasında əsgər və mülki şəxslərin dəqiq nisbəti məlum deyil. Əsirlərin Qəzzə zolağında müxtəlif yerlərdə saxlandığı ehtimal edilir. Yalnız İsrail vətəndaşlığı olan girovlarla yanaşı, girovların demək olar ki, yarısı xarici vətəndaşlardır və ya bir neçə vətəndaşlığı var. HƏMAS İsrailin bütün fələstinli məhbusları azad etməsi müqabilində bütün girovları azad etməyi təklif etmişdir. 2023-cü ilin oktyabr ayına qədər İsrail həbsxanalarında 5,200 fələstinlini (170-i yeniyetmə olmaqla) saxlamışdır.