Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhəmməd ibn əl-Hənəfiyyə
Məhəmməd ibn əl-Hənəfiyyə (ərəb. محمد بن الحنفية‎; 637, Mədinə – 25 fevral 700, Mədinə) — dördüncü Rəşidi xəlifəsi Əli ibn Əbu Talibin üçüncü oğlu. Müsəlman din xadimi. == Bioqrafiyası == Onun mənşəyinin bir neçə versiyası var: Peyğəmbərin vəfatından sonra bir neçə yalançı peyğəmbərlər peyda olur, onların ən nüfuzlularından biri Bəni Hənifə qəbiləsindən olan Müseylimə olur. Məhəmmədin atası Əli onlarla müharibəyə başlayır. Onlar indiki Səudiyyə Ərəbistanının cənubunda yaşayırdılar. Əkrəbə yaxınlığında Bəni Hənifə tayfası ilə döyüşdən sonra Əli bu qəbilədən bir cariyə alır, onun adı Xavlya olmuşdur. Bu cariyədən bir oğul dünyaya gəlir. Bu, qadın Bəni Hənifə tayfanın nə şeyxlərinin qızı, nə də kraliçası deyildi, sadəcə olaraq bu qəbilədən idi. Əli hərbi yürüşlərin birində Rum (Roma ilə qarışdırılmasın) adlı şəhəri idarə edən Hənəfi kraliçasını məğlub edir.
Həmidiyyə qırğınları
Həmidiyyə qırğınları (erm. Համիդյան ջարդեր; Romanizasiyası: Hamidyan çarter) və bəzi qeyri-türk mənbələrindəki adı ilə 1894-1896-cı illər erməni qırğınları və Böyük Qırğınlar 1890-cı illərin ortalarında Osmanlı imperiyası hökumətinin ölkədə yaşayan ermənilərə qarşı törətdiyi iddia edilən qırğınlardır. Qırğınlar nəticəsində ölənlərin sayının 100.000 ilə 300.000 arasında olduğu göstərilir və dövrün qəzetlərində verilmiş olan xəbərlərə görə, 50.000 uşağın yetim qaldığı bildirilir. “The New York Times”ın 1895-ci il sentyabr tarixli məqaləsində bu qırğın Erməni Holokostu kimi qeyd edilmişdir. Digər tərəfdən isə, o dövrün Osmanlı mənbələri bunun əksinə olaraq bu qədər erməninin öldürülmədiyini, müsəlmanları kütləvi şəkildə qətlə yetirən erməni quldur dəstələrinə qarşı əməliyyat keçirildiyini və bu dəstələrin və üsyanların yatırıldığını iddia edir. == Qırğınlar == Qırğınlar Osmanlı imperiyasının dağılan imperiya regionlarını mühafizə etmək üçün Ümmətçiliyi dövlət ideologiyasına çevirən II Əbdülhəmiddən sonra adlandırılmışdır.Hücumların əsas diqqət mərkəzində erməni xalqı olsa da, bir çox başqa xristian xalqlarına qarşı da talanlar həyata keçirilirmişdir. Bunlardan biri olan Diyarbakır qırğını zamanı, Aysorlar hədəf alınmış və bu qırğın haqqındakı ən azı bir müasir mənbəyə görə 25.000 insan öldürülmüşdür. 1894-cü ildə Osmanlı İmperiyasının daxili regionlarında başlayan qırğınlar sonrakı illərdə daha geniş ərazilərə yayılmışdır. Qətllərin çoxu 1894-1896-cı illər arasında baş verimiş və beynəlxalq ictimaiyyətin Əbdülhəmidə təzyiqlərinin artması nəticəsində 1897-ci ildə sona çatmağa başlamışdır. Əbdülhəmid hökuməti 1890-cı illərdə başlayan erməni millətçiliyini və separatçı hərəkatını yatızdırmaq üçün qırğınlarda kürd yaraqlılarından aktiv surətdə istifadə etmiş, lakin erməni yaraqlıları və mülki əhali arasında fərq qoyulmamışdır.
Ulduz Həmidiyyə məscidi
Ulduz Həmidiyyə məscidi — İstanbulda Ulduz sarayının girişində yerləşən XIX əsrə aid məscid. == Tarixi == Banisi Sultan II Əbdülhəmid səbəbi ilə Həmidiyyə məscidi olaraq adlansa da, daha çox Ulduz məscidi olaraq tanınır. Sultan Əbdülhəmid 1876-cı ildə taxta çıxdıqdan sonra bir müddət Dolmabağça sarayında yaşamış, daha sonra isə Ulduz sarayına köçmüşdür. Taxtdan endirilən böyük qardaşı Sultan Muradın yenidən taxta çıxarılmasından qorxan Sultan Əbdülhəmid cümə salamlığında saraydan uzaqlaşmamaq üçün Ulduz sarayının girişindəki yüksəkliyə yeni bir məscid tikilməsini istədi. 1881-1885-ci illərdə inşa edilən məscidin inşaat prosesindən baş mabeynçi Osman bəy məsul idi. Bir çox mənbədə məscidin memarı olaraq erməni arxitekt Sarkis Balyan göstərilsə də, bu düz deyil. Dolmabağça sarayı arxivlərindəki sənədlərə görə, məscidin memarı Nikolaidis Jelpuylo adlı yunan əsilli memar idi. Osmanlı mənbələrində Nikolaki kalfa adıyla qeyd olunan Nikolaidis, vəzifəni aldıqdan sonra hazırladığı plan və rəsmlərlə birlikdə məscidin maketini quraraq Sultan Əbdülhəmidə təqdim etdi. Sultanın təsdiqindən sonra 20 dekabr 1881-ci ildə baş tutan mərasimlə məscidin təməli atıldı. Plana görə, məscidin minbəri Bursa Ulu məscidin minbərində olduğu kimi taxtadan olmalı idi.