Məhəmməd ibn əl-Hənəfiyyə (ərəb. محمد بن الحنفية; 637, Mədinə – 25 fevral 700, Mədinə) — dördüncü Rəşidi xəlifəsi Əli ibn Əbu Talibin üçüncü oğlu. Məhəmməd ibn Hənəfiyyənin anası Əyas ibn Cəfərin qızı Xaulədir və onun əsl-kökü gedib Bəkr ibn Vailə çatır[1]. Müsəlman din xadimi.
Məhəmməd ibn əl-Hənəfiyyə | |
---|---|
Doğum tarixi | 637 |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 700 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Əli bin Əbu Talib |
Fəaliyyəti | imam |
Muhəmməd ibn Hənəfiyyənin özü, onun imam Zeynülabidinin imamlığı barəsindəki əqidəsi, Keysaniyyənin onun haqqındakı nəzərləri haqda müxtəlif nəzərlər irəli sürülmüşdür. Əllamə Hilli Seyid Mühənna`nın "Sizin Muhəmməd ibn Hənəfiyyə barəsindəki əqidəniz nədir?" sualına cavabında belə yazıb:
"Muhəmməd ibn Hənəfiyyə, Abdullah ibn Cəfər və onlar kimilərin məqamları o qədər böyükdür və ucadır ki, onların həqiqətə zidd əqidəyə malik olmaları və imandan çıxmaları mümkün deyil"[2].
İmam Həsəndən nəql edirlər ki, o həzrət Muhəmməd ibn Hənəfiyyəyə belə buyurub:
"Allah şeytanı sənə hakim etməyib və sənin üçün həsəddən qorxmuram"[3].
Onun mənşəyinin bir neçə versiyası var:
Bəziləri onu qanuni xəlifə hesab edirdilər, lakin Məhəmməd fitnədən qaçmağa meylli olur. Onu xəlifə etmək istəyən müxtəlif qrupların dəstəyinə baxmayaraq, çox ehtiyatlı davranır. O, nəhayət Əməvi xəlifəsi Əbdül Malik ibn Mərvana beyət edir. Bundan sonra illik böyük təqaüd alır[5].
İslamın Mərkəzi Asiyada fəal yayılmasında böyük rol olanlardan biri Məhəmməd ibn Əlinin nəslindən olanlardır: Əbd ər-Rəhim Bab (Qaraxan ata), İshaq Bab və Əbdül-Cəlil Bab (Xorasan Saman şah). İshaq Babadan: Axxoca, Akkorqanxoca, Baksayıs Xoca, Diuana Xoca; Abd Ar Rahim Babadan: Qaraxan Xoca, Auliyə ata Xoca; Əbd Cəlil Babadan: Xorasan Xoca, Qılış Xoca.
Bu missionerlərin nəsilləri Koca boyuna aid olmaqla, əsasən Orta Asiyada yaşayırlar.