Həmidiyyə qırğınları (erm. Համիդյան ջարդեր; Romanizasiyası: Hamidyan çarter[2]) və bəzi qeyri-türk mənbələrindəki adı ilə 1894-1896-cı illər erməni qırğınları və Böyük Qırğınlar[3] 1890-cı illərin ortalarında Osmanlı imperiyası hökumətinin ölkədə yaşayan ermənilərə qarşı törətdiyi iddia edilən qırğınlardır. Qırğınlar nəticəsində ölənlərin sayının 100.000[4] ilə 300.000[5] arasında olduğu göstərilir və dövrün qəzetlərində verilmiş olan xəbərlərə görə, 50.000 uşağın yetim qaldığı bildirilir[6]. “The New York Times”ın 1895-ci il sentyabr tarixli məqaləsində bu qırğın Erməni Holokostu kimi qeyd edilmişdir.[3] Digər tərəfdən isə, o dövrün Osmanlı mənbələri bunun əksinə olaraq bu qədər erməninin öldürülmədiyini, müsəlmanları kütləvi şəkildə qətlə yetirən erməni quldur dəstələrinə qarşı əməliyyat keçirildiyini və bu dəstələrin və üsyanların yatırıldığını iddia edir.[7][8]
Həmidiyyə qətliamları | |
---|---|
| |
Ümumi məlumatlar | |
Yeri | Osmanlı imperiyası |
Hücumun hədəfi | Osmanlı erməniləri və süryanilər |
Tarix |
|
Hücum metodu | qətliam və talan |
Törədən(lər) | II Əbdülhəmid rejimi, Osmanlı ordusu və kürd silahlıları |
Vikianbarda əlaqəli mediafayllar |
Qırğınlar Osmanlı imperiyasının dağılan imperiya regionlarını mühafizə etmək üçün Ümmətçiliyi dövlət ideologiyasına çevirən II Əbdülhəmiddən[9][10][11] sonra adlandırılmışdır.[12][13]Hücumların əsas diqqət mərkəzində erməni xalqı olsa da, bir çox başqa xristian xalqlarına qarşı da talanlar həyata keçirilirmişdir. Bunlardan biri olan Diyarbakır qırğını zamanı, Aysorlar hədəf alınmış və bu qırğın haqqındakı ən azı bir müasir mənbəyə görə 25.000 insan öldürülmüşdür.
1894-cü ildə Osmanlı İmperiyasının daxili regionlarında başlayan qırğınlar sonrakı illərdə daha geniş ərazilərə yayılmışdır. Qətllərin çoxu 1894-1896-cı illər arasında baş verimiş və beynəlxalq ictimaiyyətin Əbdülhəmidə təzyiqlərinin artması nəticəsində 1897-ci ildə sona çatmağa başlamışdır.[14] Əbdülhəmid hökuməti 1890-cı illərdə başlayan erməni millətçiliyini və separatçı hərəkatını yatızdırmaq üçün qırğınlarda kürd yaraqlılarından aktiv surətdə istifadə etmiş, lakin erməni yaraqlıları və mülki əhali arasında fərq qoyulmamışdır.[14]
Həmidiyyə qətliamlarına diqqətin cəlb edilməsi və dünya ictimaiyyətinə reaksiya olaraq, Avropalıların idarə etdiyi Osmanlı Bankına Ermənistan İnqilabi Federasiyası tərəfindən basqın həyata keçirilmişdir.[15] Bu, hər nə qədər qırğınların Konstantinopola yayılmasının qarşısını almağa müvəffəq olmasa da, Avropa dövlətlərinin diqqətini cəlb etməyi bacarmışdır.[16] Qırğınların baş verdiyi zaman teleqrafdan istifadə edilməsi o dövrün Qərbi Avropa və Şimali Amerika mətbuatında hadisələrin geniş şəkildə eşidilməsinə və xəbər verilməsinə şərait yaratmışdır[17].
Ölənlərin dəqiq sayını müəyyən etmək hər nə qədər mümkün olmasa da, tarixçilər bu rəqəmi 80-300 min arasında hesablamışdırlar.[5]
Alman keşişi olan İohannes Lepsi əldə etmiş olduğu məlumatlar və özünün şəxsi hesablamaları əsasında 88.243 erməninin öldürüldüyünü, 546.000 nəfərin mühacirətə getməyə məcbur olduğunu, 2.493 kəndin dağıdıldığını, bu kəndlərdən 456-sının əhalisinə zorla İslamın qəbul etdirildiyi, 649 kilsənin bağlandığını və bu kilsələrdən 328 kilsənin məscidə çevrildiyini bildirmişdir.[18] Bundan əlavə, Lepsi daha 100.000 erməninin aclıq və xəstəliklər nəticəsində öldüyünü hesablamış və beləliklə də ölənlərin sayının 200.000 nəfər təşkil etdiyini bildirmişdir.[19]
Britaniya səfiri 1895-ci ilin sonlarına qədər təxmini olaraq 100.000 insanın öldürüldüyünü bildirmişdir.[20] Türkoloq və Almaniya Xarici İşlər Nazirliyinin diplomatı olmuş olan Ernst Cek isə qətliamlar zamanı 200.000 erməninin öldürüldüyünü, 50.000-nin sürgün edildiyini və 1 milyonunun isə talana məruz qaldığını iddia etmişdir.[20][21] Fransız diplomatı və tarixçisi olmuş olan Pyer Renuvinin rəhbərlik etmiş olduğu dövrdəki sənədlərə əsasən 250 min erməni öldürülmüşdür.[20][22]
Osmanlı imperiyasının və Türkiyənin səlahiyyətli nümayəndələri isə bu sayda ölüm faktının olmadığını, müsəlmanlara qarşı hücumlar həyata keçirən və qırğınlar törədən quldur dəstələrinə qarşı hərbi əməliyyatların həyata keçirildiyini və üsyanların yatırıldığını iddia edirlər.[7][8]
<ref>
etiketi; "Akcam" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
The number of Armenian children under twelve years of age made orphans by the massacres of 1895 is estimated by the missionaries at 50.000.
...II. Abdülhamit'in tam bir halife sıfatı ile ümmetçiliği gaye edinmiş olması...
... devletlere karşı da İslâmcılık siyasetini bir tehdit unsuru olarak öne çıkarmıştır...
They are generally called the Hamidian massacres—after the Ottoman Sultan Abdülhamid II, during whose reign they were carried out—to distinguish them from the later Armenian Genocide, which began in 1915.