Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
HammAli & Navai
HammAli & Navai — Azərbaycanlı repçilər HammAli (Aleksandr (Sadiq) Əliyev) və Navai-dən (Nəvai Bəkirov) ibarət olan Rusiya rep dueti. == Tarix == Qrup 2016-cı ildə yaradılıb. İlk birgə mahnı "День в календаре" idi. Duet 3 albom buraxdı: 2018-ci ildə “JANAVI” və “JANAVI: Autotomy” və 2021-ci ildə “Когда хорошему человеку плохо”. Qrup, Bahh Tee və JONY də daxil olmaqla, digər sənətçilərlə birgə treklər buraxır. Nəvai 2021-ci ilin aprel ayında qrup mövcudluğuna son qoyub. Duetin dağılması ilə bağlı birgə bəyanata baxmayaraq, həmin ilin yayında qrup yeni mahnılar buraxmağa davam etdi.
Xammal
Xammal — ekosistemdə təbii şəraitdə yaranan və insan tərəfindən ilkin formada istifadəyə götürülən əmtəə. İnsanın və canlı təbiətin maddi və mədəni təlabatının ödənilməsi prosesində istifadə edilən təbiətin komponentlər toplusu. Xammal təbiətdə gedən proseslərin fiziki nəticəsidir. Bir sıra xammalları çıxmaq şərti ilə bir çoxu məhdud həcmdədir və təkrar istehsalı yolu elm tərəfindən tapılmayıbdır. Xammalların bir hissəsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır, bir hissəsi isə insan təlabatını ödəmək üçün istifadə edilir. == İstinadlar == == Mənbə == Сырьевые резервы землян. Имеется ли возможность покинуть Солнечную систему в настоящее время?
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Hammam (Çaroymaq)
Hammam (fars. حمام‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (7 ailə).
Qriqor Hammam
Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı, alim, yazıçı. == Həyatı == Atrnersehin oğlu idi. Nə vaxt doğulduğu haqda məlumat yoxdur. == Hakimiyyəti == Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi. O, qısa müddətə olsa da,"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi." Moisey Kalankatlı onun haqqında yazır: "Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər gördü." == Sacilərlə münasibətlər == 893-cü ildə Qriqor Hammam Sacilər sülaləsindən olan Azərbaycan əmiri Məhəmməd ibn Əbu Sac tərəfindən tutulmuş erməni katolikosu II Georqu böyük məbləğ qarşılığında azad edərək Ermənistana göndərmişdi. == Yaradıcılığı == Qriqor Hammam eyni zamanda "Suallar və Cavablar" (856–865) traktatının müəllifidir. Onun bir neçə dini-liturgiya xarakterli şeirləri də dövrümüzə çatmışdır. O, Frakiyalı Dionisiyanın qrammatikasının tərcüməsinin və bir neçə başqa əsərin müəllifidir.
Yüksək pambıq-xammal yetişdirilməsi (film, 1965)
== Məzmun == Kinolentdə pambıq yetişdirilməsi texnologiyasından danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: A.K.Orucov, X.O.Güləhmədov, V.S.Zaytsev Operator: Mirzə Mustafayev Cizgi rəssamı: Bəhmən Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (Azərbaycan)
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi — yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. == Haqqında == Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin fəaliyyətinin məqsədi yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirməkdir.
Şamxal hamamı
Şamxal hamamı — Maştağa kəndinin tarixi hissəsində Xunxar məhəlləsində yerləşən 1883-cü ildə inşa edilmiş aid hamam. Hamam Şamxal bəy adlı bir maştağalı tərəfindən tikildiyi üçün belə adlandırılıb. Sovet işğalından sonra hamamın daxili interyeri dəyişdirilib və əvvəlki tarixi görünüşü məhv edilib. Müstəqillikdən sonra hamam istifadəsiz qalıb. == Haqqında == Maştağa kəndinin tarixi hissəsində, Xunxar məhəlləsində yerləşən Şamxal hamamı Şamxal bəy adlı biri tərəfindən sifariş edilib. Hamam 1883-cü ildə usta Ağaqulu və Kərbəlayi Hacıqulu tərəfindən üzü meydana tərəf tikilib. Onun arxitetktur-planlaşma strukturu interyerdə əks olunmuş üfüqi və şaquli bölmələr, konstruktiv formalar sayəsində bu növ mülki tikililərin inkişafının klassik üsullarını qoruyub saxlayır. Ziyarətçinin vestibüldən xəznəyə doğru hərəkəti qrafiki binanın uzununa istiqamətində, vahid ox üzrə həyata keçirilir və yolunda çətin keçidlərlə üzləşmir. Vestibül bir qayda olaraq korpusun bütün eni boyu dar məkan təşkil edir. Bu hətta texnoloji dövrə üzrə hamamın inkişafının dinamik başlanğıcına özünəməxsus keçid rolunu oynayır.
Hamad Əl-Hammadi
Hamad Əl-Hammadi (26 noyabr 1975) — Qətəri təmsil edən stolüstü tennisçi. == Karyerası == Hamad Əl-Hammadi Qətəri 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Hamad Əl-Hammadi Qətəri 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Dammam
Dammam (ərəb. الدمام‎‎) — Səudiyyə Ərəbistanının üçüncü böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 2,5 milyon nəfər (2009).Səudiyyə Ərəbistanın Şərqi Vilayətinin paytaxtı.
Hacman
Hacman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hacıman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Hamamlu
Meysəmiyə (/mejˈsæmiˈjæ/; Azərbaycan Türkcəsi: Meysəmiyə, میثمیه; Farsca: میثمیه) — Şərqi Azərbaycan ostanında kənddir. 2011-ci siyahıya alınmasına əsasən, əhalisi 135 nəfərdir. Əhalisinin əksəriyyətini Azərbaycan Türkləri təşkil edir. == Etimologiyası == Kənd Meysəm Xana aid olduğu üçün bu kəndə Meysəmiyə adı verilmişdir. Əvvəlki adı Hamamlı olmuş və sonralar dəyişdirilərək Meysəmiyə adlandırılmışdır. Meysəmiyə adı iki komponentə bölünür: Meysəm (xanın adı) və "Yer, məkan, ölkə" məzmunu yaradan qeyri-məhsuldar polisemantik –iyə şəkilçisi. == Tarixi == Kəndin tarixi E.ə. 1-ci minilliyə qayıdır. == Mədəniyyəti == === Dil === Kənddə danışılan dil Azərbaycan Türkcəsidir. === Xalıçılıq === Meysəmiyə orta əsrlərdən günümüzə qədər xalıçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır.
Hamamlı
Hamamlı (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Hamamlı (şəhər) — Ermənistan Respublikasında şəhər. Hamamlı rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Pəmbək mahalı ərazisində rayon. Hamamlı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kərid. Hamamlı (Manyas) — Türkiyənin Balıkesir ilinin Manyas ilçesine bağlı bir kənd.
Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. == Elmi fəaliyyəti == Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Tammar
Tammar (lat. Macropus eugenii) — kenquru cinsinə aid heyvan növü.
Şamxal
Şamxal, Şavkal və ya Şauxal — Dağıstanda qumuq, lak, dargi və s. hakimlərinin titulu. XII əsrin sonundan 1867-ci ilə qədər mövcud olmuşdur. Şamxal titulu Qazıqumuxda feodal əyanlarının məclisində verilir, eyni zamanda krım-şamxal (gələcək şamxal) müyyənləşdirilir. XVII əsrdən şamxalın haknmayyəti irsi idi və şamxal titulünu yalnız qumuq hakimlərn daşıyırdı. Şamxalın iqamətgahı Qazıqumux, Tərki və Buynak kəndlərində yerləşirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шамхал // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov (professor) — Alim, pedaqoji elmləri doktoru, Professor, Ədəbiyyatın metodikası üzrə ilk pedaqoji elmlər namizədi. Camal paşa — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Hampa
Hampa (Tikantəpə)
Abbasəli hamamı
Abbasəli hamamı — Abşeron rayonu Fatmayı kəndinin daxilindən keçən Cəlil Cavadov küçəsinin sağ tərəfində yerləşir. == Tikili == L hərfi formasına malik hamam iki hissədən ibarətdir. İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Girişi qərb hissədəndir. == Tarixi == Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.
Adil Barmal
Ağvanlar hamamı
Ağvanlar hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Hamam Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir və təyinatı üzrə istifadə edilmir. Ağvanlar hamamının adı məhəllənin adı ilə bağlıdır. Hamamı kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Ağvanlar hamamı da Ümumdünya İrsinə daxildir.
Babrək Karmal
Bəbrək Karməl (puşt. ببرک کارمل; doğ. 6 yanvar 1929, Kamari, Kabul, Əfqanıstan — 3 dekabr 1996, Moskva, Rusiya) — Əfqanıstan dövlət və partiya xadimi. == Həyatı == Bəbrək Karməl 6 yanvar 1929-cu ildə Əfqanıstanda, Kabul yaxınlığında hərbçi ailəsində anadan olmuşdu. Bəbrək Karməl 3 dekabr 1996-cı ildə Rusiyada, Moskvada vəfat edib.
Banu Hammud
Həmmudilər və ya Bəni-Həmmud (ərəb: بنو حمود) — qısa müddət ərzində Kordova xilafətini və Malaqa və Algeciras taifalarını idarə edən Bədəvi ərəb müsəlman ailəsi. == Sülalə == Bu sülalə onların əcdadı, İdrisilər sülaləsinin banisi İdris ibn Abdullahın və Fatimə və Əlinin oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsi olan Həsənin, şərəfinə Həmmudun adlandırılmışdır. Süleyman ibn əl-Həkəm bərbər müttəfiqləri üçün Əndəlüs torpağını ələ keçirdikdə, Hammudid ailəsinin iki üzvünə Algeciras, Seuta və Tangier qubernatorluğu verildi. Beləliklə, Hammudilər Cəbəllüttariq boğazından keçən nəqliyyata nəzarəti ələ keçirdilər və birdən-birə güclü bir qüvvəyə çevrildilər. Taxtdan salınmış II Hişamın adından hərəkət etdiyini iddia edərək, Seutanın Hammudid valisi Əli ibn Həmmud əl-Nasir 1016-cı ildə Xəlifə taxtına oturduğu Kordova üzərinə yürüş etdi. 1056-cı ildə sonuncu Hammudi xəlifəsi taxtdan endirildi və əvvəllər Hammudilərin ən mühüm dəstəkçiləri olan Qranada Ziriləri Malaqanı itirdi. Sonra Hammudi ailəsi Seutada məskunlaşmağa məcbur oldu.
Burc Hammud
Burc Hammud (ərəb. برج حموﺪ‎, erm. Պուրճ Համուտ) - Livanın paytaxtı Beyrut şəhərinin inzibati vahidlərindən biri. Burc Hammud Livan ermənilərinin Livanda ən çox yaşadığı yer hesab olunur. Ermənilərin Burc Hammuda kütləvi şəkildə yerləşməsi, 1915-ci il hadisələrindən sonra baş vermişdir. Həmin dövrdə Burc Hammuda minlərlə erməni ailələri köçmüşdür. Qısa zamanda səmtdə Erməni Qriqoryan Kilsəsi açılmışdır. Livan vətəndaş müharibəsi zamanı, müharibədə aktiv iştirak etmiş Daşnaksütun partiyası və digər erməni terrorçuları, Burc Hammuddan qərargah kimi istifadə etmişdilər. 2011-ci ilə olan məlumata əsasən səmtdə 150.000 insan yaşayır. Burc Hammudda ermənilərə məxsus bir neçə orta məktəb və kilsələr fəaliyyət göstərir.
Qamma
Qamma - yunan əlifbasının üçüncü hərfi. Foton şüalanması bu hərflə işarələnir. Betadan sonra gələn hərfdir.