Şamxal, Şavkal və ya Şauxal — Dağıstanda qumuq, lak, dargi və s. hakimlərinin titulu. XII əsrin sonundan 1867-ci ilə qədər mövcud olmuşdur. Şamxal titulu Qazıqumuxda feodal əyanlarının məclisində verilir, eyni zamanda krım-şamxal (gələcək şamxal) müyyənləşdirilir. XVII əsrdən şamxalın haknmayyəti irsi idi və şamxal titulünu yalnız qumuq hakimlərn daşıyırdı. Şamxalın iqamətgahı Qazıqumux, Tərki və Buynak kəndlərində yerləşirdi.[1]