Abbasəli hamamı[3] — Abşeron rayonu Fatmayı kəndinin daxilindən keçən Cəlil Cavadov küçəsinin sağ tərəfində yerləşir.
Abbasəli hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Abşeron rayonu |
Yerləşir | Fatmayı kəndi |
Tikilmə tarixi | XIX əsr[1] |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | Baxımsız[2] |
Vikianbarda əlaqəli mediafayllar |
L hərfi formasına malik hamam iki hissədən ibarətdir. İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Girişi qərb hissədəndir.
Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.