Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnsult
İnsult — beyin qan dövranının kəskin pozulmasıdır. BQDKP-ı 2 yerə ayrılır: keçib gedən bqdkp (24 saat ərzində) insultlar. İnsultun iki tipi fərqləndirilir: işemik(80-85%) və hemorragik(15-20%). İşemik insult — qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. == Risk faktorları == Arterial hipertoniya, şəkərli diabet, ateroskleroz, UİX, səyirici aritmiya, qan xəstəlikləri, siqaret çəkmə, alkoqol qəbulu, narkomaniya, piylənmə, az hərəkətli həyat tərzi, per oral kontraseptivlərin qəbulu, qocalıq, kişi cinsi, genetik meyillik, afro-amerikan irqə mənsubluq. == Hemorragik insult == Hemorragik insult — serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bəzən intraserebral hemorragiya beyin infarktı sahəsində inkişaf edir, bu, işemik insultun hemorragik transformasiyası adlanır. Bəzən mürəkkəb insult(qarışıq) olur ki bu zaman eyni ocaqda həm işemik dəyişkənliklər,həmdə qansızmalar olur.
Hemorragik insult
Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid angiopatiyası hesab olunur.
İşemik insult
İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. == Təsnifat == === XBT-10 üzrə təsnifat === I63 Beyin infarktı I63.0 Preserebral (ekstrakranial) arteriyanın trombozu səbəbli beyin infarktı I63.1 Preserebral (ekstrakranial) arteriyanın emboliyası səbəbli beyin infarktı I63.2 Preserebral (ekstrakranial) arteriyanın dəqiqləşdirilməmiş tıxanması yaxud stenozu səbəbli beyin infarktı I63.3 Beyin arteriyalarının trombozu səbəbli beyin infarktı I63.4 Beyin arteriyalarının emboliyası səbəbli beyin infarktı I63.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanması və yaxud stenozu I63.6 Beyin venalarının qeyri-piogen trombozu səbəbli beyin infarktı I63.8 Başqa səbəbli beyin infarktı I63.9 Dəqiqləşdirilməmiş beyin infarktı I64 Qanaxma və ya infarkt kimi dəqiqləşdirilməmiş insult I65 Preserebral (ekstrakranial) arteriyaların infarkta səbəb olmayan trombozu və ya stenozu I66 Serebral arteriyalarının beyin infarktına səbəb olmayan trombozu və ya stenozu G45 Keçici (tranzitor) serebral işemik həmlə G46 Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları === Etiopatogenetik təsnifat === Etiopatogenetik cəhətdən işemik insultun 5 əsas yarımtipini fərqləndirirlər (TOAST təsnifatına görə): İri arteriyaların aterosklerozu nəticəsində baş verən insult. Kardioembolik insult. Kiçik çaplı (kalibrli) arteriyaların okklüziyası nəticəsində baş verən insult (lakunar insult), hansı ki, ən çox arterial hipertenziya nəticəsində yaranır. Digər məlum etiologiyalı insult: qeyri-aterosklerotik vaskulopatiyalar və arteriitlər – serebral damarların disseksiyası, Moya-moya xəstəliyi, fibroz-əzələ displaziyası və s., infeksion, autoimmun, dərman arteriitləri; hematolojı xəstəliklər – antifosfolipid anticisimlər sindromu, C, S proteinlərinin defisiti, antitrombin 3 defisiti, leykemiya, polisitemiya, trombositoz, trombositopenik purpura, oraqvari-hüceyrə anemiyası, miyelom xəstəliyi, Valdenstrem makroqlobulinemiyası, krioqlobulinemiya; peroral kontraseptivlərin, antifibrinolitik preparatların, K vitamininin, simpatomimetiklərin qəbulu nəticəsində; digərləri – venoz sinusların trombozu, miqren, hemodinamik insult və s. Naməlum etiologiyalı insult. == Patofiziologiya == Beyin qan axımı həcminin azalması beyin toxumasına oksigen və qlükoza daxil olmasının xeyli məhdudlaşmasına gətirib çıxarır. Qan axımının daha qabarıq şəkildə azaldığı beyin hissəsi çox tezliklə, 6-8 dəqiqə ərzində dönməz (sağalmaz) dərəcədə zədələnir ("özək" və ya işemiyanın "nüvə" zonası).
İnsest
İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə. Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur. Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Кровосмешение // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
İnsulin
İnsulin – qandakı bir çox qida maddəsi ilə yanaşı xüsusilə qlükozanın qandan qaraciyər və əzələ kimi toxumalara keçməsini tənzimləyən zülal hormonudur. Şəkərli diabet xəstəliyinin müalicəsində geniş istifadə olunur. == İnsulin dərmanının vurulduğu nahiyyələr == İnsulin dərialtına vurulur. İnsulin vurmaq üçün ən münasib nahiyyələr kürəyin altı, budun ön tərəfi, qarın divarının yan tərəfidir. Bu yerlərin dərisi yaxşı bükülür və qan damarlarını, sinirləri və sümük üstlüyünü zədələmir. İnsulinin təsiri onun vurulduğu yerdən çox aslıdır. İnsulin qarın və dərialtı sahəsinə vurulduqda onun 90 %-i asanlıqla qana sorulur və tez bir zamanda təsir göstərməyə başlayır. Buda vurulduqda onun ancaq 70 %-i qana sorulur və insulin ləng təsir göstərir. Kürəyin altına insulin vurulduqda, dozanın 30 %-i qana keçir və çox ləng təsir göstərir. == İnsulin şprisləri və xüsusiyyətləri == İnsulin vurmaq üçün işlədilən Şprislər Rusiyada və xarici ölkələrdə istehsal olunur.
İnsayt
İnsayt (ing. insight), aydınlanma — uzun müddət davam edən şüursuz zehni fəaliyyətin nəticəsi olan problemin həllinin qəfil şüurlu tapılması (bax evrika). Psixoterapiyada insayt bir insanın öz vəziyyətinin və ya probleminin səbəblərini dərk etməsinə, aydınlanma və katarsis ilə müşayiət olunmasına aiddir. İnsaytların yaranmasına insan fəaliyyətindəki dəyişiklik, eləcə də həyat stereotipləri kömək edir. Bundan əlavə, şüuru aktivləşdirmək üçün işgüzar oyunlar və beyin fırtınası kimi xüsusi texnologiyalar mövcuddur. Psixodramada insight fəal şəkildə istifadə olunur . İnsayt anlayışı geştalt psixologiyasının ayrılmaz hissəsidir. Bu termin ilk dəfə 1925-ci ildə Volfqanq Köler tərəfindən istifadə edilmişdir. Kölerin insanabənzər meymunlarla apardığı təcrübələrdə, onlara yalnız dolayı yolla həll edilə bilən problemlər təklif edildikdə, meymunların bir neçə uğursuz sınaqdan sonra aktiv hərəkətlərini dayandırdıqları və sadəcə ətrafdakı obyektlərə baxmağa başladıqları, bundan sonra tez bir zamanda düzgün həllə gələ bildikləri göstərildi. Bu konsepsiya daha sonra Karl Dunker və Maks Verteymer tərəfindən insan təfəkkürünün bir xüsusiyyəti kimi istifadə edilmişdir ki, burada həll ətraflı təhlil nəticəsində deyil, bütövün spekulyativ dərk edilməsi ilə əldə edilir.
İnstut
İnstitut müəyyən bir məqsəd üçün yaradılmış olan mütəşəkkil bir təşkilatdır. Onlar müntəzəm olaraq müəyyən bir mövzular üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılırlar. Bəzi ölkələrdə institutlar universitetlərin bir hissəsi də ola bilirlər. İnstitut sözü latınca Institute və ya institutum sözündən götürülmüşdür. Ümumiyyətlə, institutlar müəyyən mövzularda tədqiqatllar aparmaq üçün yaradılmış olan tədqiqat və ya ictimai təşkilatlardırlar (tədqiqat institutu və ya sosial institut). Onlar həmçinin də müəyyən bir peşə ilə bağlı və yaxud da peşəkar təşkilatlar da ola bilərlər.
Artemisia inculta
Artemisia inculta (lat. Artemisia inculta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Neoseiulus innuit
Neoseiulus innuit (lat. Neoseiulus innuit) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
İnsert key
İnsert key (ing. Insert key, rus. клавиша вставки, türk. İnsert tuşu) – IBM klaviaturalarında: yardımçı rəqəm klaviaturasında yerləşən (0 klavişi ilə birləşdirilib), təkmilləşdirilmiş klaviaturalarda, o cümlədən Apple klaviaturasında isə əsas klaviatura ilə yardımçı ədədi klaviatura arasındakı redaktə klavişləri dəstinə daxil olan klaviş. Təkmilləşdirilmiş klaviaturalarda o, "Insert" kimi, Apple klaviaturalarında isə "Ins" kimi nişanlanıb. Insert klavişi müxtəlif tətbiqi proqramlarda müxtəlif funksiyalar yerinə yetirir. Ancaq bir qayda olaraq o, mətnin redaktəsində "Artırma"-"Əvəzləmə" rejimlərindən birindən o birinə keçmək üçün istifadə edilir.
İnput (nom)
İnput (q.misir jnpwt — "çaqqal", yun. ὁ Κυνοπολίτης νομός) — Yuxarı Misirin XVII nomu (əyaləti). Nomun mərkəzi yun. κυνῶν πολις — "it şəhəri", (q.misir Hr-dj.) Kinopolis şəhəri olmuşdur. Həmin ərazinin totemi Qara çaqqal sayılır. Əsas tanrısı Anubisdur.
İnuit xalqı
İnuitlər və ya Kanada İnuitləri - hindu xalqlarından olan, Kanadada Arktik regionda yaşayan etnos.
İnşaat
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. == Sektorlar == Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
François-Henri Pinault
François-Henri Pinault (28 may 1962, Ren) — fransız biznesmen, lüks brend konqlomeratının prezidenti, Fransua Pinaultun oğlu və varisidir. O, 2018-ci il avqustun 18-də ailəsinin sərvətinin 30,5 milyard dollar olduğu təxmin edilən dünyanın ən varlı adamlarından biri hesab olunur. == Peşəkar həyat == O, Fransa Ali Ticarət Araşdırmaları Məktəbində, HEC Parisdə oxumuş və atasının şirkətlərində işləmək üçün biliklər əldə etmişdir. 1989-cu ildə Pinault Distribution-dan sonra France Bois Industries-in baş meneceri oldu. 1993-cü ildə xaricə işləməyə getdi (Afrika, DOM-TOM). 1997-ci ildə FNAC-ın baş direktoru təyin edilib. 2005-ci ilin mart ayında o, atasını əvəz edərək Pinault-Printemps-Redoute (PPR) prezidenti təyin edilərkən böyük bir sıçrayış etdi. 20 iyun 2007-ci ildə o, PPR qrupu tərəfindən törəmə şirkəti Sapardis vasitəsilə satın alındıqdan sonra Almaniyanın idman avadanlığı şirkəti Puma-nın idarə heyətinin sədri vəzifəsini icra etdi.
Inula
Andız (lat. Inula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Latın dilində "Inula" adlanır. Lüğəti mənası inaein — təmizləmək deməkdir. Köklərində 44% inulin vardır. Bəlğəmgətirici və sidikqovucu dərmanların hazırlanmasında, yaraların sağalmasının tezləşdirilməsində geniş istifadə olunur. Xalq təbabətində təmizləyici xüsusiyyətinə görə şəkər xəstəliyinin müalicəsində istifadə olunur. Azərbaycan florasında 13 növü geniş yayılmışdır. == Növləri == Inula acaulis Schott & Kotschy ex Boiss. Inula acuminata Royle ex DC. Inula angustifolia DC. Inula arbuscula Del.
İnput/output prosessoru
İnput/output prosessoru (en. input/output processor ~ ru. процессор ввода-вывода ~ tr. giriş/çıkış işlemcisi) – giriş və çıxış əməliyyatlarını emal etmək və bununla da mərkəzi prosessorun yükünü azaltmaq üçün işlənib hazırlanmış aparat vasitələri. Məsələn, rəqəmsal siqnal prosessoru mərkəzi prosessoru cəlb etmədən səs obrazlarının intensiv, mürəkkəb analiz və sintezini apara bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ayşə Şekibe İnsel
Ayşə Şekibe İnsel (1886, Konstantinopol – 29 mart 1970) — türk fermer, siyasətçi və Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri. == Şəxsi həyatı == Ayşə Şekibe 1886-cı ildə İstanbulda anadan olub. O, gənclik illərini İstanbulda keçirib, İstanbul Qız Peşə Məktəbində və Özəl Alman liseyində oxuyub. O 1905-ci ildə Mehmet Kemalettin bəylə evlənmiş və bu evlilikdən bir oğlu olmuşdur. Şekibe orta təhsilinə görə və oğlunun təhsili ilə əlaqədar bir müddət Almaniyada qaldığı üçün alman dilini bilirdi. O bir müddət Bursa vilayətinin İnegöl rayonunun İsaören kəndində məskunlaşıb, burada əkinçiliklə məşğul olub. Ayşe Şekibe İnsel 29 mart 1970-ci ildə vəfat etmişdir. == Siyasi karyerası == 1934-cü ildə qəbul edilmiş qanunla Türkiyədə qadınların seçki hüququ tanınmış və bununla türk qadınlarına parlamentə seçmək və seçilmək hüququ verilmişdir. Bu qanunun qəbulundan sonra, 8 fevral 1935-ci ildə keçirilmiş parlament seçkilərində Ayşe Şekibe Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən namizəd göstərilmiş və Türkiyə Böyük Millət Məclisinə deputat seçilmişdir. Bununla da o, Türkiyə tarixində ilk dəfə parlamentə daxil olan 18 qadın siyasətçidən biri oldu.
İnşaat mühəndisliyi
İnşaat mühəndisliyi — İnşaat mühəndisi ixtisası mühəndis düşüncəsinin yaradılması və eyni zamanda inşaat sahəsində təsəvvürün yaradılması yönümlüdür. İnşaat mühəndisi binalar, yollar, kondisioner, tunellər,bəndlər, körpülər, kanalizasiya və kanalizasiya sistemləri üçün genişmiqyaslı tikinti layihələri və sistemləri hazırlayır, qurur və quraşdırır. == İxtisasın təsviri == Bu ixtisasa yiyələnən mütəxəssis tikinti işləri üçün layihə hazırlayır, onların cədvəlini, sifarişini, tələb olunan əmək miqdarını təyin edir, lazımi tikinti materiallarını seçir.Planlaşdırma zamanı hansı tikinti materiallarından istifadə olunacağına qərar verən bu mütəxəssisdir.Burada o, materialın xüsusiyyətləri və keyfiyyətləri, sələflərinin və rəqiblərinin uğurlu təcrübəsinə dair biliklərə etibar edir. Layihənin yaradılmasında iştirak etməklə yanaşı, inşaat mühəndisi işçi qrupu seçimində iştirak edir və tikinti prosesinə nəzarət edir.İnşaat mühəndisliyi daim inkişafda olan sahələrdən biridir.Nəzərə alsaq ki, davamlı olaraq yeni binalar tikilir,layihələr həyata keçirilir bu zaman ixtisası da perspektivli sahələrdən biri hesab etmək olar.Uğurlu karyera üçün peşə sahibi öz üzərində davamlı olaraq çalışmalı,dil biliklərin təkmilləşdirməlidir. == İxtisasın tarixi == İnşaat fakültəsi 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmışdır. 1930-1934-cü illərdə müstəqil Memarlıq və İnşaat İnstitutu kimi fəaliyyət göstərmiş, 1934-1951-ci illərdə Azərbaycan Sənaye İnstitutunun tərkibinə daxil edilmişdir. 1951-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tərkibində,1975-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda onun tərkibində müstəqil bir fakültə kimi fəaliyyət göstərmişdir. == İş öhdəlikləri == Müəyyən edilmiş obyektdə tikinti- quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; Layihə-smeta sənədlərinin daxil ekspertizasının aparılması; Kiçik həcmli lokal smetaların tərtib olunmasının həyata keçirilməsi; Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; Tələb olunan hesabatların hazırlanması(vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir. Yüksən mərtəbəli yaşayış binalarının tikintisinə texniki rəhbərliyin həyata keçirilməsi; Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin,tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının,xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsi; Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi; İstehsalın (tikintinin), mühəndis hazırlığının, inşaat texnikasının istismarının, təmir və modernləşdirilməsinin aparılması,tikinti istehsalının təkmilləşdirilməs tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiq edilməsi; Təbii və tikinti ehtiyatlarının qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti- istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi. == Tədris olunduğu universitetlər == Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Bakı Mühəndislik Universiteti Xəzər Universiteti == İş yerləri == İnşaat mühəndisi ixtisasının bakalavr pilləsini bitirdikdən sonra ofis və sahə mühəndisi kimi işləmək mümkündür.
Inula acaulis
Inula acaulis (lat. Inula acaulis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula decurrens
Inula decurrens (lat. Inula decurrens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula eminii
Inula eminii (lat. Inula eminii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula engleriana
Inula engleriana (lat. Inula engleriana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula ensifolia
Inula ensifolia (lat. Inula ensifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula eriophora
Inula eriophora (lat. Inula eriophora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula eupatorioides
Inula eupatorioides (lat. Inula eupatorioides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula falconeri
Inula falconeri (lat. Inula falconeri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula forrestii
Inula forrestii (lat. Inula forrestii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula germanica
Inula germanica (lat. Inula germanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, 30-50 (80) sm hündürlükdə, gövdəsi düz, tinli-şırımlı, tüklü, yuxarısı sıx budaqlı, horizontal sürünən kökümsovlu bitkidir. Yarpaqları oturaq, ürəkvariuzunsov və ya uzunsov-lansetvari, kənarları bütöv, bəzən xırda diş-dişli, altdan daha sıx tüklüdür. Səbətləri çoxsaylı, 5-6 (10) mm enində, uzunsov və ya yarımkürəvari, sıx qalxanvari çiçəkqrupunda yığılmışlar. Sarğısı tüklü, xarici yarpaqları üçkünc-yumurtavari, ucubizdir. Dilcikləri əlvan sarı, çox dardır. Toxumcaları tünd mixəyi, təqribən 1,5 mm uzunluqda, çılpaq, xırda şırımlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur- Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Kolluqlarda, məşə kənarlarında və talalarında, bağlarda bitir.
Inula gimbundensis
Inula gimbundensis (lat. Inula gimbundensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula glauca
Inula glauca (lat. Inula glauca) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.