Ayşə Şekibe İnsel

Ayşə Şekibe İnsel (1886, İstanbul29 mart 1970) — türk fermer və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, TBMM-nin 5-ci çağırışında Bursa seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.[1]

Ayşə Şekibe İnsel
türk. Şekibe İnsel
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı
1 mart 1935 – 27 yanvar 1939
Seçki dairəsiBursa seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi 1886
Doğum yeri
Vəfat tarixi 29 mart 1970(1970-03-29)
Partiya
Təhsili
  • İstanbul Özəl Alman Liseyi[d],
  • İstanbul Qız Peşə Məktəbi[d]
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ayşə Şekibe İnsel 1886-cı ildə İstanbulda, Şekib bəy ilə Fatma Şefika xanımın ailəsində anadan olub.[2] O, gənclik illərini İstanbulda keçirib, İstanbul qız peşə məktəbində və İstanbul alman liseyində oxuyub.[1]

İnsel 1905-ci ildə Mehmet Kəmaləttin bəylə evlənmiş və bu evlilikdən bir oğlu olmuşdur. Onun evlilik soyadı Akkavuk olduğu üçün mənbələrdə ona bu soyad ilə də istinad edilir.[3] Şekibe orta təhsilinə görə və oğlunun təhsili ilə əlaqədar bir müddət Almaniyada qaldığı üçün alman dilini bilirdi.[2][1] 1932-ci ildə İnselin əri vəfat etmiş və o, bir müddət Bursa ilinin İnegöl ilçəsinin İsaören kəndində məskunlaşaraq burada ailələsinə məxsus fermanı idarə etmişdir.[4]

Ayşə Şekibe İnsel 29 mart 1970-ci ildə vəfat etmişdir.[1]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

1934-cü ildə qəbul edilmiş qanunla Türkiyədə qadınların seçki hüququ tanınmış və bununla da türk qadınlarına parlamentə seçmək və seçilmək hüququ verilmişdir. Bu qanunun qəbulundan sonra, 8 fevral 1935-ci ildə keçirilmiş parlament seçkilərində Ayşe Şekibe Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən namizəd göstərilmiş və 1 051 səs ilə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmişdir.[1] Bununla da o, Türkiyə tarixində ilk dəfə parlamentə daxil olan 18 qadın siyasətçidən biri olub.[1][5]

Şekibe İnsel 5-ci parlamentdə Bursa seçki dairəsinin deputatı kimi fəaliyyət göstərib. O, TBMM-nin Kənd Təsərrüfatı Əncümənində (türk. Ziraat Encümeni ) fəaliyyət göstərirdi[5] və fermer kimi iyirmi ildən artıq təcrübəyə malik olduğu üçün işlərini kənd təsərrüfatı və fermaçılıq siyasətinə yönəltmişdi. O 1935-ci ildə təqdim etdiyi hesabatda İznikin (tarixi Nikeya) turizm üçün tarixi əhəmiyyətini vurğulayıb.[1] Ayşe Şekibe parlamentdə 1939-cu il aprelin 3-dək xidmət etmişdir.[1]

  1. 1 2 3 4 5 6 7 8 Duroğlu, Sibel. Türkiye'de İlk Kadın Milletvekilleri (PDF) (Tezis) (türk). Ankara Universitetinin Sosial Elmlər İnstitutu. 2007. 77–79. 2015-02-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-31.
  2. 1 2 "Ayşe Şekibe Şekib İnsel (1886-1970)". Atatürk Ansiklopedisi (türk). 2021-05-18. 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
  3. Özdemir, Şifa Nezaket. "Bursa'nın Hanım Vekilleri" (türk). 29 Aralık 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Aralık 2022.
  4. Sarısaman, Sadık. Yavaş, Doğan; Sevim, Sezai (redaktorlar ). "Uluslararası İnegöl Tarihi ve Kültürü Sempozyumu Ekim 2016 Bildiri Kitabı Cilt 2" (türk). Ekim 2016. 18 Aralık 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Aralık 2022.
  5. 1 2 Şahin, Cemile. Türk parlamentosundakı kadın milletvekilleri (1935-2007) (Tezis) (türk). Ərzurum: Atatürk Universitetinin Sosial Elmlər İnstitutu. 2010. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.