Hemorragik insult

Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid angiopatiyası hesab olunur.[2]

Beyin qansızması
XBT-10 I60.0, I62, S06
XBT-9 430, 432, 850, 854
XBT-9-KM 432.9[1]
DiseasesDB 6870
MedlinePlus 000796
MeSH D020300
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  2. "Kliniki nevrologiya , 2-ci hissə , Bakı-2009" (PDF). 2021-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-10-02.