Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İstedad
İstedad — insanın müəyyən bir fəaliyyət sahəsində təzahür edən təbii (fitri) qabiliyyəti. == Terminin mənşəyi == Qərb dillərində istedad mənası verən talant sözü yunan ölçü sistemində ən yüksək çəki vahidi olan " talant " çəki vahidindən gəlir. Əhdi-Cədid “ İstedadlar haqqında məsəl ”i ehtiva edir, burada saxlanmaq üçün ağalarından talantlarla gümüş alan üç quldan bəhs edilir. Birinci və ikinci qullar onlardan istifadə edib çoxaldırdılar. Üçüncüsü isə talantını torpağa basdırdı və heç bir gəlir gətirmədi. “ İstedadın torpağa basdırılması” ifadəsi buradan gəlir. == Ümumi məlumat == İstedad insana müəyyən bir fəaliyyəti uğurla, müstəqil və ilkin olaraq yerinə yetirmək imkanı verən qabiliyyətlərin yüksək inkişaf səviyyəsini müəyyən edir. Qabiliyyətlərin bu kombinasiyası bizə öz yeniliyi, yüksək performans səviyyəsi və sosial əhəmiyyəti ilə seçilən fəaliyyət məhsulunu əldə etməyə imkan verir. İstedadın ilk əlamətləri artıq uşaqlıqda görünə bilər, lakin istedad sonradan da görünə bilər. İstedad musiqi, ədəbiyyat, təbiət elmləri, texnika, idman sahəsində insan fəaliyyətinin müxtəlif sahələrində, təşkilati-pedaqoji fəaliyyətdə, müxtəlif istehsal növlərində özünü göstərə bilər.
Astabad
Astabad — Naxçıvan şəhərindən 12 km cənub – şərqdə, Araz çayının sahilində yerləşən orta əsr şəhəri. Məşhur Azərbaycan filosof və şairi Fəzlullah Astabadi Nəiminin doğulduğu və yaşadığı şəhər. == Tarixi == Şəhərin xarabalığı indiki Təzəkəndin yaxınlığındadır. Astabad şəhərinin adına XIV əsrdən başlayaraq mənbələr və rəsmi sənədlərdə təsadüf edilməkdədir. XVIII – XIX əsrlərdə isə şəhərin adı tədricən unudulmuş, bəzən isə yaxınlığındakı monastırın adı ilə Qızılvəng adlandırılmışdır. 1895-ci ildə Astabadda gildən yüksək hazırlanmış kişi heykəlləri tapılmışdır. 1926-cı ilə qədim qəbirsanlıqdakı arxeoloji qazıntılar zamanı Tunc dövrünə aid nəfis boyalı qablar, silahlar və üzərində insan təsviri olan daş aşkar olunmuşdur. Orta əsrlərdə Astabad hürufiliyin əsas mərkəzlərindən biri olmuşdur. Tədqiqatçılar həmin hərəkatın banisi və rəhbəri Fəzlullah Nəimi Astabadinin (1339–1394) də bu şəhərdə doğulduğunu və yaşadığını qeyd edirlər. Nəimi doğma şəhərinin şərəfinə "Astabadi" təxəllüsünü götürmüşdür.
Astabad nekropolu
Astabad nekropolu — Naxçıvanda, Astabad yaxınlığında orta əsrlərə aid qəbiristanlıq. == Haqqında == Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç formasında abidələr olmuşdur. Baş daşlarının əksəriyyəti düşmüş və dağılmışdır; bəzilərinin üzərində ərəb qrafikası ilə kitabə saxlanmışdır. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi ilə əlaqədar nekropol su altında qalmışdır.
Esteban Okon
Esteban Okonfr. Esteban Ocon; doğ. 17 sentyabr 1996 Normandiya, Fransa) — fransız avtopilotu. 2015-ci ildə GP3 yarış seriyasının qalibi. == Həyatı == Esteban Okon öz yarış karyerasına 2006-cı ildə başlayıb. Həmin səkkizinci yeri tutmuşdu.2007-cı ildə birinci yerə sahibləndi. 2008-ci ildə Esteban Cadet klassında Fransa çempionu olmuşdu.
Esteban Yaffar
Esteban Yaffar (28 oktyabr 1993) — Boliviyalı peşəkar kişi BMX velosipedçisi. Esteban Yaffar Boliviyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Esteban Yaffar 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 35.078 saniyəlik nəticəsi ilə 80-ci yeri tutdu.
Çarpaz istinad
Çarpaz istinad (ing. cross-reference, XREF) – 1. Proqramda dəyişənlərə müraciətin baş verdiyi yerlərə istinadlar. Translyasiya, assemblerləmə və bağlama (LINK) prosesində çarpaz istinadlar cədvəli (CROSS-REFERENCE TABLE) yaradılır ki, onun köməyilə sazlayıcı (DEBUGGER) proqramı simvollu şəkildə sazlamağa imkan verir (hər bir identifikatorun cədvəldə tipi, ünvanı, təyin edilmə yeri və istifadə yerlərinin siyahısı verilir). 2. Mətn prosessorlarında: hər hansı məsələnin müzakirəsi ilə bağlı sənədin içindəkilərə istinad etmək üçün kod sözü. Oxucunun rahatlığı üçün tətbiq olunur. Elektron sənədlərdə çarpaz istinadlar çox zaman hiperistinadlarla əvəz olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İstinad dizaynı
İstinad dizaynı başqalarının kopyalaması üçün nəzərdə tutulmuş sistemin texniki planına aiddir. O, sistemin əsas elementlərini ehtiva edir; lakin, üçüncü tərəflər tələb olunduqda dizaynı təkmilləşdirə və ya dəyişdirə bilər. Kompüter dizaynlarını müzakirə edərkən, konsepsiya ümumiyyətlə istinad platforması kimi tanınır. Referans dizaynın əsas məqsədi şirkətlərə ən son texnologiyalardan istifadə edərək gələcək nəsil məhsulların hazırlanmasında dəstək olmaqdır.İstinad məhsulu platforma konsepsiyasının sübutudur və adətən xüsusi proqramlar üçün nəzərdə tutulub.İstinad dizayn paketləri,müştərilərin inteqrasiya layihəsində xərclərin azaldılması və riskin azaldılması ilə bazara sürətli çıxış imkanı verir. İstinad dizaynları üçün üstünlük təşkil edən müştərilər OEM-lər olduğundan, bir çox istinad dizaynları texnologiya komponenti təchizatçıları tərəfindən, istər aparat, istərsə də proqram təminatı, məhsullarının OEM-in məhsuluna çevrilmə ehtimalını artırmaq və onlara rəqabət üstünlüyü vermək vasitəsi kimi yaradılır.
Bartolome Esteban Murillo
Bartolome Esteban Murillo (isp. Bartolomé Esteban Murillo; dekabr 1617, Sevilya – 3 aprel 1682[…], Sevilya və ya Kadis, Əndəlüs) — məşhur İspaniya rəssamı, Seviliya məktəbinin banisi. == Həyatı == Bartolome Esteban Murillo ispan rəssamlarının parlaq şəxslərindən idi. 1660-cı ildə Seviliya Rəssamlıq Akademiyasının yaradıcılarından biri olmuşdu.
İslam Dünya Elmi İstinad Mərkəzi
İslam Dünyasının Elmi İstinad Mərkəzi (az. İDEİM - ing. ISC) — İslam dünyası ölkələrinin akademik, elmi təsisatlarının nəşrlərini, elmi əsər, elmi jurnal və dərgilərini etibarlı elmmetrik meyarlara əsaslanaraq təhlil edən mərkəzdir. 2008-ci ildə professor Cəfər Mehradın rəhbərliyi ilə formalaşmışdır. Bu elmi mərkəzin baş ofisi İranın Şiraz şəhərində yerləşir. Mərkəz sitat araşdırmaları sahəsində 60 illik təcrübəyə malik olan ABŞ-dən, həmçinin Hollandiyadan sonra üçüncü dünya istinad sistemini qurmuşdur. == Tarixi == İslam Ölkələri Təhsil Nazirlərinin 2008-ci ilin oktyabrında Azərbaycan Respublikasının paytaxtı Bakıda keçirilən IV iclasında İDEİM təsdiq edildi.
İstəhban
İstəhban- İranın Fars ostanının şəhərlərindən və İstəhban şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 33,101 nəfər və 8,714 ailədən ibarət idi.
İstəhban şəhristanı
İstəhban şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi İstəhban şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 66,391 nəfər və 16,606 ailədən ibarət idi.