İslam Dünyasının Elmi İstinad Mərkəzi (az. İDEİM - ing. ISC) — İslam dünyası ölkələrinin akademik, elmi təsisatlarının nəşrlərini, elmi əsər, elmi jurnal və dərgilərini etibarlı elmmetrik meyarlara əsaslanaraq təhlil edən mərkəzdir. 2008-ci ildə professor Cəfər Mehradın rəhbərliyi ilə formalaşmışdır.[1] Bu elmi mərkəzin baş ofisi İranın Şiraz şəhərində yerləşir.[2] Mərkəz sitat araşdırmaları sahəsində 60 illik təcrübəyə malik olan ABŞ-dən, həmçinin Hollandiyadan sonra üçüncü dünya istinad sistemini qurmuşdur.
İslam Dünya Elmi İstinad Mərkəzi | |
---|---|
URL | isc.ac/en |
Tipi | Elmmetriya |
İslam Ölkələri Təhsil Nazirlərinin 2008-ci ilin oktyabrında Azərbaycan Respublikasının paytaxtı Bakıda keçirilən IV iclasında İDEİM təsdiq edildi.