Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Ulduz" jurnalı
"Ulduz" jurnalı — Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri. == Haqqında == 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Baş redaktoru Qulu Ağsəsdir. Nəsr və poeziya şöbəsinin redaktoru Vüsal Nuru Dizayneri Təhmasib Mehdiyev 1967-ci ildən nəşr olunur. Tirajı 300 nüsxədir.
Arı jurnalı
"Arı" jurnalı (az-əbcəd. آری‎) — 1910–1911-ci illərdə çap olunmuş ictimai, siyasi və satirik jurnal. == Tarixi == "Mirat"dan sonra "Arı" jurnalı fəaliyyətə başladı. Jurnalın ilk nömrəsi 1910-cu il dekabr ayının 18-də çıxmışdır. Redaktoru Dadaş Bünyadzadə, naşiri Əliməmməd Əliyev idi. Jurnalın başlığı altında yazılırdı: Özündən əvvəlki satirik jurnallardan fərqli olaraq, formatında dəyişiklik edən "Arı" karikaturasız nəşr olunurdu və formatı o biri satirik jurnallara nisbətən kiçik idi. "Arı" jurnalının məsləki" sərlövhəli baş məqalədə bu mətbu orqan özünün başlıca məqsəd və məramını oxuculara təqdim edir, dövrün ictimai-siyasi hadisələrinə qiymət verir, maarifin, mədəniyyətin inkişafının vacibliyini göstərirdi. Mətbuata marağın artdığını bildirən jurnal eyni zamanda qeyd edirdi ki, mətbuat orqanlarımızın bəziləri abunəçilərin azlıqından və ya maliyyənin kasadlığından, bəziləri isə hökumət tərəfindən bağlanır. İslami dəyərlərə yüksək qiymət verən "Arı" bir sıra mətbu orqanlara "Təkamül", "Yoldaş" qəzetinə, "Molla Nəsrəddin", "Bəhlul" və " Zənbur" jurnallarına öz müsbət münasibətini bildirir, bu nəşrlərin çapını yüksək qiymətləndirirdi. == Fəaliyyəti == Baş məqalədə qabaqcıl dünyagörüşü ifadə edilsə də, bəzi məsələlərə islamçılıq nöqteyi-nəzərindən qiymət verilirdi.
Audit jurnalı
Audit jurnalı − sistemin subyektlərinin fəaliyyəti barəsində xronoloji nizamlanmış yazıların son nəticənin təftişi məqsədilə əməliyyatların, prosedurların yerinə yetirilməsinə və ya tranzaksiyalar zamanı hadisələrin baş verməsinə səbəb olan və ya şərait yaradan hərəkətlər ardıcıllığının bərpası, baxılması və analizi üçün yetərli olan verilənlər. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Azərbaycan jurnalı
Azərbaycan — Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı. == Haqqında == "Azərbaycan" jurnalının ilk nömrəsi 1923-cü il yanvar ayının 28-də işıq üzü görüb. O vaxt jurnal "İnqilab və mədəniyyət" adı altında nəşr edilib. Əsas məqsədi Azərbaycan ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin mənzərəsini əks etdirmək, çağdaş dünya ədəbiyyatı və mədəniyyətində gedən proseslərin, mövcud cərəyan və təmayüllərin milli düşüncədə təzahürünü, eyni zamanda qloballaşma şəraitində ədəbiyyat və mədəniyyətimizin milli istiqamətlərinin qorunmasını təmin etməkdir. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. 27 yanvar 2003-cü ildə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə jurnalın əməkdaşları Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunmuşlar. == Jurnalın şöbələri == Poeziya, nəsr, tənqid və ədəbiyyatşünaslıq, publisistika. == Müxtəlif illərdə jurnal aşağıdakı adlarla çıxıb == "Maarif və mədəniyyət — 1923–1927-ci illərdə "İnqilab və mədəniyyət" — 1928–1936-cı illərdə "Revolyusiya və kultura" — 1936–1941-ci illərdə "Vətən uğrunda" — 1941–1946-cı illərdə "İnqilab və mədəniyyət" — 1946–1952-ci illərdə "Azərbaycan" — 1953-cü ildən bu günə kimi == Baş redaktorları == Tağı Şahbazi Simurq — 1923 Cəlil Məmmədzadə — 1924–1926 Ruhulla Axundov — 1927–1928 Mustafa Quliyev — 1929–1932 Museyib Şahbazov — 1932–1933 Hacıbaba Nəzərli — 1934 Məmməd Kazım Ələkbərli — 1934–1936 Mirzə İbrahimov — 1938–1941 Məmməd Arif — 1942–1945 Mehdi Hüseyn — 1946–1950; 1954 Əbülhəsən — 1952–1953 Əli Vəliyev — 1954; 1958–1959 Əhməd Cəmil — 1959–1960 Qılman Musayev — 1963–1966 Cəlal Məmmədov — 1966–1975 İsmayıl Şıxlı — 1976–1978 Əkrəm Əylisli — 1978–1983 Cabir Novruz — 1984–1987 Yusif Səmədoğlu — 1987–1997 İntiqam Qasımzadə — 1997 -dən bu günə kimi.
Füyuzat jurnalı
"Füyuzat" — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir. "Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
Göyqurşağı jurnalı
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan “Göyqurşağı” Uşaq Jurnalı 2006-cı ilin oktyabr ayına kimi “Körpəm” adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. “Göyqurşağı” Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.
Göyərçin jurnalı
Göyərçin jurnalı - 1958-ci ildə nəşr olunmağa başlanıb. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Azərbaycan xalqının ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər. "Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, Azərbaycan xalqının igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur.
Hesabat jurnalı
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. == Tarixi == Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
Kirpi jurnalı
"Kirpi" (jurnal) — Azərbaycanda nəşr olunan satirik karikatura jurnalı. == Məlumat == "Kirpi" satirik jurnalı 1952-ci ildən çıxır. "Molla Nəsrəddin" ənənələrini davam etdirmək, cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tutması "Kirpi"nin əsas iş prinsipi olub. Jurnal uzun illər rüşvətxorların, el malını dağıdanların, mədəniyyətimizə biganə qalanların və s. ifşa edilməsi üçün qətiyyətlə mübarizə aparmışdır. == Redaktorlar == Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Fərzəliyev, Eyvaz Borçalı və Polad Qasımov ardıcıllıqla "Kirpi" jurnalına redaktorluq etmişlər. == Əməkdaşlar == Cəsarətli yazıları ilə oxucuların rəğbətini qazanmış S.Vurğun, S.Rüstəm, S.Rəhimov, Ə.Vəliyev, İ.Şıxlı, Ə.Vahid, N.Arif jurnalla yaxından əməkdaşlıq etmişlər. == Rəssamlar == Jurnalın əsas rəssamları: baş rəssam Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Ümid Hüseynov, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Rizvan Quliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr Şandin, Arif Ələsgərov, Eduard Abdullayev, Ələkbər Zeynalov, Adil Elçin, Hafiz Nəsiroğlu, Vəfa Allahyarova. 1952-ci ildə "Kirpi" satirik jurnalının nəşrə başlanması dövrün, zamanın tələbi idi. "Kirpi" jurnalının nəşrə başlanması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir.
Ləklək jurnalı
"Lək-lək" jurnalı (az-əbcəd. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Metafizika jurnalı
Metafizika (ing. Metafizika international journal of philosophy and interdisciplinary studies) — Azərbaycan Respublikasında çap olunan beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı. Azərbaycan və dünya fəlsəfəsi, tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti və sair elm sahələri ilə bağlı elmi məqalələr oxuculara təqdim edir. "Metafizika" jurnalı "AcademyGate Publishing" (ISNI: 0000000514175052) nəşriyyatının nəşri kimi nəşr olunmağa başlamışdır. == Jurnal barədə məlumat == Metafizika jurnalı 2017-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 4144 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında "Fəlsəfə və interdisiplinar" elmlər sahəsində beynəlxalq fəlsəfi və fənlərarası elmi jurnaldır. Metafizika jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalda Azərbaycan, türk, rus, ingilis, fars və ərəb dillərində bütün məqalələr ekspertlər tərəfindən müsbət rəy alarsa, qəbul və çap olunur. "Metafizika" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə Fəlsəfə və Sosiologiya elmləri, Siyasi elmlər və Pedaqogika üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Metafizika Jurnalı öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları, öz əsasnaməsi və beynəlxalq standartların tələblərinə əsasən təşkil edib.
Monitor jurnalı
Monitor (rus. Монитор) — Həftəlik ictimai-siyasi jurnal (rus dilində). 2000-ci ildə yaradılıb. (2005-ci ildə çapını dayandırıb). Baş redaktoru Elmar Hüseynov idi. == Tarixi == “Monitor” jurnalı Rus dilində həftəlik ictimai-siyasi jurnal olub, 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.
Naxçıvan jurnalı
Naxçıvan (jurnalı) — ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalı == Haqqında == İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalında Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial, ədəbi-mədəni, elmi həyatını əks etdirən materiallar dərc edilir. Heydər Əliyevə həsr edilmiş ilk nömrəsi 1998-ci ildə çap olunmuşdur. Yüksək poliqrafik səviyyədə nəşr edilən “Naxçıvan” jurnalında zəngin rəngli illüstrasiyalar verilmişdir. Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisidir.
Qobustan jurnalı
"Qobustan" — 1969-cu ildən Bakıda nəşr edilən rüblük incəsənət toplusu. İncəsənət almanaxının davamıdır. İlk baş redaktoru xalq yazıçısı Anar olmuşdur. İldə dörd dəfə çıxan toplunun indiyəcən 132 sayı işıq üzü görmüşdür. Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala xalq şairi Fikrət Qoca rəhbərlik etmişdir (1989-2004). 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru Ələkbər Salahzadə olmuşdur. 2013-cü ildən jurnalın baş redaktoru Vaqif Əlixanlıdır. 2 İyul 2021-ci ildə jurnalın baş redaktorluğu yazıçı Pərvin Nurəliyevaya həvalə olunmuşdur. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. "Qobustan" öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırır.
Soy jurnalı
Soy — müstəqil aylıq tarixii-etnoqrafik jurnal. == Haqqında == Tiraj: 300 nüsxə Soy-kök problemlərindən, geneologiyadan, etnoqrafiyadan, tarixdən bəhs olunur. Redaksiya heyəti tam mütəxəssislərdən təşkil olunub. "Soy" jurnalı 16.09.2003-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi: 526 == Jurnalın heyəti == Baş redaktoru: Ənvər Çingizoğlu Elmi məsləhətçi Bəhram Məmmədli Məsul katib: Savalan Fərəcov Fotoqraf-redaktor: Erkin Əzimzadə === Redaksiya heyəti === Nərgiz Quliyeva, Ədalət Tahirzadə, Vasif Quliyev, Tarıyel Məmmmədov, Nazim Əlifov, Natiq Qubadoğlu, Məmmduh Yağmur (Türkiyə), Böyük Mollayi (İran), Eldar İsmayılov (Rusiya), Aydın Ziyadlı (İsveç). == Rubrikaları == "Genealogiya oçerkləri" — nəsillər haqqında məlumat verir. "Türk elləri" — el, oymaq və tayfalar haqqında danışılır. "Ünlülər" — məşhur şəxslər haqqında məlumat verir. "Soylularımızın portreti" — soylular haqqında oçerklər. "Etnoqrafik etüdlər" —etnoqrafik məlumatlar.
Taym jurnalı
Taym jurnalı (ing. Time) — həftəlik informasiya jurnalı. "Taym" dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biridir. Jurnal, öz reklam kampaniyalarında adının "The International Magazine of Events" (Hadisələrin Beynəlxalq Jurnalı) ifadəsinin qısaltması olduğunu ifadə edir. ABŞ-də yerləşən jurnalın Avropa distributivi Taym Avropa (Time Europe), əvvəlki adı ilə Taym Atlantik (Time Atlantic), şirkətinə məxsusdur və Londonda dərc olunur. Taym Avropa Orta Şərq, Afrika və Latın Amerikasını da əhatə edir. Həmçinin, Asiya, Kanada və Okeaniya distributivi də vardır. Taym jurnalı 1923-cü ildə Brayton Heden və Henri Lyus tərəfindən ABŞ-nin ilk həftəlik xəbər jurnalı olaraq yaradılmışdır. Hazırda jurnalın həftəlik tirajı 4 milyondan artıqdır.
Ulduz jurnalı
"Ulduz" jurnalı — Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri. == Haqqında == 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Baş redaktoru Qulu Ağsəsdir. Nəsr və poeziya şöbəsinin redaktoru Vüsal Nuru Dizayneri Təhmasib Mehdiyev 1967-ci ildən nəşr olunur. Tirajı 300 nüsxədir.
Ustad jurnalı
Ustad jurnalı — aylıq ədəbiyyat və sənət jurnalıdır. == Tarix və format == “Ustad” jurnalı 2016-cı ilin yanvar ayının 17-də “Hədəf Nəşrləri MMC” tərəfindən təsis olunub və elə həmin ilin fevral ayında ilk buraxılışı işıq üzü görüb.Ustad Dərgisi 1-ci say “Ustad” jurnalı 24 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasından qeydiyyatdan keçib. == Məzmun == “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir. Jurnal öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik prinsipləri əsasında qurur. Dərgidə “Poeziya”, “Hekayələr”, “Tərcümə”, “Araşdırma”, “Esselər” kimi rubrikalar var. Bu rubrikaların bəzisi daimi, bəzisi də nömrədən-nömrəyə yenilənir. “Ustad”da yerli müəlliflərlə yanaşı, xarici müəlliflərin də yazılarına yer verilir. == Keçirilən müsabiqələr == “Ustad” jurnalının 2018-ci ilin may ayında keçirdiyi “Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi 19 may 2018-ci ildə keçirilib. “Ustad” jurnalı məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması məqsədilə 2019-cu ilin fevral ayında “Üst Ad” adlı uşaq yazıları müsabiqəsi elan edib. “Üst Ad” müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel 2019-cu ildə keçirilib.
Varlıq jurnalı
Varlıq — 15 iyul 1933-cü ildə Yaşar Nabi Nayır tərəfindən nəşr olunan aylıq sənət və ədəbiyyat jurnalı (ilk sayında sahibi Səbri Esat Siyavuşgil çıxdı). İlk yaşlarında Qərb ədəbiyyatının və şeirlərinin tərcümələri ilə tanınan, Türkcəni öz anlayışı ilə tanıdan Varlıq, fasiləsiz nəşr olunmaqla bu günə qədər yaşamışdır. "Heç bir şeydən yaratma" səyindən ilham alan ad sahibi Yaşar Nabi Nayır tərəfindən nəşr olundu və bir çox məşhur yazıçı və türk ədəbiyyatının şairlərinin ilk əsərləri nəşr olundu. == Jurnalın yazıçıları == Melih Cevdet Anday, Cahit Sitki Taranci Orxan Vəli Bedri Rəhmi Eyuboğlu Necati Cumali Tarik Dursun Ece Ayhan Attila İlhan Yaşar Kamal Aziz Nesin Semih Poroy Tomris Uyar Jurnalın ilk nömrələrinə Yeddi məşəlin şeirləri daxil idi. Qəribələr ilk dəfə Varlıq jurnalının səhifələrində göründü; Varlıqda qəribə bir manifest nəşr olundu. Jurnalda Kənd İnstitutunun yazıçıları, xüsusən də Mahmud Makalın hekayələri yer aldı. Varlıq jurnalında yazmaqla Respublika dövrü yazıçılarının çoxu tanınıb. Əvvəlcə Ankarada nəşr olunan jurnal 1946-cı ildən bu yana İstanbulda nəşr olunur. Yaşar Nabi'nin ölümündən sonra qızı Filiz Nayır Deniztekin jurnal rəhbərliyini əlinə aldı.Jurnal, Eurozine, Avropa Mədəni Jurnalı Şəbəkəsinin üzvüdür. == Tarixi == === İlk illəri === 15 iyul 1933-cü ildə Ankarada hər 15 gündə bir nəşr üçün təsis edilmişdir.
Zənbur jurnalı
"Zənbur" jurnalı (ərəb. زنبور‎ — arı) — 1909–1910-cu illərdə Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai satirik jurnal. == Haqqında == "Zənbur" türkcə müsəvvir həftəlik məzhəkə məcmuəsi idi. Jurnal "Molla Nəsrəddin" jurnalının satira ənənələrindən bəhrələnirdi. Jurnalın ilk nömrəsi 1909-cü il martın 13-də cümə günü işıq üzü görüb. "Zənbur"un sahibi və naşiri həkim, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, birinci ildə 21-ci nömrəyədək məsul müdiri isə Rza bəy Səlimxanov olmuşdur. Jurnala ilin yarısında 22-ci nömrədən sonra Əzim Əzimzadə müdirlik etmişdir. O, həmçinin jurnalın əsas rəssamı idi. Birinci il "Zənbur" 42 nömrə nəşr edilmişdir. İkinci ildə birinci nömrədən etibarən "Zənbur"un müdiri Murtuza bəy Palavandov, naşiri isə həkim Əbdülxalıq Axundov olmuşdur.
İşıq jurnalı
İşıq (jurnal) — Azərbaycan milli mətbuatında ilk maarifçi qadın jurnalı. == Jurnalın yarandığı dövrdə ictimai vəziyyət == XIX əsrin 70-ci illərindən yaranmış olan Azərbaycan milli mətbuatı sonrakı dövr ərzində inkişaf etmiş və milli mətbuat xalqın ictimai-siyasi , mədəni-ideoloji həyatının mühüm tərkib hissəsi olmaqda davam etmişdi.Xüsusilə XX əsrin əvvəllərindən, ictimai şüurun inkişafı nəticəsində qadın mətbuatının yaranması, qadın söz azadlığına şərait yaradılması üçün ictimai proseslər inkişaf etmişdi. XX əsrin əvvəlləri Azərbaycan milli mətbuatında qadınların öz hüquqları uğrunda mübarizə aparmağa başladığı dövrdür.Bu dövrdə əsas rol oynamış maarifçi xanımlar Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar idi. Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, Xədicə xanım Əlibəyova, Əminə xanım Əfəndiyeva, Şərqiyyə xanım Axundova, Səkinə xanım Axundova, Səltənət xanım Əmircanova, Rəhilə xanım Hacıbababəyova, Qəribsultan xanım Xanlarova və Ayşə xanım Hacıqasımova kimi maarifçi xanımların əsasə məramı təhsil almaq istəyən müsəlman qızların təhsil almasına şərait yaradılması idi. Maarifçilik ideyalarının cəmiyyət arasında artdığı dövrdə, İlk qadın xeyriyyəçilik-qəyyumluq ittifaqını istedadlı pedaqoqlarMəryəm Bayraməlibəyova və Rəfiqə Əzimzadə təşkil edə bildi. 1905-ci ildə Bakıda Əminə xanım Batrişina əmək fəaliyyətinə başladı. O, Rusiya müsəlman qadınları arasında ilk diplom əldə edən həkim idi. 1908-ci ildə Sona xanım Rəhimova-Vəlixan Peterbuqda qadın tibb institutunu bitirən ilk azərbaycanlı qadın kimi tarixdə qaldı. == Jurnalın yaranması == Jurnalın məramı qadınlar arasında maarifçiliyi yaymaq, müsəlman qızların təhsil almasına şərait yaratmaq, savadsızlığı aradan qaldırmaq idi. 1911-ci il yanvarın 11-dən,1912-ci ilin sonuna kimi nəşr olunmuşdur 68 sayı işıq üzü görmüşdür.
"Wall Street" Jurnalı
The Wall Street Journal — Nyu-Yorkda yerləşən ABŞ mərkəzli biznes yönümlü ingiliscə beynəlxalq qəzetdir. Qəzet Asiya və Avropa əlavələri ilə birlikdə, Nyus Qrupun bir bölməsi olan Dov Cons&Company tərəfindən həftədə altı dəfə yayınlanmaqdadır. Qəzet internət səhifəsi formatında da yayınlanmaqdadır. Qəzet 8 iyul 1889-cu ildə Çarlz Dov, Edvard Cons və Çarlz Bərqstresser tərəfindən qurulduğu gündən bu vaxta qədər daimi nəşr olunmuşdur. The Wall Street Journal, Amerika Birləşmiş Ştatlarının ən böyük qəzetlərindən biridir. Nyus Qrupa görə, Fond Birja komissiyasının iyul 2017 10-K sənədləşməsində 2.227 milyon nəşri olduğu müəyyən edildi. 2017-ci ilə qədər 37 Pulitzer mükafatı qazanmış qəzet adını Aşağı Manhettinin maliyyə bölgəsi olan Vall Stritdən alır. Dərgi həm də əslində üç ayda bir nəşr olunurdu. 2014-cü ilədək 12-ə qədər lüks və yaşam yönümlü tirajı olan dərgilərini WSJ təqdim etdi. Qəzet 1996-cı ildən online versiyada da xidmət edir.
Azerbaijan International jurnalı
Azerbaijan İnternational — Jurnalın hər nömrəsi incəsənət, musiqi, ədəbiyyat, folklor, arxitektura, arxeologiya, sağlamlıq, ətraf mühit, beynəlxalq əlaqələr, biznes, dəb və adətlər kimi sosial məsələlərlə bağlı müəyyən bir mövzuya həsr edilmiş təxminən 100 səhifədən ibarətdir. Jurnalın hədəf auditoriyası biznes, diplomatiya və akademik sahələrdəki beynəlxalq oxuculardır. Lakin jurnalda azərbaycanlıların özləri üçün də yeni olan mövzular və məsələlər araşdırılaraq təqdim edilir, məsələn Reza Degati adlı jurnalistin Parisdən gizli yolla Azərbaycana girərək 1990-cı ilin yanvarında sovet qoşunlarının küçədəki mülki əhaliyə hücum etməsi ilə müşayiət olunan faciəli gecənin şəkillərini çəkib dünyaya çatdırmağa müvəffəq olması hekayəsi. == Nadir buraxılışları == Jurnalda çap edilən digər nadir məqalələrə Misirdə, Sinay dağında professor Zaza Aleksidze tərəfindən Qafqaz Albaniyası əlifbasının (qədim udi əlifbası) tapılması və oxunması, Sufi Həmid qəbiristanlığı və Qız qalasının qış gündönümü günü ilə əlaqəsi ilə bağlı məqalələr daxildir. Azərbaycan ədəbiyyatına həsr edilmiş jurnal buraxılışlarının sayı beşdir – 1996, 1999, 2004, 2006, 2011-ci illərin yaz buraxılışları. Jurnalın Stalin repressiyalarına həsr edilmiş buraxılışından əvvəl Azərbaycanda bu mövzu ilə bağlı materiallar heç vaxt ingilis dilində çap edilməmişdi. Bu materialları Azərbaycan dilində tapmaq da olduqca çətindir. == "Əli və Nino" ilə bağlı tədqiqat == "Azərbaycan İnternəşnl" jurnalının üç cildlik 2011-ci il nömrəsi (c. 15:2-4) ilk dəfə 1937-ci ildə Avstriyada E.P. Tal nəşriyyatı tərəfindən "Qurban Səid" təxəllüsü altında çap edilmiş "Əli və Nino" romanının müəllifi ilə bağlı gizli məqamların araşdırılmasına həsr edilmişdir. Jurnalın həmin nömrəsi belə adlanır: "Azərbaycanın ən məşhur romanı "Əli və Nino"nu kim yazıb?
Azərbaycan tibb jurnalı
Azərbaycan tibb jurnalı — Azərbaycan SSR-də aylıq elmi jurnal. Azərbaycan SSR Səhiyyə Nazirliyinin orqanı. == Tarixi == 1923-cü ildən Bakıda nəşr edilmişdir. 1941–1955-ci illərdə nəşri müvəqqəti dayandırılmışdır. İlk adı "Nəzəri və praktiki tibb arxivi" olmuş, 1924-cü ildə "Nəzəri və praktiki tibb jurnalı", 1925-ci ildə "Bakı tibb jurnalı" adlandırılmışdır. 1928-ci ildən "Azərbaycan tibb jurnalı" adı ilə nəşr edilir. Jurnalda Azərbaycan və rus dillərində tibb nəzəriyyəsi və praktikasında, yeni müalicə üsullarının tətbiqinə, təcrübə mübadiləsinə, tibb tarixinə, səhiyyə işlərinin təşkilinə, tibb terminologiyasının yaradılması və təkmilləşdirilməsinə və s. məsələlərə dair məqalələr dərc olunurdu. 1976-cı ildə tirajı 9,5 minə yaxın olmuşdur.
Azərbaycanın vergi jurnalı
"Azərbaycanın vergi jurnalı" (əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri") — Azərbaycanda nəşr olunan jurnal. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin resenziyalı elmi nəşri. == Təsis və qeydiyyat == İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olmuşdur. Jurnal həmin adla 1 iyul 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş və 510 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır. Jurnal beynəlxalq ISSN (azərb. Beynəlxalq Standart Seriya Nömrəsi‎) mərkəzində 2305-462X nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir. 2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir. == Məzmun == Jurnal müstəqil, resenziyalı elmi nəşrdir. Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.