Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üzümçülük
Üzümçülük — yeni üzümçülük təsərrüfatlarının yaradılması, əhalinin üzümə və şəraba olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən üzüm ağaclarından qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Üzüm insan üçün çox faydalı olan və nisbətən az zəhmət tələb edən giləli meyvələr içərisində əsas yerlərdən birini tutur. Uzum tənəyi quraqlığa lazımı qədər davamlı olub, qüvvəli torpağa o qədər də tələbkar deyil. Üzüm cox su tələb etməyən və hətta dəmyə şəraitində yetişdirilməsi mumkun olan bir bitkidir.
Kürçülü
Kürçülü (əvvəlki adı: Kürd Çullu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsi tərkibindəki Kürd Çullu kəndi Kürçülü kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Kürçülü kəndi Kürkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kürçülü kənd inzibati ərazi vahidi yaradılmışdır.
Azərbaycanda gülçülük
Azərbaycanda gülçülük — Azərbaycan Respublikasında kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri. == Tarixi == Sovet dövründə – XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdır. Sovet İttifaqı dağılanda sonra gülçülük təsərrüfatları da geriləməyə başladı. Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox azdır. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir; amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir. Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir: maliyyə çatışmazlığı; bu sahəni bilən kadrların azlığı; maarifçiliyin aşağı olması; satış bazarlarına daxil olmağın çətinliyi.
Azərbaycanda üzümçülük
Azərbaycanda üzümçülük — Azərbaycan Respublikasında üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi. Azərbaycan xalqının təsərrüfat həyatında bağçılıqla yanaşı üzümcülük də mühümi rol oynamışdır. Əlverişli təbii-coğrafi şərait ta qədimlərdən bu ərazidə üzümçülüyün geniş inkişafına imkan yaratmış və bəzi bölgələrində bu təsərrüfat sahəsi əhalinin iqtisadi həyatında mühüm rol oynamışdır. Yabanı üzüm Azərbaycan meşələrinin çoxunda bitir. Ona görə də mədəni üzümün təşəkkülü və sonrakı inkişafını cır üzüm olan yerlərlə əlaqələndirmək daha düzgün olardı. Azərbaycanda cır meşə üzümünün geniş yayılması, bu ərazidə üzümçülüyün qədimlərdən mövcud olmasını bir daha təsdiq edir. Cır üzümün yarpağı və giləsi mədəni üzümə nisbətən kicik, az şirəli və həm də bir qədər turş olması ilə seçilir. Cənubi Qafqaz, o cümlədən Azərbaycan yabanı və mədəni üzümün yetişməsi üçün ən münasib ərazi hesab edilir. Azərbaycanda üzümçülüyün yaranması tarixi hələlik dəqiq öyrənilməmişsədə onun bu ərazidə yayılmasını hələ İlk Tunc dövrünə, daha dəqiq desək, e.ə. III minilliyin başlanğıcına aid etmək mümkündür.
Üzümçülük (Lənkəran)
Üzümçülük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 25-də kəndə təbii qaz verilişi bərpa olunmuşdur.
Kürçülü yaşayış yeri
Kürçülü yaşayış yeri — Eyniadlı kəndin ərazisində yerləşir. Yaşayış yerinin ərazisi müasir tikintilərlə örtülmüşdür. Hazırda kəndin bəzi qismlərində möhrədən tikilmiş binaların, о cümlədən məscidin qalıqları qalmaqdadır. Kəndin içərisində köhnə tikintilərin ətrafında çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika məmulatına rastlanır. Keramika məmulatı inkişaf etmiş və Son Orta əsrlər dövrü üçün хarakterikdir. Ehtimal ki, yaşayış yerinin adı Qorçulu olmuş, sonradan isə leksik dəyişikliyə uğramışdır. Arxеoloji materiallara əsasən Kürçülü yaşayış yerini XV–XVIII əsrlərə aid etmək olar.
Üzümçülük və şərabçılıq (film, 1928)
== Məzmun == Təbliğat filmi Azərbaycanda yeni üzümçülük təsərrüfatlarının yaradılmasından və bununla əlaqədar şərabçılığın inkişaf yollarından danışır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Kosiçkin Operator: Kosiçkin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
Üzümçülük və şərabçılıq (film, 1938)
== Məzmun == Elmi-texniki filmdir. Kinolent Azərbaycanda üzümçülük və şərabçılıq təsərrüfatlarının inkişafından, yeni aqrotexniki qaydalardan, eləcə də şərab emalı texnologiyasından söhbət açır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Operator: Leonid Koretski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır. == Tarixi == Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sa­həsinin inkişafını idarə etmək və tənzimləmək məqsədi ilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı. Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühаfizəsi üzrə Dövlət Komissiyаsina sınаqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı sаlınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır.
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu

Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

Kuçluk xan
Kuçluk xan (?-1218) — Naymanların xanı. == Həyatı == O, nayman tayfasına mənsub idi. Nəsrani təriqətinə bağlıydı. Atası Tayan xan uzun illər uluslarına rəhbərlik etmişdi. 1203-cü il qələbəsindən sonra Temuçinin (Çingiz xanın) torpaqları genişlənərək nayman torpaqlarına çox yaxınlaşmışdı. Nayman xanı Kuçluk Temuçinin yeganə qatı düşməni olaraq qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq, Temuçinin qoşunları 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı. Nayman xanı Kuçluk İrtış çayına tərəf qaçaraq canını bir təhər qurtara bildi. Naymanların müttəfiqi sayılan Merkit xanı Toxtabəy də onunla birlikdə aradan çıxdı.