Azərbaycanda gülçülük

Azərbaycanda gülçülükAzərbaycan Respublikasında kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri.

Sovet dövründə – XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub[1]. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, MərdəkanŞüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib[1]. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi[1].

Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdır[1].

Sovet İttifaqı dağılanda sonra gülçülük təsərrüfatları da geriləməyə başladı[1]. Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox azdır[1]. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir; amma əvvəlkindən xeyli kiçikdirlər[1]. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir[1].

Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir[1]:

  • maliyyə çatışmazlığı;
  • bu sahəni bilən kadrların azlığı;
  • maarifçiliyin aşağı olması;
  • satış bazarlarına daxil olmağın çətinliyi.
2012-ci ildəki "Gül bayramı"
border=none Əsas məqalə: Gül bayramı

Gül bayramı hər il Heydər Əliyevin ad günündə – 10 may[2] tarixində başlayır və bir neçə gün davam edir. Bayram günlərində ənənəvi olaraq Bakıdakı Heydər Əliyev adına parkda xaricdən gətirilən güllərdən ibarət kompozisiyalar sərgilənir.

12 mart 2015-ci ildə Bakı Sərgi Mərkəzində "Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi" ("AfuExpo") açılmışdır[3]. İlk sərgidə 12 ölkədən 156 şirkət iştirak etmişdir[4]. Bu sərginin ikincisinin 2017-ci ilin dekabr ayında keçirilməsi planlaşdırılır[4].

  1. 1 2 3 4 5 6 7 8 9 8 MART, İNHİSARDAKI GÜL BİZNESİ VƏ AZƏRBAYCANIN QIZILGÜL SORTLARI – FOTO Arxivləşdirilib 2017-10-27 at the Wayback Machine. a24.az, 07.03.2015  (az.)
  2. Gül bayramı - Bakıya 116 ton gül gətirilib Arxivləşdirilib 2022-05-16 at the Wayback Machine. bbc.com, 10.05.2012  (az.)
  3. Bakıda “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi” açılıb Arxivləşdirilib 2019-04-24 at the Wayback Machine. azertag.az, 12.03.2015  (az.)
  4. 1 2 "afuexpo.com". 2019-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-29.