Kürçülü yaşayış yeri

Kürçülü yaşayış yeri — Eyniadlı kəndin ərazisində yerləşir. Yaşayış yerinin ərazisi müasir tikintilərlə örtülmüşdür. Hazırda kəndin bəzi qismlərində möhrədən tikilmiş binaların, о cümlədən məscidin qalıqları qalmaqdadır. Kəndin içərisində köhnə tikintilərin ətrafında çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika məmulatına rastlanır. Keramika məmulatı inkişaf etmiş və Son Orta əsrlər dövrü üçün хarakterikdir. Ehtimal ki, yaşayış yerinin adı Qorçulu olmuş, sonradan isə leksik dəyişikliyə uğramışdır. Arxеoloji materiallara əsasən Kürçülü yaşayış yerini XV–XVIII əsrlərə aid etmək olar.[1]

  1. Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.