Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Karan
Karan (Sayınqala)
Kauan
Kauan — 2005-ci ildə Çelyabinskdə (Rusiya) Atmospheric Doom Metal, post-rok qrupudur. Əvvəllər qrup heyəti Anton Belov (gitara, vokal, keyboard, programlaşdırma) və Lyubov Muşnikovadan (skripka) ibarət idi, lakin sonuncu çıxışda Belov tam heyət ilə 2013-cü ildə toplandı. == Yaranması == Kauan 2005-ci il fevral ayında Anton Belov tərəfindən qurulmuşdur. Onlar ilk başlarda folk metal, black metal, doom metal janrları ilə fəaliyyətə başlamış, sonralar daha çox doom metal və folk metal elementləri ilə ambient və post rock janrında olan ikinci albomlarını çıxarmışdır. Hazırda isə qrup folk metal qrupu olaraq hesab edilə bilər. 2006-cı il sentyabrda Lyubov Muşnikova qrupa skripka ifaçısı kimi qoşuldu. Qrup həmçinin digər musiqiçilərlə də birlikdə işləmişdir, lakin onların heç biri sonda qrupun konsepsiyasına uyğun olmamışdır. İlk albomun səsyazmaları zamanı bəzi sessiya üzvləri violonçel və saksafon ifa etmək üçün dəvət edilmişdi. İlk albom işıq üzü gördükdən sonra (Lumikuuro (BadMoodMan Music, 2007)), Aleksandr Boroviç qrupu tərk edir. Bundan sonra Kauan 2008-ci ilin sonlarında BBM musiqi şirkətində yazılmış Tietäjän Laulu adlı ikinci albomlarını çıxardır.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kazan
Kazan yahut Qozan (tatar. Казан, Qozan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Klapan
Klapan – maşın və boru kəmərlərində qaz, buxar və ya maye axınını tənzimləmək məqsədi ilə axın kəsiyinin sahəsini dəyişən hissə, yaxud yığım). Maşınlarda (nasos, kompressor, daxili yanma mühərriki və s. == Texnikada == Klapan boru armaturlarında, kranlarda və diskli qapayıcılarda tətbiq tapır. Onlardan fərqli olaraq şiberlərdə klapanın tənzimləyici elementi işçi mühitin hərktinin oxuna paralel olaraq hərkət edir. İşləmə prinsipinə görə bölünürlr: Bağlayıcı klapan Tənzimlətici klapan Əksəlaqə klapanı Qoruyucu klapan Azaldıcı klapan İmpuls-qoruyucu klapan Birbaşa təsir klapanı Bilavasitə təsir klapanı Hidroklapan == Tibbdə == Ürək klapanı Trikuspidal klapan Aorta klapanı Mitral klapanı İloesekal klapanı == Musiqi alətlərində == Musiqi alətlərində tətbiq olunan klapanalar: müxtəlif tenor və basa malik blokfleytalar, rauşpfayfa və s. - əl barmaqları ilə bağlanması çətilik yaradan, bir-birindən uzaq yerləşən çalğı deşiklərinin bağlanmasında istifadə olunur. Digr çalğı alətlərində - fleyta, klarnet, saksofon, qaboy və s.-lərdə səslənmə diapazonunu genişləndirmək və applikasiyanı rasionallaşdırmaq (barmaqların işlməsini asanlaşdırmaq) üçün tətbiq olunur. == Mənbə == Клапан, в технике // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Aşağı Karan
Aşağı Karan (Urmiya)
Donna Karan
Donna Karan (ing. Donna Karan; d. 2 oktyabr 1948, Kuins, Nyu-York, ABŞ) — Amerikalı modelyer-dizayner və sahibkar. "Donna Karan" Amerika lüks brendinin və DKNY (Donna Karan New York) moda evinin yaradıcısı. == Həyatı == Atası dərzi, anası isə model olan Donna Faske (Karan) 2 oktyabr 1948-ci ildə Manhetten yaxınlığında anadan olub. Atası vəfat edəndə onun cəmi üç yaşı var idi. Dərzi qızının dəb nümayişlərinin sevilən modeli olan anası Helenlə dəfilələrə qatılması onu modaya həvəsləndirib. O, hələ kiçik yaşlarından kolleksiyaları üçün eskizlər çəkməyə başlayıb. Bu, onun sevimli oyunu idi. Belə ki, artıq yeniyetməlik yaşlarında böyük bir kolleksiya hazırlamışdı.
Fanya Kaplan
Fanni Yefimovna Kaplan (əsl adı: Feyqa Haimovna Roytblat; 10 fevral 1890 – 3 sentyabr 1918, Moskva) — Vladimir Leninə sui-qəsd etməyə cəhd etdiyi iddia edilən Sosialist İnqilabçılar Partiyasının üzvü. Bolşeviklər Fanyanın mənsub olduğu partiyanın fəaliyyətini qadağan etdikdən sonra bir Sosialist İnqilabçı kimi Kaplan Leninə "inqilab xaini" kimi baxmağa başladı. O, 30 avqust 1918-ci ildə Moskvadakı zavodlardan birindən çıxmaqda olan Leninə üç dəfə atəş açaraq onu ağır yaralayır. Çeka tərəfindən dindirilən Kaplan hər hansı iştirakçının adını çəkməkdən imtina edir və sentyabrın 3-də güllələnir. Kaplanın sui-qəsd cəhdi və Moisey Uritskinin qətli 28 oktyabr 1917-ci ildə ölüm cəzasını ləğv edən Sovet hökumətini bu institutu yenidən bərpa etməyə təhrik etdi. == Həyatı == Kaplanın adı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın katorqasında adlı xatirələrində Vera Fiqner onu Feyqa Haimovna Roytblat-Kaplan deyə adlandırır. Digər mənbələrdə soyadının Roytman olduğu qeyd olunur. Ona bəzən "Dora" da deyirdilər. Kaplan yeddi uşaqlı yəhudi ailəsində böyüyüb boya-başa çatmışdır.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.
Kalan (Germi)
Kalan (fars. كلان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 456 nəfər yaşayır (70 ailə).
Kalan (Kəleybər)
Kalan (fars. كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (17 ailə).
Kalan (Vərziqan)
Kalan (fars. كلان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (14 ailə).
Kalan məscidi
Kalan məscidi (özb. Masjidi Kalon, fars. مسجد کلان‎ — Ulu məscid) — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Orta Asiyada qorunub saxlanılan Cümə məscidlərindən Bibixanım məscidindən sonra ikinci ən böyük məsciddir. Tutumu 12000 nəfərdir. == Tarixi == Arxeoloji araşdırmalara görə, indiki məscidin altında daha iki qalığı var. Qalıqlardan biri Arslan xanın (1102—1130) binasıdır. Arslan xan məscidi mövcud bina ilə eyni ölçülərə sahib idi. 1399-1404-cü illərdə Səmərqənddəki Bibixanım məscidi tikilənə qədər Mavəraünnəhrdə ən böyük məscid idi. İkinci məscid XII əsrin I rübündən XIV əsrin ortaları qədər, eyni tipdə idi, ancaq tamamilə kərpicdən düzəldilmişdi.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Karan (Sayınqala)
Karan (fars. كران‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (15 ailə).
Karan Cohar
Karan Cohar (25 may 1972, Bombey) — hind rejissoru və kinorejisorudur. O, Bollivudun ən gənc kinorejisor və kino prodüseridir. == Bioqrafiyası == Karan Hiroo və Yaş Coharın oğludur. Greenlawns Liseyini bitirmişdir. Ticarət və İqtisadiyyatın H. R. Fakültəsini oxumuş və müvəffəqiyyətlə məzun olmuşdur. Fransada "Master Rejissor" dərəcəsi almışdır. Karan Cohar aktyorluq debütünü Kajol və Şahrux Xanın rol aldığı Dilwale Dulhania Le Jayenge filmində Şahrux Xanın dostu rolu ilə etmişdir. O, eyni zamanda Dilwale Dulhania Le Jayenge filmində rejissor köməkçisi olmuşdur. Müəyyən bir zaman ərzində atasının film istehsalı şirkəti olan Dharma Production iflas etmişdir. Karan Cohar atasının şirkəti olan Darmanı xilas etmək üçün qollarını çırmaladı və 1998-ci ildə Kajol və Şahrux Xanın rol aldığı ilk filmi olan Kuch Kuch Hota Hai filmini çəkmişdir.
Karan Johar
Karan Cohar (25 may 1972, Bombey) — hind rejissoru və kinorejisorudur. O, Bollivudun ən gənc kinorejisor və kino prodüseridir. == Bioqrafiyası == Karan Hiroo və Yaş Coharın oğludur. Greenlawns Liseyini bitirmişdir. Ticarət və İqtisadiyyatın H. R. Fakültəsini oxumuş və müvəffəqiyyətlə məzun olmuşdur. Fransada "Master Rejissor" dərəcəsi almışdır. Karan Cohar aktyorluq debütünü Kajol və Şahrux Xanın rol aldığı Dilwale Dulhania Le Jayenge filmində Şahrux Xanın dostu rolu ilə etmişdir. O, eyni zamanda Dilwale Dulhania Le Jayenge filmində rejissor köməkçisi olmuşdur. Müəyyən bir zaman ərzində atasının film istehsalı şirkəti olan Dharma Production iflas etmişdir. Karan Cohar atasının şirkəti olan Darmanı xilas etmək üçün qollarını çırmaladı və 1998-ci ildə Kajol və Şahrux Xanın rol aldığı ilk filmi olan Kuch Kuch Hota Hai filmini çəkmişdir.
Karan adası
Karan adası — İnzibati baxımdan Səudiyyə Ərəbistanına aid olan ada. Əl-Cubayl aşəhərindən 60 km şimalda yerləşir. Öz növbəsində mərcan rifindən ibarət olan ada 2100 m uzunluğa, 640 m enə, 1.5 m hündürlüyə malikdir. Səudiyyə Ərəbistanı və İran arasında ərazi mübahisəsi olmuşdur. İki ölkə arasında 1968-ci ildə imzalanan anlaçmaya görə Əl-Ərəbiyə ilə birlikdə Səudiyyə Ərəbistanına, Farsi adası isə İrana güzəştə gedilmişdir.
Kasan-Beqones
Kasan-Beqones (fr. Cassagnes-Bégonhès, oks. Cassanhas de Begonhés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kasan-Beqones kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12057. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 21 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 934 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 556 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 411 nəfər iqtisadi fəal, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 72.6%).
Kavan Pereyra
Kazan (stansiya)
Kazan Dəmiryolu Stansiyası - Kazan şəhərinin mərkəzində, Privağzalnaya meydanında yerləşir. Vağzal binası 1896-cı ildə Henrik Ruşun) layihəsi əsasında inşa edilmişdir. Şəhərin görməli yerlərindən biridir. Şəhər ətrafı terminal isə 1967-cı ildə inşa edilmiş və 2005-ci ildə yenidən bərpa edilmişdir. Kazan stansiyası 36 cüt uzaq və 13 yaxın məsafəli qatarlara xidmət edir. Üstəlik xidmət arasında şərq istiqamətində olan dizel qatarları da vardır. İl ərzində vağzal 8 mln sərnişinə xidmət edir. Stansiyada 15 yol, bir neçə aşağı platforma və yolların üstündə bir yerüstü üst keçid var. Bütün əsas platformalarda işləyən liftlər vardır. Stansiyanın ərazisi qapalıdır.