Karan Johar

Karan Cohar (25 may 1972[1], Bombey) — hind rejissorukinorejisorudur. O, Bollivudun ən gənc kinorejisorkino prodüseridir.

Karan Cohar
ing. Karan Johar
Doğum tarixi 25 may 1972(1972-05-25)[1] (52 yaş)
Doğum yeri
Fəaliyyəti kinorejissor, film prodüseri, kino aktyoru, televiziya aparıcısı, ssenarist
Fəaliyyət illəri 1995-ci ildən
Mükafatları İncəsənətdə xidmətlərinə görə Padma Şri
IMDb ID0424103
mynameiskaran.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karan Hiroo və Yaş Coharın oğludur. Greenlawns Liseyini bitirmişdir. Ticarətİqtisadiyyatın H. R. Fakültəsini oxumuş və müvəffəqiyyətlə məzun olmuşdur. Fransada "Master Rejissor" dərəcəsi almışdır.

Karan Cohar aktyorluq debütünü KajolŞahrux Xanın rol aldığı Dilwale Dulhania Le Jayenge filmində Şahrux Xanın dostu rolu ilə etmişdir. O, eyni zamanda Dilwale Dulhania Le Jayenge filmində rejissor köməkçisi olmuşdur.

Müəyyən bir zaman ərzində atasının film istehsalı şirkəti olan Dharma Production iflas etmişdir. Karan Cohar atasının şirkəti olan Darmanı xilas etmək üçün qollarını çırmaladı və 1998-ci ildə Kajol və Şahrux Xanın rol aldığı ilk filmi olan Kuch Kuch Hota Hai filmini çəkmişdir. Filmdə məşhur aktyorlardan Salman KhanRani Mukherci də iştirak etmişdirlər.

Kuch Kuch Hota Hai filmi müvəffəqiyyət arxasınca müvəffəqiyyət qazanmışdır. Bu filmin kassa gəlirləri sayəsində Karan atasının şirkətini xilas etməyə nail olmuşdur. Karan Coharın böyük ekranda müvəffəqiyyətləri bundan sonra bir-birinin ardınca gəlməyə başladı.

2001-ci ildə Kabhi Khushi Kabhie Gham, 2003-cü ildə Kal Ho Naa Ho və 2006-cı ildə Kabhi Alvida Naa Kehna filmlərini çəkmişdir. 2010-cu ildə adını bütün dünyaya tanıdan, böyük gəlir və müvəffəqiyyət əldə edən və indiyə qədər Hindistanın ən yüksək ölkə xaricindən gəlir əldə edən filmi olan My Name Is Khan filmi ilə Karan Cohar Türkiyədə də tanınmışdır. Eyni zamanda bu film ilə Türkiyədə Karan Coharın filmlərinə maraq artmışdır.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #13050694X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]