Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tax free
Tax free, Taks-fri (azərb. vergidən azad‎) — əlavə dəyər vergisinin (ƏDV) qaytarılması sistemi. ƏDV xarici vətəndaşlar tərəfindən satın alındıqları ölkədən getdikdə onların etdikləri alış-verişə görə geri qaytarılır. Geri qaytarılma məbləğləri alış məbləğinin 7%-dən 22%-ə qədərdir və ƏDV məbləğindən və Tax free operatorunun komissiyasından asılıdır. ƏDV tutan 130 ölkədən təxminən 50-si müvafiq loqosu olan mağazalarda (Tax free və ya vergi geri qaytarma əməliyyatı edən şirkətlərdən biri) alış-veriş edildiyi təqdirdə ölkənin qeyri-rezidentlərinə ödənilmiş vergini geri qaytarır. Hüquqi şəxslər üçün xarici ezamiyyət xərclərinə görə ƏDV-nin qaytarılması sistemi də mövcuddur — biznes taks-fri (Business Tax free). == Rusiya Federasiyasının ərazisində Tax Free sistemi == Rusiya prezidenti Vladimir Putin 2017-ci il noyabrın 28-də Avrasiya İttifaqına daxil olmayan ölkələrdən (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan) gələn turistlər üçün Rusiya Federasiyası ərazisində ƏDV-nin qaytarılmasının tətbiqi haqqında fərman imzalayıb. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Turistlər alış qiymətinin 18%-i məbləğində ƏDV-ni qaytara biləcəklər. İlkin mərhələdə qanun Moskva, Sankt-Peterburq və Soçidə edilən alış-verişə şamil ediləcək.
Şax-şax
Şax-şax və ya Cığcığa — körpələrə əyləncə üçün xüsusi olaraq istehsal edilmiş səsli oyuncaq.
Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər.Əmilərindən biri İohann Kristof Bax xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir. Bax ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və sonralar özünün "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazır.
DAX
DAX (alm.Deutscher Aktienindex) - Almaniyanın ən əhəmiyyətli fond indeksidir. Bura Almaniyanın ən böyük otuz şirkəti daxildir. DAX 1988-ci ildə Almaniyanın Frankfurt şəhərində olan işadamları tərəfindən səhmləri idarə altında tutmaq məqsədiylə quruldu. Almaniyanın ən əhəmiyyətli şirkətlərinin səhmləri saxlayan Alman birjası indeksi, Alman birjasının nəbzini tutur. DAX-in içərisində yer ala bilmək üçün Prime Standart adı verilən kriteriyalara sahib olunması və birjada ticari şirkətin iqtisadi vəziyyətinin şəffaf olması və şirkətin cəmi gəlirinin 33%-inin birjada olması lazımdır.
Max
Max ədədi
Qax
Qax — Azərbaycan Respublikasında şəhər, Qax rayonunun inzibati mərkəzi. == Etimologiyası == XIX əsr müəllifi İ.Lineviçin qeyd etdiyi əfsanəyə görə, XVI əsrə qədər Qax şəhəri "Torağay" adlandırılmışdır. Bu söz Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" adlı lüğətində, qıpçaqların dilində "dağlar arasında sığınacaq" mənasına gəlir. Qax şəhərinin dağlar arasındakı ovalıq ərazidə olduğu nəzərə alınaraq, Şimali Qafqaz vasitəsilə gələn qıpçaqların Qaxda yerləşdiyi və ona "Torağay" adı verdiyi hesab edilə bilər. == Tarixi == Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir.
VAX
VAX – (Virtual Address eXtension) 1978-ci ildən 1990-cı ilədək keçmiş Digital Equipment Corporation şirkəti tərəfindən istehsal olunmuş 32-mərtəbəli minikompüterlərin populyar ailəsi. VAX sistemlərində bir neçə əməliyyat sistemi: OpenVMS, Ultrix, VAXeln və ya BSD UNIX işləyə bilər. Bəzi VAX maşınlarında bu gün də Linux, NetBSD və OpenBSD əməliyyat sistemləri işləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çax
Çax - türk və altay mifologiyalarında pis ruh. Şeytan. Çak, Çek, Şek, Yek, Yeg və ya Çəkir olaraq da bilinər. Çax'ların başında bir Ulu Çak tapılar. Bu çirkin görünüşlü, xırıltılı səsi olan 12 başlı bir varlıqdır. Yeraltında yaşayarlar, yaz gəlincə səthə çıxıb ağac köklərində sığınarlar. Qısa boyludurlar. İslam sonrasında, ərəb mədəniyyətində Dəccalın soy atası olaraq qəbul edilən və Şeytanı da xatırladan, alnının ortasında tək gözü olan Şik adlı varlıqla qaynaşdırılmışdır. Ərəblərə görə bu varlıq əslində iki adamdır və kəhanət qabiliyyətləri vardır. === Çəkey === Çəkey (Çəğəkey) - türk və yaqut mifologiyasında pis ruhlardan bir qrup.
Şax
3ds Max
Autodesk 3ds Max, (keçmiş 3D Studio MAX), Autodesk Media and Entertainment tərəfindən hazırlanan modelləşdirmə, animasiya və renderinq proqramıdır. Bu proqramdan videooyun yaradıcıları, televiziya kommersiyası studiyaları, memarlıq vizuallaşdıranlar tərəfindən tez-tez istifadə edilir. Bundan həmçinin film effektləri və film pre-vizuallaşdırması üçün də istifadə olunur. == Tarix == Orijinal 3D Studio məhsulu DOS platforması üçün Yost Group tərəfindən yaradılmış və Autodesk tərəfindən nəşr edilmişdir. 3D Studio-nun buraxılışı Autodesk-in əvvəlki 3D render paketi AutoShade-ni köhnəlmişdir. 3D Studio DOS Release 4-dən sonra məhsul Windows NT platforması üçün yenidən yazıldı və "3D Studio MAX" adlandırıldı. Bu versiya da ilk olaraq Yost Group tərəfindən yaradılmışdır. Bu, o zaman Autodesk-in media və əyləncə bölməsi olan Kinetix tərəfindən buraxıldı. Autodesk məhsulu 3D Studio MAX versiyasının ikinci buraxılış yeniləməsində satın aldı və sonrakı iki buraxılışda inkişafı tamamilə daxililəşdirdi. Daha sonra məhsulun adı Autodesk-in satın aldığı Montrealda yerləşən proqram şirkəti Discreet-in adlandırma konvensiyalarına daha yaxşı uyğunlaşmaq üçün "3ds max" (bütün kiçik hərf) olaraq dəyişdirildi.
Acıçay (Qax)
Acıçay — Qax rayonunda çay. == Toponimikası == Çay Kürmükçaydan (Qurmuxçay) ayrılaraq Qanıxçaya (Alazan) tökülən qoldur. Hidronim acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya şor olduğunu bildirir. Türkmənistan ərazisində Açısay adlı çay və yaşayış məntəqəsi qeydə alınmışdır.
Almalı (Qax)
Almalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Almalı Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi eyniadlı sahədə salındığı üçün belə adlandırılmışdır. Kəndin ərazisində Almalı nuyu (Almalı dərəsi) adlanan başqa bir obyekt də qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux rayonundan gəlmiş ailələr tərəfindən salınmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 414 təsərrüfatda hər iki cinsdən toplam 1.995 nəfər əhali yaşamaqdadır. Əhali müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan türkləridir. == Toponimikası == Qax rayonunun eyniadlı i.ə.v.-də kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir.
Armudlu (Qax)
Armudlu — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Böyük Qafqaz Dağlarının əhatəsində olan Armudlu kəndi Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində, Qaşqaçayın sol sahilində, Cavanşir zirvəsi (Qanbay) dağının ətəyində yerləşir. Bu kəndin ərazisi keçmişdə qaraqoyunlu tayfasına mənsub yaylaq yeri olmuşdur. Sonralar həmin tayfa üzvləri orada məskunlaşmışdır. Kənd sakinləri Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin nəslindən gəlir. == Coğrafiyası və iqlimi == Qax rayonun mərkəzindən 19 km məsafədə yerləşir və təxminən 20–25 evdən ibarətdir. Kənddə 1 məktəb və 1 mağaza var. Armudlu dağlarla əhatə olunmuş kənddir. == Əhalisi == 1 yanvar 2020-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 48 təsərrüfatda 183 nəfər əhali yaşamaqdadır.Kənd Əhalisi Oğuzların Yıva boyundan gəlir. Qara Yusifin Baranlı soyundan gəlir.
Ağyazı (Qax)
Ağyazı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisinin əksəriyyəti etnik saxurlardan ibarətdir və saxur dilində danışır. 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ağyazı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 703 nəfər (316 nəfəri kişilər, 387 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Ağyazı kəndində 138 təsərrüfatda hər iki cinsdən toplam 587 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Ağyazı adı həmin ərazidəki eyniadlı çölün adından götürülmüşdür.
Ağçay (Qax)
Ağçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ağçay kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 27 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 179 təsərrüfatda hər iki cinsdən toplam 495 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Ağçay oyk., sadə. Xaçmaz r-nunun Niyazoba i.ə.v.-də kənd. Ağçayın kənarındadır. XIX əsrdə gəlmə rusların məskunlaşdığı bu kənd Vasilyevka (1992-ci ilədək) adlandırılmışdı; Qax r-nunun İlisu i.ə.v.-də kənd. Ağçayın sahilində, Baş Qafqaz silsiləsinin c. ətəklərindədir.
Barbara Bax
Barbara Bax (ing. Barbara Bach, qızlıq soyadı Qoldbax (ing. Goldbach); 27 avqust 1947, Nyu York, ABŞ) — amerikalı aktrisa və model. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb. "The Beatles" qrupunun barabançısı Rinqo Starın həyat yoldaşıdır. == Həyatı == 27 avqust 1947-ci ildə Nyu Yorkda anadan olub. Barbaranın atası Avstriyadan olan yəhudi olub. Anası İrlandiya, nənəsi isə rumın əsilli olub. Barbara öz soyadını Qoldbaxdan Baxa dəyişib və "On yeddi" jurnalının üz qabığında çəkilib. 18 yaşı olarkən özündən 10 yaş böyük olan italiyalı biznesmen Avqusto Qreqoriniyə ərə gedib.
Bəri bax
Bəri bax — Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Mahnı Azərbaycanın xalq mahnısı Bəri baxın yenidən işlənmiş versiyasıdır. Mahnı duet şəklində Brilyant Dadaşova tərəfindən Azərbaycan türkcəsində və Skruk xoru tərəfindən Norveç dilində ifa edilib. Mahnı Norveçdə çıxarılan "Landet Vi Kommer Fra" (Gəldiyimiz torpaqlar) albomunda və Türkiyədə çıxarılmış Azerbaycan Şarkıları albomlarına daxil edilib.
Cax-Qambu
Kərəyday, Kerabetay, daha çox tanqut titulu olan Cax-Qambu adı ilə tanınırdı (Çaxa-Qambu, Cakambu; monq. Жаха Хамбу XII əsr – XIII əsr) — bir çox mənbələrdə Van Xan kimi də tanınan Kereit xanı Toğrul xanın kiçik qardaşı. Toğrulun nəvələri kimi Cax-Qambunun nəvələri də Monqol İmperiyasının tarixində mühüm rol oynamışdır. Belə ki, onun kiçik qızı Sörköktəni Çingiz xanın kiçik oğlu Toluy xanla evlənmişdi; onların 4 oğlu Monqol İmperiyasının tarixində özlərinə məxsus iz qoymuşdur. Onlardan Münke və Xubilay müxtəlif vaxtlarda Monqol İmperiyasının xanları oldu. Hülakü Cənub-Qərbi Asiyada Elxanilər dövlətinin banisi və ilk xanı oldu. Arıq Buğa isə qardaşı Xubilayla Monqol xanı olmaq uğrunda mübarizə apardı. Cax-Qambunun digər qızı Biktutmuş-fucin isə Çingiz xanın böyük oğlu Cuçinin xanımı idi. == Bioqrafiya == Toğrulla yanaşı, Cax-Qambunun Ərkə-Hara, Tay-Timur-Tayşi və Buğa-Timur adlı qardaşları da vardı. Ataları Hurcakus Buyuruq xanın ölümündən sonra, Toğrul ölkə sərhədlərini mərkəzi hakimiyyətə tabe etmək üçün sərhəd zonasına göndərildi.
Cəlayir (Qax)
Cəlayir — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır. == Tarixi == XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır. Kənddə Azərbaycan türkləri yaşayır. == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd.
Dəymədağlı (Qax)
Dəymədağlı — Azərbaycan Respublikasının Qax rayonunda kənd. == Toponimikası == Oykonim dəymədağlı tirəsinin adı ilə bağlıdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur. Dəmyə (əkilməmiş, xam, yüksək məhsuldarlıqlı) və dağlı (dağlıq ərazidə yaşayan) komponentlərdən ibarət olan bu etnonim "xam torpaqlı dağlıq ərazidə yaşayanlar" mənasındadır. Tədqiqatçılar bu sözü dəymə (dağ ətəyində mal-qaranın saxlandığı yer) və dağ komponentlərinin birləşməsi kimi qəbul edirlər. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin ərazisindən Muxaxçay və çoxlu sayda suvarma arxları keçir. Torpaqları əkinçilik üçün yararlı, ərazisi maldarlıq üçün əlverişlidir. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 178 təsərrüfatda hər iki cinsdən toplam 781 nəfər əhali yaşayır.
Ernst Max
Ernst Max (alm. Ernst Waldfried Josef Wenzel Mach‎, alman: [ɛʁnst ˈmax]; 18 fevral 1838[…] – 19 fevral 1916[…]) — Avstriya fiziki və filosofu. Fizika elminə gətirdiyi yeniliklərlə tanınmışdır. Bu yeniliklərdən bəziləri Max rəqəmləri və şok dalğalarla əlaqəli olan elmi işlərdir. Onun məntiqi pozitivizmə, Amerika praqmatizminə böyük təsiri olmuşdur və tənqidinə əsasən Nyutonun zaman və məkan nəzəriyyəsi Albert Eynşteynin nisbilik nəzəriyyəsinin təməlini yaratdı.
Kirovkənd (Qax)
Qaradolaq (əvvəlki adı: Kirovkənd) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Qax rayonunun İlisu kənd inzibati ərazi vahidi tərkibindəki Kirovkənd kəndi Qaradolaq kəndi adlandırılmışdır. == Toponimikası == Sovet hakimiyyəti illərində bu yaşayış məntəqəsi sovet partiya və dövlət xadimi S.M.Kirovun şərəfinə Kirovkənd adlandırılmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 186 nəfər yaşayır. 47 təsərrüfat mövcuddur.
Kötüklü (Qax)
İngiloy Kötüklü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İngiloy Kötüklü kəndi 1999-cu ildə yaradılmışdır. == Toponimikası == İngiloy Kötüklü oyk., mür. Qax r-nunun Əlibəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə r-nun ərazisində Kötüklü adlı üç kənd olmuşdur: İngiloy Kötüklü, Ləkit Kötüklü və Əli Sultan Kötüklüsü. Kötüklü komponenti Azərbaycanın şm. bölgəsində və Qarabağda yayılmış qədim türk mənşəli kötük/kötək/kətük tayfa adı ilə bağlıdır. İngiloy isə Azərbaycanın şm.-q. zonasında yaşayan və gürcü dilində danışan etnik qrupun adıdır.
Marta Bax
Marta Bax (d. 17 fevral 1993) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Marta Bax, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Marta Bax, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Max (Çaroymaq)
Max (fars. ماخ‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər yaşayır (49 ailə).