Barbara Bax

Barbara Bax (ing. Barbara Bach, qızlıq soyadı Qoldbax (ing. Goldbach); 27 avqust 1947, Nyu York, ABŞ) — amerikalı aktrisa və model. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb. "The Beatles" qrupunun barabançısı Rinqo Starın həyat yoldaşıdır.

Barbara Bax
ing. Barbara Bach
Doğum adı Barbara Goldbach
Doğum tarixi (76 yaş)
Doğum yeri ABŞ ABŞ, Nyu York
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Avqusto Qreqorini (1968–1978)
Rinqo Star (1981-)
Fəaliyyəti aktrisa, model
Fəaliyyət illəri 1968-1986
Təhsili
  • Kuins Kolleci[d]
IMDb ID0000819
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

27 avqust 1947-ci ildə Nyu Yorkda anadan olub.

Barbaranın atası Avstriyadan olan yəhudi olub. Anası İrlandiya, nənəsi isə rumın əsilli olub.[1]

Barbara öz soyadını Qoldbaxdan Baxa dəyişib və "On yeddi" jurnalının üz qabığında çəkilib.

18 yaşı olarkən özündən 10 yaş böyük olan italiyalı biznesmen Avqusto Qreqoriniyə ərə gedib. 1968-ci ildə Barbaranın qızı Françeska, 1972-ci ildə isə oğlu Canni dünyaya gəlib. İtaliyaya köçdükdən sonra televiziyada işləyib və filmlərdə çəkilib.

1975-ci ildə ərindən ayrılaraq, iki uşağı ilə birlikdə geri - Amerikaya qayıtmış, lakin bununla belə televiziya karyerasını davam etdirmişdir. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi Anya Amasova rolunu oynamışdır.

27 aprel 1981-ci ildə "The Beatles" qrupunun barabançısı Rinqo Starla evlənib.

Barbara Bax və həyat yoldaşı Rinqo Star vegetariandırlar.[2]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Film Rol
1968 L'Odissea Nausicaa
1971 Mio padre Monsignore Chiara
La Tarantola dal ventre nero Jenny
La Corta notte delle bambole di vetro Mira Svoboda
Un peu de soleil dans l'eau froide Héloïse/Elvire
1972 I Predatori si muovono all'alba Helen
1973 Paolo il caldo Anna
Il maschio ruspante Rema
L' Ultima chance Emily
1974 Il Cittadino si ribella Barbara
1975 Il Lupo dei mari Maud Brewster
1977 Ecco noi per esempio Ludovica
Məni sevən casus Anya Amasova
1978 Force 10 from Navarone Maritza Petrovich
1979 Bədheybətlər adası Amanda Marvin
L' Umanoide Lady Agatha
Jaguar Lives Anna Thompson
Il Fiume del grande caimano Alice Brandt
1980 Up the Academy Bliss
1981 Caveman Lana
The Unseen Jennifer Fast
1982 The Cooler
1983 Princess Daisy Vanessa Valerian
1984 Give My Regards to Broad Street Journalist
1986 To the North of Katmandu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Carlos N. "Biography of Barbara Bach". barbara-bach.com. June 17, 2003. 2012-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-24. Biography has been written from information compiled by press interviews, books, newspaper articles and biographies. (#apostrophe_markup)
  2. "We're vegetarians and we grow a lot of fruit and veg ourselves". 2011-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]