Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirhaşım Talışlı Müsafir
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Müsafir ibn İbrahim
Müsafir ibn İbrahim (v. 1062) — Salarilərin hakimiyyətdə olmuş son nümayəndəsi. Qardaşı Cüstanı əvəz etmiş, 1062-ci ildə Toğrul bəyə 100.000 dinar bac vermişdi. Həmin il Xaşxaşilər tərəfindən öldürülmüşdür.
Məhəmməd ibn Müsafir
Məhəmməd ibn Müsafir əl-Deyləmi əl-Kanqari (v. 953) — Salarilərin banisi, Tarım hakimi. == Həyatı == Həyatının ilkin dövrlərinə aid məlumat yoxdur. 916-cı illərdə artıq Tarım hakimi kimi bilinirdi. === Cüstanilərlə münasibətlər === 919-cu ildə III Cüstanın öldürülməsi onun üçün Cüstanilərin işinə qarışmağa bəhanə oldu və taxta çıxan qardaşı Əli ibn Vəhsudanı və ondan sonra digər qardaş Xosrov Firuzu məğlub etdi. Taxta onun oğlu Mehdi Siyahçeşmi oturaraq Cüstaniləri öz vassalına çevirdi. === Ziyarilərlə münasibətlər === 930-cu ildə Mərdavicin hücumuna məruz qalan Məhəmməd onunla diplomatik danışığa getdi və vassalı olduğu Əsvar ibn Şiruyəyə üsyan qaldırmağa sövq etdi. Məhəmmədin köməyi ilə Mərdavic üsyan qaldırdı və Ziyarilər dövlətini qurdu. == Devrilməsi == Məhəmmədin zülmkar hakimiyyəti 941-ci ildə oğulları Mərzban və Vəhsudan tərəfindən devrilməsinə gətirib çıxardı. O Tarımda həbs olunaraq hakimiyyəti Vəhsudana verməli oldu.
Əbül-Müsafir Fəth
Əbül-Müsafir Fəth ibn Əbu Sac (İran – 929, اردبیل) — Məhəmməd ibn Əbu Sacın ikinci oğlu, Sacilərin son əmiri. 928-ci ilin fevralında hakimiyyətə başlamış, 929-cu ildə öz qulamı tərəfindən öldürülmüşdür. Oğlu Əbül Fərəc xəlifə ordusunda sərkərdə idi. Azərbaycan əmirliyinə ondan sonra Vasif əl-Şirvani gətirildi. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R. N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
Şeyx Adi bin Müsafir
Şeyx Adi bin Müsafir (ərəb. عدي بن مسافر الاموي‎; kürd. Şêx Adîyê Şamiyê kurrê Misafirî) - Yezdanizm inancının əsas filosoflarından biri. Yezidilər tərəfindən müqəddəs olaraq qəbul edilən şəxs. Şeyx Adi bin Müsafir Adâvv’îyye Sufi təriqətinin qurusucu hesab olunur. 1075-1162-ci illər arasında yaşamışdır. Qısaca Şeyx Adi olaraq adlandırılan Şeyx Adi bin Müsafir bu gün Livan ərazisində yerləşən Bekka vadisində 1075-ci ildə dünyaya gəlmişdir. Dönəminin tanınmış filosları Əbu Hamid əl-Qəzali və Qadiriyyə təriqətinin qurucusu olan Əbdülqadir Gilaniin əsərlərindən təsirlənmişdir. 1116-cı ildə Məkkəni ziyarət etdikdən sonra, İraqın şimalında yerləşən Laliş məbədində yaşamağa başlamışdır. 1162-ci ildə vəfat etməsinin ardından həmin məbəddə dəfn olunmuşdir.
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası — yaşayış evi və müsafirxana Hacı Mahmud əfəndinin yaşayış evi Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir. Bu ev qonşuluqdakı müsafirxana (qonaq evi) və məscid ilə birlikdə vahid bir kompleks təşkil edir. Yerli daşdan tikilən bina XIX yüzilliyin imkanlı kənd sakinlərin mülkləri üçün səciyyəvi olan bir görkəmə malikdir. Soykökü Aslanbəylidən olan Hacı Mahmud əfəndi 150 il əvvəl Türkiyədə dini təhsilini başa vurandan sonra doğma yurda qayıtmışdır. Öz kəndində əsl din adamı kimi tanınır. O camaatın mənəvi atası, müəllimi, həm də himayədarı olmuşdur. Hacı Mahmud əfəndi Türkiyənin Amasiya şəhərində ustadı və mürşidi Seyyid Nigarinin qəbri üstündə böyük bir məscid tikdirmişdir. Məscid indi də durur və onun üzərində Hacı Mahmud əfəndi tərəfindən tikdirilməsi haqqında lövhə vurulub. Hacı Mahmud əfəndinin nüfuzundan ehtiyatlanan çar hökuməti onu Şeyx Şamilin dəstəkləməsində günahlandırıb qazamata salır. Xeyli qazamatda saxladıqdan sonra xalqın mənəvi atasını azad etməyə məcbur olur.
Musasir
Musasir — Urartu və Assur mixi yazılarında tez-tez adı xatırlanan müqəddəs bir şəhərdir. Urartu dövründə Haldi məbədi, İspuini və Menuanın ortaq krallıqları dövründə inşa edilmişdir. Assur kralı II Sarqon e.ə.714-cü ildə Xaldi məbədini ələ keçirmiş və qənimətlərin siyahısını tutmuşdu. Bu siyahıya görə ən gözəl əsərlərdən biri, Urartu kralı İşpuininin oğlu Sardurinin heykəli, məbədə hədiyyə edilmiş bir buğa və buzov heykəlidir. Aşşur şəhəri Dur Sarqonda tapılmış bir qabartmada, Musasir şəhəri və Haldi məbədi detalları ilə təsvir edilmişdir. XIX əsrdə Flandin, indi harada olduğu bilinməyən bu məşhur qabartma şəkilininin sürətini köçürmüşdür.Qabartmada məbəd və yanındakı çoxmərtəbəli strukturların bəzisi üçbucaq bəzisi isə dördbucaqlı şəkildədir. Evlər yastı damlı göstərilmişdir.
Müşavir
Mübaşir
Mübaşir — İranda vergi və mükəlləfiyyətləri toplayan xan müvəkkili. == Tarix == Mübaşirlər Osmanlı imperiyasında və Türkiyə dövlətində hüquqi vəzifə yerinə yetirirdilər.
Müdafiə
Müdafiə — Silahlı Qüvvələrin müdafiə xarakterli hərbi əməliyyatlarını nəzərdə tutan fəaliyyəti. Rəqibin hücumunun qarşısını almaq, strateji əraziləri, mövqeləri və obyektləri əldə saxlamaq və hücuma keçmək üçün şərait yaratmaq üçün istifadə edilir. Müdafiə rəqib mövqelərin atəş zərbələrinə atəş zərbələri (nüvə muharibəsində nüvə zərbələri) ilə cavabı, quru, hava və dənizdən hücumun qarşısının alınmasını, düşmənin mövqeləri ələ keçirməsinin qarşısının alınmasını və hücuma keçən canlı qüvvə və texnikasının darmadağın edilməsini nəzərdə tutur. Müdafiə strateji, taktiki və operativ əhəmiyyətli ola bilər. Müdafiə əvvəldən hazırlanır və ya düşmən tərəfin hücumu zamanı təşkil edilir. Müdafiə əks tərəfin hücumunun qarşısının alınması ilə yanaşı hücum elementlərini də özündə birləşdirir. Bu əks cavabın verilməsi, əks hücumun həyata keçirilməsi, düşmənin mövqelərinin və bazasının dağıdılması və onun fəallığının aşağı salınması formasında ola bilər. Qədim dövrdə və orta əsrlərdə müdafiə üçün qalalardan və qəsrlərdən istifadə edilirdi. XIV—XV əsrlərdən etibarən orduların odlu silahlarla təchiz edilməsi ilə əlaqədər səhra müdafiə istehkamlarının qurulmasına başlandı. Torpaq istehkamlardan rəqibə atəş açmaq və onun atəşindən qorunmaq üçün isifadə edilirdi.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Qüds Mühacir
Qüds Mühacir (fars. مهاجر‎, “İmmiqrant”) Qüds Aviasiya Sənayesi Şirkəti tərəfindən 1980-ci illərdən dörd əsas variantda istehsal olunan taktiki PUA-dır. Mühacir ailəsi əsasən kəşfiyyat üçün istifadə olunur və ən yetkin və tanınmış İran PUA-ları arasındadır. == “Mohajer-1” == İran və İraq arasındakı qarşıdurmanın pik vəziyyətində İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən İraqdakı mövqeləri izləmək məqsədilə ”Mohajer-1” PUA-larının yaradılmasına başlanıb. Dörd prototip 1981-ci ildə quruldu və əvvəlcə Şalamçekdəki rəqib xətlərinə nəzarət etmək üçün istifadə edildi. Sonradan “Mohajer-1” adlandırılan bu pilotsuz təyyarə İranın PUA istehsalına atdığı ilk addım idi. “Mohajer-1” müharibənin sonuna qədər İraq qüvvələrinin fotoşəkillərini çəkməyə davam etdi və 619 dəfə havaya qalxdı və 53772 şəkil çəkmişdir. “Mohajer-1” düşmən mövqelərinə hücum etmək üçün 6 ədəd RPQ-7 ilə silahlanaraq həm də İranın ilk zərbə PUA-sı oldu. Sənədlərin olmaması M1 pilotsuz vasitəsinin qiymətləndirilməsinə ciddi mane olur. M1 dronları ilə bağlı video və foto materialların əksəriyyəti 1990-cı ildə yayımlanan “Mohajer” filmindən əldə edilib.
Raketdən müdafiə
Rakdən müdafiə — düş mən döyüş raketlərinin aşkarlanması, izlənməsi, dayandırılması və məhv edilməsi ilə əlaqəli bir sistem, silah və ya texnologiyadır. Əvvəlcə nüvə başlıqlı qitələrarası ballistik raketlərə (ICBM) qarşı müdafiə olaraq hazırlanmış və daha sonra daha qısa mənzilli qeyri-nüvə taktiki raketlər daxil olmaqla genişləndirilmişdir. Bu cür hava hücumundan müdafiə sistemləri ABŞ, Rusiya, Çin, Hindistan, İsrail və Fransa tərəfindən hazırlanmışdır.
Sosial müdafiə
Sosial müdafiə — insanın fəaliyyətinə minimum təminatı təmin edilməsi üçün cəmiyyət və onun müxtəlif strukturları tərəfindən həyata keçirilən tədbirlər sistemi.
Müdafiə (futbol)
Müdafiə — futbolda vəzifəsi rəqib komandanın qapıya qol vurmasını əngəlləməkdir. == Libero == Libero, futbolda müdafiə ilə qapıçı arasında iştirak edən və süpürücü vəzifəsi boynuna götürən oyunçulara verilən ad. Azərbaycanca müdafiə ilə yarımmüdafiəçi arasında oynayan oyunçular üçün də ön libero termini istifadə edilməkdədir. Bu oyunçular əksəriyyətlə bir növ müdafiəçi xüsusiyyətlərinə malikdilər. Yüksək yarımmüdafiə oyunçularından ya da topu oyuna daxil edə bilərək müdafiə oyunçularından seçilir. == Mərkəz müdafiəçilər == Mərkəz müdafiəçilərinin vəzifəsi ,əsasən, orta hücumçuların qol vurmağının qarşısını kəsməkdir. Mərkəz müdafiəçiləri tez-tez başla oynamaq və yüksək boyları ilə qol vurmaq imkanına malik olduqları üçün küncdən zərbə və ya sərbəst vuruşda rəqibin cəza xətrinə gəlirlər. Belə oyunçulardan Fabio Kannavaronu, Paolo Maldinini, və Karles Puyolu misal gətirmək olar. == Cinah müdafiəçiləri == Cinah müdafiəçiləri əsasən hücuma qatılmaqlarıyla seçilirlər. Onların əsas cəhətləri sürət və dözümlükləriylə seçilirlər.
Müdafiə (hərbi)
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Müdafiə (şahmat)
Müdafiə — Şahmat termini. Hücum hərəkatına müqvimət göstərmək.
Müdafiə Partiyası
Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri. == Tarixi == 1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A.Xəlilbəyov fəal iştirak etmişdilər. Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı. Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
Müdafiə divarı
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mühacir (İslam)
Mühacir (ərəb. المهاجر‎ — «Hicrət edənlər») — 622-ci ildə Məhəmməd peyğəmbərin dövründə Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar. Mühacirlər ənsarlarla birlikdə müsəlman cəmiyyətinin elitasını təşkil edirdilər. == Tarix == İlk mühacirlər 615-ci ildə Efiopiyaya hicrət etmiş müsəlmanlardır. Efiopiyada məskunlaşanların 83 nəfəri kişi idi. 622-ci ildə Məkkəlilər tərəfindən zülmə məruz qalan yüzə yaxın yetkin kişi ailələri ilə birlikdə Məkkəni tərk edərək onlara sığınacaq verən ənsarlarla birlikdə Mədinəyə yerləşir. Mühacirlərin çoxu iman xatirinə qohumluq əlaqələrini kəsərək evlərini və mallarını tərk edir. Əvvəlcə onların çoxu kasıb idi. Yəhudi tayfası Bənu Nadir qovulduqdan sonra evlər və torpaqlar müsəlmanlar arasında bölüşdürülür. Ömər ibn Xəttab müsəlmanların maddi rifahının İslamdakı təcrübələri və Peyğəmbərə yaxınlığı ilə müəyyən edilən vergi islahatı vasitəsilə ənsarlara digər müsəlman qruplarından daha yüksək maaşlar təyin edir.
Müdafiə büdcəsi
Hərbi büdcə və ya hərbi xərclər, həmçinin müdafiə büdcəsi — dövlət tərəfindən silahlı qüvvələrin və ya müdafiə məqsədləri üçün vacib olan digər üsulların artırılması və saxlanması üçün ayrılmış maliyyə resurslarının məbləği. 2022-ci ilə qədər qlobal hərbi xərclər 2,3 trilyon ABŞ dollarını ötmüşdür. ABŞ-nin hərbi büdcəsi 877 milyard dollardır və o, bu sahədə liderdir. == Maliyyələşdirilmə == Hərbi büdcələr çox vaxt bir ölkənin ona qarşı təhdid ehtimalını və ya təxribat etmək istədiyi təcavüzün həcmini nə dərəcədə güclü şəkildə qəbul etdiyini əks etdirir. Bu, həm də qarşıdan gələn maliyyə ili üçün nə qədər maliyyələşmənin təmin edilməsi barədə fikir verir. Büdcənin ölçüsü həm də ölkənin hərbi fəaliyyəti maliyyələşdirmək qabiliyyətini əks etdirir. Faktorlara həmin ölkənin iqtisadiyyatının ölçüsü, həmin quruma qarşı digər maliyyə tələbləri və həmin qurumun hökumətinin və ya xalqının bu cür hərbi fəaliyyəti maliyyələşdirməyə hazır olması daxildir. Daxili hüquq-mühafizə orqanlarına və əlil veteranların reabilitasiyasına edilən xərclər ümumiyyətlə hərbi xərclərdən xaric edilir. Hərbi xərclərin bir ölkənin iqtisadiyyatına və cəmiyyətinə təsiri və hərbi xərcləri müəyyən edən şeylər siyasət elmində və iqtisadiyyatda diqqət çəkən məsələlərdir. Bu mövzularla bağlı mübahisəli tapıntılar və nəzəriyyələr mövcuddur.
Müdafiə (dəqiqləşdirmə)
Bu sözün aşağıdakı mənaları vardır: Müdafiə — hərbi əməliyyatlar növü. Müdafiə — nəyinsə hücumdan qorunması və ya düzgün sayılan mövqenin isbat edilməsi.
Müdafiə Mahmudov
Müdafiə Cəmil oğlu Mahmudov (1945, Qızıl Şəfəq, Sisian rayonu – 21 yanvar 2024) — Azərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru. == Həyatı == M. Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi (1968–1969) vəzifəsində işləyib. 1980–1989-cu illərdə həmin şöbədə baş elmi işçi, 1989–2006-cı illərdə Azərbaycan Texniki Universitetinin Ali riyaziyyat kafedrasında dosent, 2009–2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasında dosent vəzifəsində işləyib. "Ali texniki məktəblərdə riyaziyyat kursunun nəzəri və praktiki istiqamətlərdə tədrisinin təkmilləşdirilməsi yolları və vasitələri" (2009) mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun "Ali və orta ixtisas təhsilinin nəzəri problemləri" şöbəsində baş elmi işçi (2013–2014), "Müəllim hazırlığı kurikulumu" şöbəsinin müdiri (2014–2015) vəzifələrində işləyib. 2015-ci ildən Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının professoru olub. Dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabların və 200-ə yaxın elmi məqalənin müəllifidir. "Ukrayna-Azərbaycan dostluq körpüləri", "Dnepropetrovsk Milli Universitetinə sədaqətli xidmətinə görə" medallarına və Ukrayna Milli Elmlər Akademiyasının akademiki V. İ. Mossokovski adına fəxri medala layiq görülüb. 2020-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Qeys ibn Musahir əs-Səidavi
Qeys ibn Müsahir əl-Səidavi — Hüseyn ibn Əlinin elçisi idi və o Hüseyn ibn Əlinin oraya gəlmək niyyəti haqqında insanlara xəbərini çatdıraraq Kufəyə tərəf getdi. Hüseyn ibn Əli Əl-Rumma istiqamətindən Əl-Həcirə çatdı, Müslüm ibn Əqildən Kufə əhalisinin Hüseyn ibn Əlini Yezidə qarşı dəstəkləmək istədiklərini bildirən məktuba cavab xəbərini Qeysə çatdırdı. Onların hazırlığı Müslüm ibn Əqilə beyət etdikdən sonra gəldi. == Hüseyn ibn Əlinin məktubu == Hüseyn ibn Əli, Qeys ibn Müsahirlə birlikdə Kufə əhalisinə göndərdiyi məktubunda belə bir xəbər tərtib etdi: "Müslüm ibn Əqilin məktubu mənə çatdı. Orada o, mənə sizin bizi dəstəkləmək və haqqımızı tələb etmək üçün həmfikir olduğunuzu bildirir. Allahdan yalvarıram ki, bizi yaxşı işlər görməyə və sizi Onun mükafatlarının ən böyüyü ilə mükafatlandırsın. Mən zilhiccə ayının səkkizinci günü Məkkədən sizin yanınıza gəlmişəm, əgər elçim sizə yetişərsə, mövqeyinizi qoruyun, çünki bir neçə gündən sonra sizə gəlib çatacağam”. Müslümin xəbəri Hüseyn ibn Əliyə, məruz qaldığı xəyanət barədə çatanda, Hüseyn ibn Əli artıq Qeysi oraya gəlmək niyyəti ilə bağlı həmin xəbərin cavabı ilə göndərmişdi. Lakin bir neçə gün ərzində Müslüm Kufə valisi Übeydulla ibn Ziyadın əmri ilə əsir götürüldü və öldürüldü. == Qədisiyyədə həbs == Qeys Kufəyə gedərkən Əl-Hüseyn ibn Təmim ət-Təmiminin əsgərləri tərəfindən Qədisiyyədə əsir götürüldü və beləliklə İbn Ziyadın məhkəməsinə aparıldı..
Masazır
Masazır — Azərbaycan Respublikasının Abşeron rayonunun Masazır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Abşeron rayonunun Masazır kəndi Xırdalan qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Masazır kənd Soveti yaradılmışdır. == Toponimikası == Masazır oykonimi fars dilindəki masse – qum sözündən və məkan bildirən zar şəkilçisindən ibarət olub, "qumlaq, qum olan yer" mənasını bildirir. Yazılı mənbələrdə oykonimin Musazır, Musadır, Mostazxir variantlarına da rast gəlinir. Yerli əhali kəndin adını Məstanzor şəxs adı ilə də bağlayır. == Tarixi == Masazır kəndi 1913-cü ildə Bakı qəzasının Masazır kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə isə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə görə Bakı qəzasının Binəqədi dairəsinə tabe idi. 1929-cu ildə inzibati bölgü islahatlarında qəzalar ləğv edildikdən sonra Masazır Azərbaycan SSR Bakı Şəhər Sovetinin tabeliyinə verilmişdir. 1961-ci il inzibati bölgüsünə görə Masazır kəndi Azərbaycan SSR Bakı şəhəri, Kirov rayonu Xırdalan qəsəbə sovetinin tərkibində olmuşdur. 1963-cü il yanvarın 4-də kənd yeni yaradılmış Abşeron rayonunun tərkibinə verilmişdir.
Musavar
Musavar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 38 nəfərdir. == Toponimiyası == Yerli əhali kəndin adını Musavo kimi tələffüz edir və oykonimi Musa (ş.a.) və talış dilindəki vo (kənd, yer) sözlərindən ibarət “Musanın kəndi” kimi izah edirlər. Əslində Musavar “musalılar”, “Musanın nəsli” mənası bildirən etnonim mənşəli toponimdir. == Coğrafiyası == Musavar kəndi Lerik rayonunun Kirəvud inzibati ərazi vahidi ərazisində yerləşir. Dağətəyində salınmış kənd Alaşa çayı ilə Şərətük çayı arasında çox gözəl mənzərəyə malikdir.
Müşairə
Müşairə — şeirləşmə, deyişmə. Müşairəyə klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında daha çox təsadüf edilir. Müşairələr dostcasına məktublaşma və ya ədəbi-ictimai mövzularda mübahisə səciyyəli olur. Molla Pənah Vaqifin Molla Vəli Vidadi, Qasım bəy Zakirin Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvaninin müasirləri ilə müşairələri məşhurdur. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild, Bakı, 1983.
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Yaşayış məntəqələri Musalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Müşfiq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant) Bu təxəllüsü olan tanınmışlar Mikayıl Müşfiq — Azərbaycan şairi. Yaşayış məntəqələri Müşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. == Tarixçəsi == 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Masazır (dəqiqləşdirmə)
Masazır — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Masazır gölü — Bakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Masazır bələdiyyəsi — Azərbaycan Respublikasının Abşeron rayonunda bələdiyyə.
Masazır bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Masazır gölü
Masazır gölü — Bakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Sahəsi — 10 km²-dir. Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya qırmızı rəng verir. Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur. Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır. Ətraf mühitin və göldə ekoloji durumun yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan Azərbaycan Duz İstehsalat Birliyinin təşkilatçılığı ilə göldə ekoloji durumun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə mütəmadi olaraq monitorinqlər aparılır, tullantıların təmizlənməsi üçün iməcilik təşkil olunur.
Muhacir xalqı
Muhacir xalqı (Urdu: مہاجر), Pakistanın müstəqilliyindən sonra Hindistanın müxtəlif bölgələrindən Pakistana köç edən çoxmillətli mənşəli müsəlman immiqrantları və onların nəslindəndir.
Qabiden Mustafin
Qabiden Mustafin (qaz. Ғабиден Мұстафин; 26 noyabr 1902 – 20 yanvar 1985, Almatı) — Qazax Sovet yazıçısı, ictimai xadim, Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1958), Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. == Həyatı == Kəndlilərin Rusiyadan köçürülməsi ilə əlaqədar olaraq, 1907-ci ildə Elibay qəbiləsinin nümayəndələrinin altmış evi (Qabiden ailəsi də daxil olmaqla) Spasski zavodunun şərqində yerləşən Koktalzharyk qəsəbəsinə köçmək məcburiyyətində qaldı. On yaşlı Qabiden savadını aul mollasından, rus dilini isə fabrik xadiməsi Cusup Maukumovdan öyrənmişdir. Spassk zavodunun beş illik rus-qazax məktəbinin dördüncü sinfinə qəbul edilmişdir. İki illik təhsildən sonra Qabiden doğma kəndinə qayıtmışdır. 1927-ci ildə Mustafinin ilk hekayəsi "Sarsen və Mukaş" və "Early Birds" jurnallarında yayımlandı. 1929-cu ildə ilk hekayələr toplusu "Er Shoyin" Qızıl-Ordada nəşr olundu. 1930-cu ildə inşası davam edən Qaragandaya köçdü. 1933-cü ilin əvvəlində yerli şuranın qərarı ilə Qabiden Mustafin "Proletariat Karaqandı" qəzetinin məsul katibi vəzifəsinə namizəd göstərildi.
Tacuddin Mustafin
Tacuddin Mustafin — Qafqaz müsəlmanlarının ilk Müftisi. Qafqazın sünni İslam cərəyanına mənsub olan müsəlmanların ilk müftisini 1832-ci ildə çar generalı Roze təklif edib. Bu şəxs hərbi hissədə yenicə kapitan rütbəsini alan Tacuddin Mustafin idi. O, Kazan şəhərindən çar ordusunun kapitanı vəzifəsindən Tiflisə dəvət edilmişdi. Tacuddin Mustafin Şeyx Şamillə ümumi dil tapa bilmədiyi üçün az vaxtda hörmətini itirir və 1840-cı ildə vəzifəsindən azad edilir.