Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müşkəmir
Müşkəmir — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Tağlabiyan kənd Sovetinin Müşkəmir kəndi Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. == Coğrafiyası və iqlimi == Kənd "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesindən 2 km kənarda yerləşir. Kəndə son 2 km yolu yayda avtomobillə, qış mövsümündə isə piyada və ya atla getmək olar. Kənddən Zərnava kəndinə və Lahıc qəsəbəsinə piyada cığırlar vardır. == Əhalisi == Kəndin əhalisi 36 nəfərdir ki, onun da 21 nəfəri kişi, 15 nəfəri qadındır. == İqtisadiyyatı == Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir.