Müşkəmir

MüşkəmirAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Tağlabiyan kənd Sovetinin Müşkəmir kəndi Zərnava kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Müşkəmir
40°49′ şm. e. 48°20′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 36 nəf.
Xəritəni göstər/gizlə
Müşkəmir xəritədə
Müşkəmir
Müşkəmir

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesindən 2 km kənarda yerləşir. Kəndə son 2 km yolu yayda avtomobillə, qış mövsümündə isə piyada və ya atla getmək olar. Kənddən Zərnava kəndinə və Lahıc qəsəbəsinə piyada cığırlar vardır.

Kənddə 36 nəfər əhali yaşayır ki, onun da 21 nəfəri kişi, 15 nəfəri qadındır. Əhalisini tatlar təşkil edir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir.

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.