Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mütənasib
Mütənasib - iki kəmiyyətdən birinin artması (azalması) ilə o biri kəmiyyətində eyni dərəcədə artması (azalması). Mütənasib ölçülərin dəyişməz münasibəti mütənasiblik əmsalı adlanır. '∝' riyazi simvolu iki ölçünün mütənasibliyinin göstərilməsi üçün istifadə olunur. Nümunə, A ∝ B. Yunikod kodlaşdırılmasında simvolun qısayol keçidi: U+221D. == Düz mütənasiblik == Düz mütənasiblik — arqumentin (x) neçə dəfə artması ilə funksiyanında (y) bir o qədər artmasının funksional asılığıdır. Riyaziyyatda düz mütənasiblik ifadəsi aşağıdakı düstur şəklində yazılır: f ( x ) = k x , k = c o n s t {\displaystyle f(x)=kx,k=const} == Tərs mütənasiblik == Tərs mütənasiblik — arqumentin neçə dəfə artması ilə funksiyanın bir o qədər azalmasının funksional asılılığıdır. y = k x , x ≠ 0 , k ≠ 0 {\displaystyle y={\frac {k}{x}},x\neq 0,k\neq 0} Funksiyanın xüsusiyyətləri: Təyin oblastı D ( y ) = ( − ∞ ; 0 ) ∪ ( 0 ; + ∞ ) {\displaystyle D(y)=(-\infty ;0)\cup (0;+\infty )} Qiymətlər oblastı E ( y ) = ( − ∞ ; 0 ) ∪ ( 0 ; + ∞ ) {\displaystyle E(y)=(-\infty ;0)\cup (0;+\infty )} Funksiya təkdir, çünki f ( − x ) = k − x = − k x = − f ( x ) {\displaystyle f(-x)={\frac {k}{-x}}=-{\frac {k}{x}}=-f(x)} Funksiya k>0 olduqda ( − ∞ ; 0 ) {\displaystyle (-\infty ;0)} aralığında azalır və ( 0 ; + ∞ ) {\displaystyle (0;+\infty )} artır (k<0 olduqda əks proses).
Mütəaliq (Kəleybər)
Mütəaliq (fars. متعلق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == İran Ordusu sənədlərinə istinad edərək 1940-cı illərin sonlarında kənddə 143 nəfərlik bir əhali olduğu bildirilir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 175 nəfər yaşayır (57 ailə). Daha yeni statistikaya görə əhalisi 115 nəfərdir (40 ailə).
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rəna Mütəllib
Mütalib Mitarov
Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 - 11 mart 2011) - Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə “Sətirlərdə ömür” kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır. Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır. Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, “Bilik” cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov.İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır. Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə “Qırmızı Tabasaran” qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı “Xoşbəxtlik” adlanır.
Mütalib Xudiyev
Mütalib Ələsgər oğlu Xudiyev (3 mart 1993; Bəydövül, Göyçay rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Mütalib Xudiyev 3 mart 1993-cü ildə Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Subay idi. Mütalib Xudiyev orta təhsilini aldıqdan sonra 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki işlərdə çalışmışdır. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Mütalib Xudiyev 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mütalib Xudiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mütalib Xudiyev 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mütəllib Xan məscidi
Mütəllib Xan məscidi (fars. مسجد مطلب خان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində yerləşən Elxani dövrü memarlıq abidəsi. 18 mart 2018-ci ildə İranıın Milli İrs siyahısına 4846 nömrədə qeydə alınıb. == Tarixi == Xoy şəhərinin mərkəzində Teleqani küçəsi ilə İmam küçəsinin kəsişməsində yerləşən abidənin şərqində Xan karvansarayı və tarixi Xoy bazarı yerləşir. Abidənin günümüzə qədər bir ədəd kitabəsi gəlib çatmışdır. Kitabə mətni belədir: "١ - وحید الدّھر حاجىمطل ّب خان ٢ - كھ دارد او نژاد ازشیخ اكرم ٣ - بھاءالدین محمد عالمى كو ٤- زافلاطون بھ حكمت بود اعام ٥- روان او چو از تن رفت دوران ٦ - زشادى گشت خالى شد پُر از غم ٧ - شد آنگھ تیره روى ماه و خورشید ٨ - شد آنگھ پشت چرخ واژگون خم ٩ -مرصّع كارى وجوھر شناسى ١٠- مر او رابود در گیتى مسل ّم ١١ - بھ تاریخ وفاتش گفت فرھنگ ١٢ -بھ جنّت باشد او را حور ھمدم" Kıtabədə abidənin Hacı Mütəllib xan tərəfindən tikdirildiyi və bu şəxsin məscidin inşası zamanı vəfat etdiyi yazılıb. Ölüm tarixi ilə bağlı beytlərdə əbcəd hesabından istifadə edilmişdir. Mənbələrdə bu tərifəlayiq yazının Qani adlı şəxs tərəfindən yazıldığı qeyd edilir və əbcəd hesabı ilə 1255/1839-cu ilə təsadüf etdiyi bildirilir. Yazılı mənbələrdə binanın ilk tikintisinin Elxanilər dövrünə aid olduğu yazılır. Məscidin Elxanilər dövründə tikilib sonradan Qacar dövründə bərpa edildiyi düşünülür.
Məhəmmədrəhim Mütəqqi İrəvani
Məhəmmədrəhim Mütəqqi İrəvani — İranlı sərmayədar, sahibkar və İranın Milli Ayaqqabı Fabrikasının qurucusu. Atası Mirzə Məhəmmədkazım Mütəqqi İrəvani, Şirazın məşhur tacirlərindən idi. O, 2006-cı ilin mart ayında Londonda vəfat edib.
Əl-Mutəali
Əl-Mutəali (ər. المتعالِ) — Allahın adlarından biri.