Rəna Mütallib qızı İrani (25 iyun 1952, Bakı) — "Təfəkkür" Universitetinin- ETM-in Fəxri Professoru Tibb elmləri doktoru.[1]
Rəna İrani |
---|
Rəna Mütallib qızı İrani |
|
Doğum tarixi |
25 iyun 1952(1952-06-25) (71 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı |
|
Milliyyəti |
Azərbaycanlı |
Atası |
Mutallib İrani |
Elmi dərəcəsi |
Tibb elmləri doktoru |
Elmi adı |
Professor |
İş yeri |
Metabolik Cərrahiyyə Xəstəxanası |
Təhsili |
|
Mühüm layihəsi |
9 elmi məqalənin müəllifidir. |
Üzvlüyü |
Türkiyə Cümhuriyyətində olan Türk Təbiblər Birliyi,
Türk Kardioloji Dərnəyi,
Emcare Sağlık və Evdə Müalicə bakım hizmetleri Mərkəzi,
Türkiyə Siqara Savaş Dərnəyi,
BPW iş və Məslək sahibi Qadınlar Dərnəyi,
ATATÜRK Kültür dayanışma və Təhsil Vakfi |
25 iyun 1952-ci ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. 1969-cu ildə Bakı şəhəri 190 Saylı orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstituna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) "Müalicə-proflaktika" fakültəsinə daxil olmuşdur. 1975-ci ildə universiteti bitirərək, Azərbaycan Səhiyyə Nazirliyinin 5 Saylı xəstəxanasında daxili xəstəliklər üzrə həkim kimi çalışmağa başlamışdır. 1979-cu ildən Moskva Kardioloji Elmlər Araşdırma Mərkəzi ilə ortaq elmi araşdırma işbirliyi edən Cahangir Abdullayev adına Kardiologiya Elmi Tədqiqat İnstitunda ürək-damaq xəstəliklləri mütəxəssis həkim işinə davam etmişdir. 1986-cı ildə "Xronik ürək çatışmazlığı olan xəstələrin stasionar və ambulator müalicəsində kaptopril və molsidominin istifadəsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və "Tibb elmləri doktoru" elmi dərəcəsini qazanmışdır. 1993–1995-ci illərdə Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin Kardiologiya şöbəsində, 1995–1996-cı illərdə İstanbul Esnaf Xəstəxanasının Kardiologiya şöbəsində işləmişdir. 2004–2005-ci illərdə Özəl Göztəpə Kardiologiya Mərkəzində kardioloq həkim işləmişdir.[2] 2005–2010-cu illərdə Özəl Eyyub Halic Hospitalında 2010–2012-ci illərdə Şişli Nişantaşı Xəstəxanası və İstanbul Cərrahi Xəstəxanasında kardioloq həkim kimi işinə davam etmişdir. 2012-ci ilin dekabr ayından Kardiologiya Müayinəxanasında kardiologiya üzrə dosent, uzman doktordur. 2019-cu ildən etibarən İstanbul- Etilerdə Metabolik Cərrahiyyə Xəstəxanasında kardioloq həkimi kimi öz peşəsinə davam etməkdədir.[3]
- Ürək Çatışmazlığı Xəstələrində Müalicə Metodları. İstanbul. Türkiyə.
- Xroniki ürək çatışmazlığı xəstələrdə periferik vazodilatatorların dərmanların istifadəsi. İstanbul, Türkiyə.
- Metabolik Sendrom nədir? İstanbul 2013
- Hipertoniya və Ürək Çatışmazlığında Müalicə Metodları, Moskva, 26–27 noyabr 2014
- Xroniki ürək çatışmazlığı olan qansız xəstələrdə sitokinin təsi, Bakı, mart 2014
- Profilaktik Kardiologiya: Erkən Təchiz və müalicə yöntəmləri, İstanbul 2015
- Yaş və Cins Xüsusiyyətlərinə görə ürək ritmi dəyişiklikləri, Bakı, 2017
- Kardioloji problemlər: Obezite cərrahiyyə sonrası təqib, İstanbul, 2018 Mono məcmua
- Yay aylarında istiliyin miokard xəstələrinə təsiri. İstanbul 2018[4]
- Türkiyə Ürək və Sağlamlıq Vəqfi, 20 sentyabr 2005, Bodrum
- Türk Kardiologiya Dərnəyi və Türk Dünyası Kardiologiya Dərnəyi
- Birgə Bakı Görüşü, Bakı-Azərbaycan, 3 noyabr 2007-ci il
- XV. Milli Tətbiqi Müdaxilə Kardiologiya Yığıncağı, Türkiyə Çeşme, 12 iyun 2008
- Atherosclerotic and Lifestyle II, Türkiye Bodrum, 1 may 2008
- Metsend 6. Metabolik Sindrom Simpoziumu, Türkiyə Antalya — 8 aprel 2009-cu il
- Türk Kardiologiya Cəmiyyəti – Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Bakı, 21 noyabr 2009-cu il
- İstanbul Girişimsel Kardiologiya, İGKK, 11 iyun 2010
- Ürək-damar — Ator Dislipidemik Görüş, Mardin, 1 oktyabr 2010
- Türk Kardiologiya Dərnəyi, 26. Milli Kardiologiya Konqresi, 21 oktyabr 2010
- Abdominal Obezite üzrə Beynəlxalq Konqres, Türkiyə, 24–24 fevral 2011
- TKD — Ankara 4N1K, 26–27 2013
- TKD 31. Beynəlxalq Türk Kardiologiya Konqresi, Antalya, 22 oktyabr 2015
- ESC, European Society Cardiolocy Congress, London, 29 avqust 2015-ci il
- ESC Konqresi, Roma, 27 avqust 2016-cı il
- Türk Kardiologiya Dərnəyi – Milli Aritmiya Toplantısı, 19 may 2016
- TKD, AF Kampusu — Çətin hallar — İndi Yeni Şeylər Deməliyik — Aritmiya İşçi Qrupu, İstanbul, 26 aprel 2018
- TKD, Adi Ümumi Qurum, İstanbul, 19 iyun 2021
- Academy Getat — Advanced IV Nutrition Training, İstanbul, 10 aprel 2021-ci il
- Liv Xəstəxanası İş Birliyinin KVS Yığıncağı, İzmir Çeşme, 2022
- ACS, Advanced Cardiovascular Solutions, İstanbul 2022
- 1986-cı ildə "Tibb elmləri doktoru" elmi dərəcəsi ilə təltif olunmuşdur.
- 1988-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən "Tibdə bacarıqlı həkim" mükafatı ilə təltif edilmişdir.[5]