Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həbib ibn Məsləmə
Əbu Əbdürrəhman (Əbu Məsləmə) Həbib ibn Məsləmə bin Malik əl-Fihri (610-cu illər, Məkkə – 662, Ermənistan) — Suriya, Anadolu və Naxçıvan fəthlərinə qatılan ərəb sərkərdəsi, Ərməniyyənin valisi. == Həyatı == Həbib ibn Məsləmə 610-cu ildə doğulmuşdu. Qureyş qəbiləsinin Fihr qoluna mənsubdur. Anadoluya etdiyi bir çox basqın səbəbiylə Həbibür-Rum deyə də anılır. 630-cu ildə müsəlman oldu. Həzrət peyğəmbərlə qəzavatda iştirak etmək üçün Mədinəyə getdi və Təbük qəzasında oldu. Ancaq onun səhabə olmadığını söyləyənlər də vardır. Xalid ibn Vəlid onu, Büsr ibn Əbu Ərtat ilə birlikdə Gūtatü Dəməşqin bəzi kəndlərinə basqın etmək üçün göndərdi. Həbib, 636-cı ildə bir avanqard süvari birliyinin başında Yermük savaşına qatıldı və Suriyanın önəmli bir qismini fəth etdi. Ayrıca İyaz ibn Qanın ilə birlikdə Əntakiyəni ikinci dəfə fəth etdi (638) və Cürcümə şəhəri üzərinə yürüdü.
Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir. == Qafqazda vali vəzifəsində == 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.
Frezləmə
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Osmanlının geriləmə tezisi
Osmanlının geriləmə tezisi və ya Osmanlı geriləmə paradiqması — indilərdə istifadə olunmayan Osmanlı tarixi işlərində təsirli rol oynayan tarixi izah. == Haqqında == Geriləmə tezisinə görə, Sultan Süleymanın (1520–1566) hökmdarlığı dövləri uzlaşan Qızıl dövrün ardıyca imperiya zamanla heç vaxt qurtula bilmədiyi və bütün qurumları təsiri altına alan, 1923-də imperiyanın dağılmasına qədər davam edən durğunluq və geriləmə dövrünə girmişdir. Bu tezis XX əsr boyunca Osmanlı tarixini anlamaqda qərbçilik və Respublika Türkiyəsi üçün təməl olaraq istifadə edilmişdir. Ancaq 1978-ci ildə tarixçilər geriləmə tezisinin təməl ehtimallarını yenidən gözdən keçirdilər. 1980, 1990 və 2000-ci illər boyunca bir çox işin yayımlanmasının və daha əvvəl istifadə olunmuş qaynaqların və metodologiyanın əsasında yenidən dəyərləndirilən Osmanlı tarixi araşdırılmasının ardından Osmanlı imperiyasını öyrənən akademik tarixçilər Osmanlı geriləmə tezisinin tamamilə mif olduğu fikrində həmrəy oldular. Geriləmə tezisi "teleoloji", "geriləməçi", "orientalist", "bəsitə endirilmiş" və "tək yönlü" olduğuna görə tənqid edilmiş və tarixi analizdə yeri olmayan məfhum olaraq təsvir edilmişdir. Akademiklər beləcə "onu müzakirə etməməyin lazım olduğunu" təklif etmirdilər. Professional tarixçilər arasındakı bu kəskin paradiqma dəyişiminə rəğmən, geriləmə tezisi populyar tarixdə və Osmanlı imperiyası barədə ixtisaslaşmamış olan akademiklər tərəfindən yazılan tarixdə varlığını davam etdirir. Bəzi hallarda, bu davamlılığın səbəbi mütəxəsis olmayanların köhnəlmiş və ya tərk edilmiş işlərə əsaslanmağa davam etmələri ikən, digər halalrda isə onların geriləmə üsulunun davamından bəzi siyasi maraqlar əldə etməyi düşünmələrindən qaynaqlanmaqdadır. Osmanlı tənəzzülünə dair ən görkəmli yazıçı tarixçi Bernard Lewis idi, Osmanlı İmperatorluğunun hökumətə, cəmiyyətə və sivilizasiyaya təsir göstərən hərtərəfli eniş yaşadığını iddia etdi.
Yüksək sürətli frezləmə
Yüksək sürətli frezləmə (ingiliscə High Speed Milling (HSC)) metalların emalında CNC idarə olunan dəzgahlarda yerinə yetirilən kəsmə üsulu olub alətin yüksək dövrlər sayında və bir neçə dəfə böyüdülmüş verişlərdə aparılması ilə səciyyələnir. Burada yonqar qatı adi kəsmə üsullarında olduğundan dəfələrlə kiçikdir. Son illərdə maşınqayırma texnologiyasında High Speed Cutting (HSC) kimi tanınan bu emal növü kağız üzərində mövcud olan nəzəriyyədən praktikada geniş tətbiq olunan bir texnologiyaya çevrilmişdir. Hələ keçən əsrin əvvəlində, 1929-ci ildə alman alimi Salomon tərəfindən Berlin Texniki Universitetində ixtira edilmiş bu texnologiya uzun müddət bir nəzəriyyə kimi qalmışdır. Laboratoriya şəraitində aparılmış sınaqlar nəticəsində Salomon o dövrdə Teylorun kəsmə sürəti ilə alətin davamlılığı arasında mövcud olan asılılığını təkzib edən başqa bir nəticəyə gəlmişdir. Teylor nəzəriyyəsinə görə mexaniki emal zamanı kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur və qüvvə də artır. Bunun nəticəsində alətin davamlılığı aşağı düşür. Salomonun sınaqları isə başqa bir nəticə vermişdir, yəni kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur yalnız bir müddət artır, və sürətin sonrakı artımı onun azalmasına səbəb olur. Bununla Teylor nəzəriyyəsinin yalnız kiçik bir intervalda düzgün olduğu göstərildi. Salomon öz sınaqlarını müxtəlif metallar üzərində aparmışdır: polad-440 m/dəq, brünc-1600 m/dəq, mis-2850 m/dəq və alüminium-16500 m/dəq.
Geriləmə dönəmi Osmanlı sədrəzəmləri
== Quruluş == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Geriləmə dövrü Osmanlı sədrəzəmləri
== Quruluş == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.