Məsləmə ibn Əbdülmalik

Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri.

Məslamə ibn Əbd ül Malik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān
Ərəb Xilafətinin AzərbaycanƏrməniyyə hakimi, Bizans - ərəbXəzər - ərəb müharibələrində qoşun sərkərdəsi
709 – 729
ƏvvəlkiMəhəmməd ibn Mərvan
SonrakıCərrah əl-Həkəmi
Şəxsi məlumatlar
Doğum tarixi naməlum
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]
Dini islam
Hərbi xidmət
Mənsubiyyəti Əməvilər xilafəti
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir.[1]

Qafqazda vali vəzifəsində

[redaktə | mənbəni redaktə et]

709-ci ildə Məslamə AzərbaycanınƏrməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir. Bu Xəzər-ərəb müharibələrinin başlamasına gətirir.[2] 714-ci ildə ərəblər Dərbəndi tuturlar.

  1. Rotter, G. (1991). "Maslama b. 'Abd Al-Malik b. Marwan". The Encyclopedia of Islam, New Edition, Volume VI: Mahk–Mid. Leiden and New York: BRILL
  2. "Lammens, H. (1987). "MASLAMA". In Houtsma, Martijn Theodoor. E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume V. Leiden: BRILL". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-21.