Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meysi Vilyams
Marqaret Konstans "Meysi" Vilyams (ing. Margaret Constance "Maisie" Williams; 15 aprel 1997, Bristol, İngiltərə) — Britaniya aktrisası. Debüt işi 2011-ci ildə HBO telekanalında yayımlanan "Game of Thrones" (2011–2019) fentezi teleserialında Arya Stark rolu olmuşdur.
Vilyam H. Meysi
Vilyam Holl Meysi Cr. (ing. William Hall Macy Jr; 13 mart 1950[…], Mayami, Florida) — ABŞ aktyoru. O, həm böyük, həm də müstəqil filmlərdə çəkilib. Onun rol aldığı məşhur filmlərdən bəziləri arasında "Farqo", "Boogie Nights" və "Jurassic Park III" var. Meysi iki "Emmi" və dörd "Ekran Aktyorları Gildiyası" mükafatı qazanıb. O, "Farqo" filmindəki performansına görə "Oskar" mükafatına namizəd göstərilib. Meysi 2011-ci ildən 2021-ci ilə qədər "Utanmaz" teleserialında Frenk Qallaher adlı personajı canlandırıb. Aktyor 1997-ci ildən etibarən Felisiti Haffman ilə evlidir. == Həyatı == Vilyam Holl Meysi Florida ştatında yerləşən Mayami şəhərində doğulub.
Mpumalanqa Blək Eysiz FK
"Mpumalanqa Blək Eysiz" (ing. Mpumalanga Black Aces Football Club) — Cənubi Afrika Respublikasının Mpumalanqa vilayətinin Nelspruit şəhərini təmsil etmiş peşəkar futbol klubu. Premyer Sokker Liqasında çıxış etmişdir. Ev oyunlarını tutumu 40,929 nəfər olan Mbombela Stadionunda keçirirdi. == Tarixi == Klub 1937-ci ildə südçü işçilər tərəfindən yaradılmışdır. == Uğurları == Bob Seyv Super Bovl: 1 1993. BP Top Səkkiz Kuboku: 1 1980.
Məzəcin
Məzəcin (fars. مزجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 542 nəfər yaşayır (124 ailə).
Leysit
Leysit — mineral, K[AlSi2O6] analsimlə izostruktur olan karkaslı silikat. Adi temperaturda - tetraedr (psevdokub.); 605 0 C-də kubik - β-leysitə keçir. K az miqdarda Na-la əvəz olunur. Kristal­ları - tetraqontrioktaedr, dodekaedr; İkiləşməsi {110} üzrə polisintetik. Ayrılması {110} üzrə qeyri-mükəmməl. Rəngi ağ, boz, tez-tez çoxsaylı möhtəviləri olur. Sərtliyi 5,5-6. Xüsusi çəkisi 2,5. Kaliumla zəngin doymamış əsasi effuziv və hipabissal süxurlarda tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Mersin
Mersin (köhnə adı İcəl) — Türkiyənin Mersin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Neyriz
Neyriz — İranın Fars ostanının şəhərlərindən və Neyriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,180 nəfər və 11,970 ailədən ibarət idi.
Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 – 30 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
Meyit
Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir. "Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir. İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur. == Etimologiyası == Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.
Brendon Meyson
Brendon Aleksander Meyson (30 sentyabr 1997-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Uotford klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Uotford === Meyson Uotford akademiyası vasitəsilə inkişaf etmişdir. Meyson klub ilə ilk peşəkar müqaviləsini 2016-17 mövsümündə reallaşdırmışdır. O, Premyer liqada debütünü 1 yanvar 2017-ci ildə Tottenhem Hotspur klubuna qarşı oyunda etmiş və həmin görüşdə Uotford 4-1 hesabı ilə məğlub olmuşdur. O, altı gün sonra İngiltərə Federasiya Kubokunda Barton Albion klubuna qarşı oyunda start on birliyində yer almış və Kristian Kabaseleyə qol ötürməsi vermişdir. 2018-ci ilin yanvar ayında Meyson Şotlandiya təmsilçilərindən olan Dandi Yunayted klubuna 2017-18 mövsümünün sonuna qədər icarəyə verilmişdir. O, debütünü 6 yanvar 2018-ci ildə Falkirk klubuna qarşı oyunda etmiş və komandası 6-1 hesabı ilə mğlub olmuşdur.
Con Keysiç
Con Keysiç (ing. John Richard Kasich; 13 may 1952, Mak-Kis-Roks[d], Pensilvaniya) — Amerikalı siysətçi, Ohayo ştatından 69-cu qubernatoru və 2016-cı ildə keçirilmiş 58-ci Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri.
Karlos Mensia
Ned Arnel Mencía (ing. Carlos Mencia; 22 oktyabr 1967, San Pedro Sula, Honduras) — ABŞ aktyoru.
Mehriz şəhristanı
Mehriz şəhristanı— İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mehriz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 43,363 nəfər və 11,855 ailədən ibarət idi.
Mersin Limanı
Mersin limanı — Türkiyənin ən böyük limanıdır. 1841-ci ildə kiçik balıq ovçuluğu rolunu oynayan Mersin; 1850-ci ildə vilayət, 1865-ci ildə isə il olmuşdur. 1860-ci ildən etibarən körpü inşası əhəmiyyət qazanan mahalda 1886-ci ildə Adana-Mersin Dəmiryolunun da açılmasıyla gələn - gedən gəmi sayında bir artım meydana gəlmiş və bu gəmilərin idxal - ixracatı üçün daha sürətli iş imkanları ortaya çıxarılaraq, Mersin Bələdiyyəsi tərəfindən əvvəl Daş körpüsü, daha sonra gömrük körpüsü inşa edildi. Bununla da, limanın əsası qoyulmağa başlandı. Dəniz ticarətindəki sürətli artım səbəbiylə ciddi bir liman rəhbərliyinə ehtiyac duyulmuş və 29 avqust 1927-ci ildə Seyrisefain qurumunu, Mersin, Tarsus, Seyhan və Ceyhan bələdiyyələri ilə Mersin Ticarət Palatası və Mersin Xüsusi mühasibliyi (Mersin Liman Şirkəti) qurulmuşdur. Şirkətin sərmayəsi 200 000 TL-dən çox olmuşdur. Şirkət meydana gələn təbii fəlakətlər səbəbi zərər görmüş və 1942-ci ildə ləğv qərarı ilə birlikdə Hökumətə dövrü qərarı alınmışdır. 400 000 TL məbləğ ilə Milli Qoruma Qanununun 6-cı Maddəsinə əsasən Dövlət Dəmiryolları və Limanları Əməliyyat Ümumi Müdirliyinə dövrü haqqındakı K / 323 saylı qərar ilə, Nazirlər Kabinetinin 14 may 1942 gün və 5106 saylı Rəsmi Qəzetdə müntəşir 9 May 1942 tarix və 2/17874 Bu qərara görə qəbul edildi. Mersin limanının müasir və təhlükəsiz bir şəkildə inşaasına 3 May 1954 tarixində başlanılmış, inşaat Hollandiya Kral Liman İnşaat Şirkəti tərəfindən həyata keçirilmişdir. Ən yaxın dəniz limanı Adanada, 50 km məsafədədir.
Mersin ili
Mersin ili — Türkiyədə il.
Messin boğazı
Messin boğazı (it. Stretto di Messina, sic. strittu di Missina) — Siciliya adasını Kalabriinin cənub sahilindən ayırır. Ən dar yerdə eni 3,1 km, enli yerdə isə 16 km təşkil edir. Boğazın Sicilya sahillərində Villa-San Covanni, Kalabrii sahillərində isə Redjo-di-Kalabrii şəhəri yerləşir. 1957-ci ildə boğaz üzərindən yüksək gərginlikli elektrik xətti çəkilir və bu dünyada ən hündür xətt olur. Sonradan xətt sualtı xətt ilə əvəzlənir.
Abbasgöl məzrəsi
Abbasgöl məzrəsi — İrəvan əyalətini Sürməli nahiyəsində kənd adı. == Toponimik adı == Abbasgöl məzrəsi — 1728-ci ildə İrəvan əyalətini Sürməli nahiyəsində kənd adı. Bu toponimin Abbas hissəsi türk dillərində abıs keşiş, dindar sözündən təhrifdir. Abbasgöl Keşiş gölü mənasındadır, məzrə isə gölün adı ilə adlanmışdır.
Mədətsiz dağı
Mədətsiz dağı - Orta Toros (Tavr) dağlarında, Bolkar dağları üzərində yerləşən 3524 metr (11.562 ft) yüksəkliyində dağ. Bolkar dağları Orta Torosların ən hündür dağlarıdır. Mədətsiz dağı Bolkarların şimal-şərq hissəsində yerləşir. Niğdənin Uluqışla vilayəti ilə Mersinin Çamlıyayla rayonlarının sərhədləri Mədətsiz dağında kəsişir. Zirvə Çamlıyayla sərhədində yerləşir. Ağdənizə uzaqlığı kuş uçuşu ilə 65 km-dir. Tarsus rayonu Gülək kəndindən Mədətsiz zirvəsinə qalxarkən Türk İstiqlal Müharibəsi türk-fransız çatışmasına ithafən 37°18′04.16″K 34°43′29.36″D koordinatında Qarboğazı şəhidliyi yaradılmışdır. Mədətsiz dağı dağçılıq baxımındn çox populyardır. Əksər hallarda dırmanış Uluqışla istiqamətindən başlanır.
Keçi məməsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Məzəli (jurnal)
"Məzəli" juranlı (az-əbcəd. مه‌زه‌لی‎) — 1914–1915-cu illərdə Bakıda çıxan həftəlik ictimai, siyasi, satirik jurnal. Naşiri və redaktoru Haşım bəy Vəzirov idi. == Tarixi == "Məzəli" jurnalı 1914-cü ilin dekabrın 27-də nəşrə başlamış, 1915-ci il oktyabrın 17-də nəşrini dayandırmışdır. Jurnal Bakıda Azərbaycan türkcəsində nəşr edilirdi. Jurnalın əsas materiallarını redaktor özü yazırdı. 25-ci sayına kimi naşiri və redaktor Haşım bəy Vəzirov, 25–37 saylarında müvəqqəti müdiri Hacı İbrahim Qasımov, sonra isə yenidən müdir və naşiri Haşım bəy Vəzirov olmuşdur. H.Vəzirov "Kefim gələndə" sərlövhəli "Birisi" imzalı felyetonlar ilə məşhur olmuşdur. "Məzəli"nin 42 nömrəsi çapdan çıxmışdır. == Mövzusu == "Keyfim gələndə" ümumi başlığı altında yazdığı felyetonlar oxucular arasında geniş yayılmışdı.
Mənasız mutasiya
Mənasız mutasiya — Genetikada nöqtə mənasız mutasiya, transkripsiyada olan m-RNT-da və kəsilmiş, natamam və ümumiyyətlə funksional olmayan bir protein məhsulunda vaxtından əvvəl dayanma kodonu və ya nöqtə cəfəng kodonu ilə nəticələnən bir DNT ardıcıllığındakı bir nöqtə mutasiyadır. Məsələn, bir nöqtə mənasız mutasiyasının təsiri nöqtə cəfəng mutasiyasının orijinal dayanma kodonuna yaxınlığından və zülalın funksional alt domenlərinə təsir dərəcəsindən asılıdır. Mənasız nöqtə mutasiyası, bir nukleotidin dəyişdirilərək başqa bir amin turşusunun əvəzlənməsinə səbəb olduğu bir nokta mutasiyasından fərqli bir missens mutasiyasından fərqlidir. Mənasız mutasiya da davamlı mutasiyadan fərqlənir ki, davamlı mutasiya dayanma kodunu silir və mənasız mutasiya onu yaradır. Talassemiya və kistik fibroz kimi bəzi genetik xəstəliklər cəfəng nöqtə mutasiyalarının nəticəsidir. == Sadə bir nümunə == DNT: 5' — ATQ AST SAS SQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ QST SQS QST TSQ AST — 5' mRNA: 5' — AUQ ASU SAS ASQ QSQ SQA AQS UQA — 3' Protein: Met Thr His Arg Ala Arg Ser Stop DNT ardıcıllığının dördüncü üçlüyünə (SQA) bir nöqtə cəfəng mutasiya gətirildiyini, bunun sayəsində sitozinin timinlə əvəz edildiyini, DNT ardıcıllığında TQA və tamamlayıcı zəncirdə AST meydana gəldiyini düşünək. AST UQA kimi köçürüldüyündən və daha sonra tərcümə olunduğundan, nəticədə transkript və protein məhsulu aşağıdakılar olacaqdır: DNT: 5' — ATQ AST SAS TQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ AST SQS QST TSQ AST — 5' mRNA:5' — AUQ ASU SAS UQA QCQ SQU AGC UGA — 3' Protein: Met Thr His Stop M-RNT kodonlarının qalan hissəsi aminoproteinlərə çevrilmir, çünki tərcümə zamanı dayandırma kodonuna vaxtından əvvəl çatılır. Bu, çox vaxt normal mutant olmayan bir zülalın funksionallığından məhrum olan kəsilmiş (yəni qısaldılmış) bir protein məhsulu. == Nöqtə mənasız mutasiya vasitəçiliyi ilə m-RNT çürüməsi == Erkən bitirmə kodonlarının kəsilmiş polipeptid məhsulları istehsal etmək üçün gözlənilən meylinə baxmayaraq, əslində kəsilmiş zülalların əmələ gəlməsi şəraitdə baş vermir. İnsanlar və maya göbəliyi kimi aşağı növlər də daxil olmaqla bir çox orqanizm, mənasız nöqtə mutasiyaları olan m-RNT-lərı qeyri-funksional polipeptidlərə çevrilmədən əvvəl məhv edən mənasız vasitəçiliyi olan bir m-RNT parçalanma yolu istifadə edirlər.
Meyrid Korriqan
Meyrid Korriqan ing. Mairead Corrigan Maguire, (27 yanvar 1944, Belfast) — Nobel sülh mükafatı laureatı (1976) ("Sülh və əmin-amanlıq uğrunda cəsarətli səylərinə görə"). == Həyatı == Meyrid Korriqan 1944-cü il yanvarın 27-də Belfast şəhərinin Follz-Roud rayonunda (Şimali İrlandiya) anadan olmuşdur. Endrü və Marqaret Korriqanın yeddi övladından ikincisi olan Meyrid katolik təhsilini evdə və Belfastın özəl məktəblərində almışdır. Şüşətəmizləyən olan atası təhsil pulunu ödəyə bilmirdi. Bu səbəbdən də Meyrid 14 yaşında məktəbi atmalı oldu və başqalarının uşaqlarına baxmaqla pul toplayıb kommersiya məktəbinə daxil oldu. Bir müddət mühasib köməkçisi işlədikdən sonra o, Belfastdakı Qinnes pivə zavodunun direktorunun katibəsi vəzifəsinə işə düzəldi. onda Meyridin 21 yaşı var idi. Meyrid Korriqanın Katolik xeyriyyə təşkilatı olan Mariya Legionuna daxil olması onu ictimai fəaliyyətə meylləndirdi. Valideynləri ilə birgə Belfastın yoxsul rayonu olan Andersonstauna köçən Meyrid Korriqan icma klubunun və uşaq bağçasının təşkilində də fəal iştirak etdi.
Meysan (el)
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Meysan mühafazası
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Meysan mühafəzası
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Mətnsiz çəkilən Azərbaycan filmlərinin siyahısı
== A == Arzular... Arzular... (film, 1988) Atası yandı (film, 1986) Ay duman, gəl get... (film, 2002) == B == Bir axşam... (film, 1985) Bir dəfə (film, 1990) == Ç == Çardaş (film, 1973) == D == Daş (film, 1977) Dəniz (film, 1965) == E == Eksperiment (film, 1984) == Ə == Ədalət (film, 1971) == G == Günlərin bir günündə... (film, 1975) Güzgü (film, 1990)(I) == H == Həmişə təmizlikdə (film, 1985) == İ == İbrət dərsi (film, 1984) == K == Karvan (film, 1995) Kədərimiz... Vüqarımız...
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Sənsiz
Sənsiz (romans)
Genesiz
Məsih
Məsih — Bəzi dini qruplar tərəfindən gözlənilən xilaskar. == Xristianlığa görə == Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir, amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa — İncilə iman etməyənlərdir. === İsa, Məsihdir === İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur. Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir: "Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı.
Adi mərsin
Adi mərsin (lat. Myrtus communis) - mərsin cinsinə aid bitki növü. == Əhəmiyyəti == Mərsindən alınan efiryağları ətriyyat sənayesində istifadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəxlərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ət və balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqlarının qaynadılmış ətlərinə əlavə edirlər.Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünə məxsus gözəl ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də becərmək olar. == Müalicəvi xüsusiyyətləri == Mərsindən alınan efir yağı rəngsiz və ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yandırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen , sineol, mirtenol, qeraniol, nerol, kamfora və aldehidlər vardır. Mərsinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s.
Cır mərsin