Adi mərsin

Adi mərsin (lat. Myrtus communis)[2] - mərsin cinsinə aid bitki növü.[3]

Adi mərsin
Elmi təsnifat
Beynəlxalq elmi adı

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Mərsindən alınan efiryağları ətriyyat sənayesində istifadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəxlərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ətbalıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqlarının qaynadılmış ətlərinə əlavə edirlər.Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünə məxsus gözəl ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də becərmək olar.[4]

Müalicəvi xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Mərsindən alınan efir yağı rəngsiz və ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yandırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen , sineol, mirtenol, qeraniol, nerol, kamfora və aldehidlər vardır. Mərsinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s. vardır.İtaliyada mərsinin yarpaq- ları mədə, qaraciyər və beyin xəstəliklərində istifadə olunur. Bolqarıstan, Fransa və bir sıra başqa ölkələrdə mərsinin efir yağı antiseptik, tonuslaşdırıcı və sdikqovucu vasitə kimi məsləhət görülür. Onu xroniki bronxit, tonzilit, qanqrena (toxumaların çürüməsi) ağciyər vərəminin ilkin fazasında, ürəkmədə zəifliyində, bədən boşluğuna su yığılması (hidrosos, vadyanka), sidik kisəsinin soyuqlaması, böyrək ləyənciyi və süzənək xəstəliklərində də istifadə edirlər.Xalq təbabətində meyvələri, yarpaqları və cavan budaqları istifadə olunur. Yarpaqlarından hazırlanmış məlhəm (maz), toz (ovuntu), həlim, yaralarda, çibanlarda, yanıqlarda, gözdəki və qulaqdakı irinli yaralarda, vərəmdə, xroniki bronxitdə, qanlı ishalda (dizenteriya), qanazlığı və bir çox başqa xəstəliklərdə istifadə edilir.

Yarpaqdan alınmış şirə (cövhər) sümük qırıqlarında bitişməni sürətləndirmək üçün, meyvəsində alınan cövhər isə kəpək əleyhinə vasitə kimi tətbiq edilir.[4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Mərsinin vətəni Aralıq dənizi ölkələridir. Yabanı halda Fransanın cənubunda, İspaniya, İtaliya, Əlcəzair, KiprKiçik Asiyada rast gəlinir. Onu dekorativ, ədviyyat və efiryağlı bitki kimi bir sıra Qərbi Avropa ölkələrində, Hindistanda, Efiopiyada, Somalidə və b. ölkələrdə mədəni şəkildə becərilir. Mərsinin qışa davamlığı zəif olduğundan geniş yayılmamışdır. Ən çox əkinləri Krımın cənub sahil subtropik zonasında (Qruzufdan Forosa qədər), Qafqazın Qara dəniz sahillərində (Soçidən Suxumiyə qədər) və Abşeron yarımadasında (Mərdəkan) rast gəlinir. 1985-ci ildə nisbətən qışa davamlı mərsin nümunələri yaradılmış və mədəni hala keçirilmişdir. Bu nümunələr yüksək dekorativ, aromatik və antimikrob təsirlərə malikdir.[4]

Аbşеrоn və Lənkərаn zоnаsındа yаşıllıqlаrdа istifаdə оlunur. Dеndrоlоgiya İnstitutunda mеyvələrin rənginə və yаrpаqlаrın fоrmаlаrınа görə bir-birindən fərqlənən çохlu fоrmаlаrı vаrdır: Myrtus communis L. var. leucarpa DC., Myrtus communis L. var. Melanocarpa DC.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 471.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  4. 1 2 3 H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

İstinadlar[redaktə | mənbəni redaktə et]

Məlumat mənbələri[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad[redaktə | mənbəni redaktə et]

  • Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh